Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən sentyabrın 20-də Nardaran qəsəbəsi ərazisindəki məişət tullantıları sahəsindən nömrəsi silinmiş “AKS” markalı silah və patron darağı aşkar edilərək götürülüb.