Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla bağlı Uzunmüddətli Müşahidəsini həyata keçirir. Strategiya.az bildirir ki, Assosiasiya bu işin icrasına 26 iyun 2016-cı il tarixdən başlayıb və 2016-cı ilin 26 avqustda İlkin Hesabatını ictimaiyyətə təqdim edib. Assosiasiya Uzunmüddətli Müşahidə ilə bağlı Aralıq Hesabatını bu gün, 21 sentyabr 2016-cı il tarixində geniş ictimaiyyətə açıqlayıb. Aralıq Hesabat 26 iyul-21 sentyabr 2016-cı il tarixini əhatə edir. Aralıq hesabatda Azərbaycan Respublikasında keçirilmiş referendumlar haqqında məlumat, Referendumqabağı siyasi mühitin təhlili, söz və mətbuat azadlığının vəziyyəti, referendum administrasiyasının fəaliyyəti, AVCİYA haqqında məlumat və 2 radio (İctimai radio, Azadlıq radiosu), 9 qəzet ( 3 iqtidar-Azərbaycan, Xalq, Бакинский рабочий, 3 neytral- 525-ci qəzet, Ədalət, Şərq qəzeti, 3 müxalifət- Azadlıq qəzeti, Yeni Müsavat, Xalq Cəbhəsi) və 2 informasiya agentliyinin (Apa.az, Turan.info) monitorinqi öz əksini tapıb. 13 KİV-də iyulun 26-dan-sentyabrın 21-nə kimi Referendumla bağlı 958 məlumat, məqalə, müsahibə verilib. Bunlardan 427-də Referenduma müsbət, 398-də neytral, 101-də isə mənfi münasibət öz əksini tapıb. Referendumla bağlı bir ay ərzində ən çox məlumat Azərbaycan qəzetində (262), İctimai radioda (107), Yeni Müsavat qəzetində (90), Azadlıq radosuda (86) verilib.
Azərbaycan qəzetində verilmiş 262 məlumatdan 169-u müsbət, 93-ü neytral, İctimai radioda verilmiş 107 məlumatdan 70-i müsbət, 37-i neytral olduğu halda, Yeni Müsavat qəzetində verilmiş 90 məlumatdan 23-ü müsbət, 44 neytral, 32-i mənfi, Azadlıq radosunda verilmiş 86 məlumatdan yalnız 12-i müsbət, 28-i neytral, 56-sı isə mənfi olmuşdur.
Müsbət hal ondan ibarətdir ki, monitorinq aparılan 13 KİV- in yönümündən asılı olmayaraq hamısında Referendumla bağlı müsbət yazılar verilib. Bundan başqa 13 KİV-in hamısında Referendumla bağlı neytral məlumatlar da geniş yer alıb. Lakin 13 KİV- in 6-sında-(Azərbaycan, Xalq, Бакинский рабочий, Şərq qəzeti, Ictimai radio, Apa.az) Referndum əleyhinə heç bir mənfi məlumat verilmədiyi halda, 7 KİV-də (Azadlıq qəzeti, Yeni Müsavat, Xalq Cəbhəsi, “525-ci qəzet”, Ədalət qəzeti, Azadlıq radiosu,Turan.info) mənfi məlumatlar verilmişdir ki, bu da referendum qabağı təşviqat üçün demokratik şəraitin olmasını bir daha sübut edir.
Bir ay ərzində 13 KİV üzərində aparılmış monitorinq sübut edir ki, ölkədə fəaliyyət göstərən KİV-lərin mütləq əksəriyyəti Referenduma müsbət yanaşaraq, bunu Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, inkişafına, insan haqlarının qorunmasına yaxından kömək edəcək amil kimi qiymətləndirmişlər.
Assosiasiya həmçinin “Azərbaycanda 2016-cı il referendumu ilə bağlı hüquqi çərçivənin müqayisəli təhlili” və “Müşahidəçilər üçün yaddaş” kitabçalarını nəşr edib. “Azərbaycanda 2016-cı il referendumu ilə bağlı hüquqi çərçivənin müqayisəli təhlili” kitabında Referendumda Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişiklərin Fransa, Niderland, Norveçin qanunvericiliyi ilə müqayisəsi verilib. Bundan başqa assosiasiya Referendum günü 3000 müşahidəçi ilə 65 DSK-da müşahidəni təşkil edəcək. Buna görə AVCİYA Seçki Qərargahı 26 avqust 2016-cı il tarixdən etibarən müşahidəçilərə seminarlar keçirməyə başlayıb. Artıq Şirvan, Hacıqabul, Sabirabad, Zaqatala, Balakən, Qax, Gəncə, Göygöl, Daşkəsən, Bərdə,Tərtər, Goranboy, Quba, Şabran, Biləsüvar, Lənkəran və Cəlilabad rayonlarında seminarlar başa çatıb. Assosiasiya yaxın günlərdə Ambasador oteldə Bakı, Sumqayıt və Abşeron ərazilərindəki MnSK-larda müşahidə aparacaq şəxslərə seminarlar keçirəcək.
Assosiasiyanın Aralıq Hesabatında qeyd olunur ki, “Referendumqabağı siyasi mühitin ən mühüm cəhəti əksər region ölkələrindən fərqli olaraq Azərbaycan Respublikası daxilində stabilliyin mövcud olmasıdır. Bu əlverişli mühit referendumum normal, demokratik şəraitdə keçirilməsinə imkan verir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM