Əli Həsənov: "İran və Azərbaycan dost və qonşu olmaqla yanaşı, həm də müştərək tarixə malik ölkələrdir"

20:09 / 10.04.2014

“Prezident İlham Əliyevin İrana rəsmi səfəri ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişafında yeni mərhələnin təməlini qoydu”

 
Strategiya.az Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun apa-ya müsahibəsini təqdim edir:
 
- Əli müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri zamanı hansı məsələlər müzakirə mövzusu oldu?
 
- Bilirsiniz ki, bu, Azərbaycan prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasına artıq üçüncü rəsmi səfəridir. Azərbaycan və İranın dövlət başçıları bu ilin yanvarında Davos İqtisadi Forumu zamanı görüşərək ikitərəfli münasibətlərin müxtəlif aspektlərini müzakirə etmişdilər. Aprelin 9-da prezident İlham Əliyevin İrana rəsmi səfəri kifayət qədər yüksək səviyyədə keçdi, ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə oldu və ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına, daha da güclənməsinə xidmət edəcək. Azərbaycan prezidenti səfər çərçivəsində İran prezidenti cənab Həsən Ruhani, İranın Ali Rəhbəri cənab Seyid Əli Xamenei və digər rəsmi şəxslərlə görüşdü. Bu görüşlərdə İran-Azərbaycan münasibətlərinin faktiki olaraq bütün aspektləri geniş müzakirə olundu. Prezident İlham Əliyevin İran prezidenti Həsən Ruhani ilə danışıqları zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edildi, mövcud potensialın daha da inkişafı ilə bağlı real imkanlar ətrafında fikir mübadiləsi aparıldı. Xüsusilə, qarşılıqlı sərmayə qoyuluşu, enerji, nəqliyyat, fövqəladə hallar,  informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, mədəniyyət, gənclər-idman və  digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.
 
Dövlət başçılarının təkbətək görüşündən sonra İranla Azərbaycan arasında müxtəlif sahələr üzrə sənədlərin imzalanması mərasimi keçirildi. Tərəflər arasında “Gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu”, “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş” imzalandı. Şübhəsiz, imzalanmış sənədlər ölkələrimiz arasında  bugünkü mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi işinə mühüm töhfə verəcək.
 
Azərbaycan prezidentinin İrana rəsmi səfəri zamanı müşahidə olunan ruh yüksəkliyi, səmimi şəraitdə keçən qarşılıqlı anlaşma dövlət başçımızın İranın Ali Rəhbəri cənab Seyid Əli Xamenei ilə görüşü zamanı da davam etdi. Cənab Xamenei Azərbaycan prezidentinin səfərinin ölkələrimiz arasındakı əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini vurğulamaqla yanaşı, həm də ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdi. Qeyd edim ki, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində İranın bu prinsipial mövqeyi mətbuat üçün səsləndirdiyi bəyanatında İran prezidenti Həsən Ruhani tərəfindən də xüsusi vurğulandı. İranın dövlət başçısı qeyd etdi ki, regiondakı bütün münaqişələr, o cümlədən Qarabağ münaqişəsi beynəlxalq səviyyədə qəbul edilmiş hüquq normaları və ədalət çərçivəsində öz həllini tapmalıdır, regiondakı coğrafi sərhədlərin dəyişdirilməsinə yol verilməməlidir.
 
- İranla Azərbaycan arasında münasibətlərdə bəzi narahatedici məsələlərin olduğu barədə mediada zaman-zaman məlumatlar verilirdi. Bu məsələlər ətrafında da müzakirələr aparıldımı?
 
- Müzakirələrin ümumi ruhu onu göstərdi ki, İranla Azərbaycan arasında münasibətlərin inkişafına mənfi təsir edə biləcək ciddi amillər yoxdur. İran və Azərbaycan dost və qonşu olmaqla yanaşı, həm də müştərək tarixə malik, müştərək dini və mədəni dəyərləri bölüşən ölkələrdir. Bu ölkələrin müstəqil, öz milli maraqlarına uyğun daxili və xarici siyasəti, öz strateji seçimi, dünyada və regionda gedən proseslərə öz baxışı mövcuddur. Dövlətlərarası ikitərəfli münasibətlərdə həm bu məsələlər, həm də ortaq və özəl maraqlar nəzərə alınır. Bununla yanaşı, biz zaman-zaman müəyyən qüvvələrin İranla Azərbaycan arasında  ikitərəfli münasibətləri pozmaq, bir çox süni problemlər yaradaraq ölkələrimiz arasında etimadsızlıq mühiti formalaşdırmaq cəhdlərinin də şahidi olmuşuq. Ölkə başçılarının görüşləri zamanı bu məsələlərə də toxunuldu və ümumi rəy ondan ibarət oldu ki, belə halları vaxtında müəyyənləşdirmək və qarşısını almaq lazımdır.
 
Görüşdə o da qeyd olundu ki, bu sahədə hər iki ölkənin kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür. Bəzi hallarda KİV-də konkret məqsədlər güdən, qərəzli, qeyri-obyektiv informasiyalar yoxlanmadan yayımlanır və tirajlanır. Təəssüf ki, belə hallar zaman-zaman həm İran, həm də Azərbaycan mediasında müşahidə olunur. Ona görə də ölkə başçıları qərara gəldilər ki, belə halların qarşısını almaq üçün iki dövlətin müvafiq strukturlarının təmasları artırılmalı, müxtəlif müştərək komissiyalar yaradılaraq, onların səmərəli fəaliyyəti təmin olunmalıdır. Düşünürəm ki, bu qərarlar əvvəlki illərdə müşahidə olunmuş mövcud neqativ halların aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq.
 
- Səfərin ümumi nəticələrini necə qiymətləndirirsiniz? Fikrinizcə, Azərbaycan prezidentinin səfəri İran-Azərbaycan münasibətlərinin gələcək inkişafına necə təsir göstərəcək?
 
- Səfərin gedişi, imzalanmış sazişlər, xüsusilə dövlət başçılarının görüşü və mətbuat üçün səsləndirdikləri bəyanat onu deməyə əsas verir ki, qonşu, dost və tərəfdaş dövlətlər olan İranla Azərbaycan arasındakı mövcud münasibətlər bundan sonrakı dövrdə yüksələn xətt üzrə inkişaf edəcək. Ölkələr arasında gələcək münasibətlərin inkişaf konturları aydındır, regionda və dünyada baş verən bir çox hadisələrə dair onların fikir birliyi mövcuddur.  Prezidentlər bütün sahələr üzrə əməkdaşlığın uğurla inkişafında maraqlı olduqlarını ifadə etdilər və bunun üçün mövcud imkanları yüksək qiymətləndirdilər. Azərbaycan prezidenti İlham Əliyev İranla Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq səviyyədə, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı kimi təşkilatlar çərçivəsində əməkdaşlığının mövcud səviyyəsindən məmnunluğunu ifadə etdi. Hər iki dövlət başçısının nümayiş etdirdiyi mövqe onu deməyə əsas verir ki, siyasi, iqtisadi və humanitar sahələr üzrə ölkələrarası əməkdaşlığın genişləndirilməsi siyasəti  gələcəkdə daha səmərəli nəticələr verəcək. İran prezidenti Həsən Ruhani də xüsusi olaraq vurğuladı ki, ölkələr  arasında əlaqələrin bütün səviyyələrdə inkişaf etməsi üçün onun ölkəsində də  heç bir maneə yoxdur. Danışıqların ümumi gedişatı onu deməyə əsas verir ki, mövcud səmimi münasibətlər, qarşılıqlı faydalı əməkdaşlıq hər iki xalqın xeyrinədir və gələcəkdə  regionda sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.
 
Hesab edirəm ki, Azərbaycan prezidentinin İrana rəsmi səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da  dərinləşdirilməsi üçün mühüm mərhələnin başlanğıcı oldu. Səfər bir daha təsdiq etdi ki, İran-Azərbaycan əlaqələri möhkəm zəmin üzərində qurulub və qarşılıqlı maraqlara xidmət edir.

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM