Strategiya.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə Rusiya xarici işlər nazirliyinin məlumatında bildirilir.
“Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Sergey Lavrov və Con Kerri arasında görüş keçirilib. Görüşdən əvvəl tərəflər arasında telefon danışığı olub. Danışıq ABŞ tərəfinin təşəbbüsü ilə gerçəkləşib. Tərəflər Suriyada son vəziyyəti müzakirə edib, nizamlanma prosesinə dair fikir mübadiləsi aparıblar”, məlumatda deyilir.