Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətçiliyin gücləndirilməsi, iqtisadiyyatın inkişafı və digər sahələrdə böyük inkişaf yolu keçib. Son 25 ildə həyata keçirilən məqsədyönlü siyasi kurs nəticəsində Azərbaycan müstəqil siyasət yürütməyə qabil, dayanıqlı iqtisadi sistemə malik, müasir, özünü təmin edən, dinamik inkişaf yolu ilə inamla irəliləyən və beynəlxalq birliyin layiqli üzvü olan nüfuzlu ölkəyə çevrilmişdir. Eyni zamanda, bu müddət ərzində ölkəmiz dəfələrlə xarici təhdidlərə məruz qalıb, müharibə ilə üzləşib, müstəqilliyimiz təhlükə altında düşüb. Amma ölkə rəhbərliyinin müdrik idarəetmə məharəti, düzgün daxili və xarici siyasət, aparılan islahatlar dövlətimizi təhlükələrdən qorudu və ölkəmiz bu çətin sınaqlardan uğurla çıxdı. Mövcud durum - dünyada və regionda cərəyan edən proseslər, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, bunun fonunda Azərbaycana olan diqqətin artması hüquqi sferada islahatların aparılmasını zəruri edir. Son bir neçə ilin təcrübəsi göstərir ki, 1995- ci ildə qəbul olunmuş Konstitusiya ilə müəyyən edilmiş dövlət və iqtisadi idarəetmə mexanizmləri ölkənin hazırkı inkişaf səviyyəsində çevik qərarların qəbul olunmasını və onların səmərəli icrasını, optimal idarəetməni təmin etmək, habelə bürokratiya və digər neqativ halları daha qətiyyətlə aradan qaldırmaq məqsədilə təkmilləşdirilməlidir. Bu mənada cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan Konstitusiya islahatları dövlətimizin vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini gücləndirmək, həmçinin dövlətin təhlükəsizliyini daha etibarlı şəkildə qorumaq, iqtisadi inkişaf tempinin dinamikliyinin saxlanılması, çevik idarəetmə aparatının yaradılması, struktur islahatlarının sürətləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
“Ağ Yol” Vətəndaş Hərəkatı Konstitusiya islahatları ilə bağlı sonuncu təşəbbüs bəyan edilən ilk gündən bu prosesdə fəal iştirak edib, sosial şəbəkələrdə islahatların vacibliyinə dair informasiyalar paylaşıb, ayrı-ayrı məqamlara aydınlıq gətirmək üçün geniş müzakirələr təşkil edib. Həmçinin Hərəkatın üzvləri insanlarla görüşərək islahatların əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. Aparılan müzakirələr, təhlillər göstərir ki, Azərbaycan cəmiyyəti, xüsusilə də, sosial şəbəkə istifadəçiləri sentyabrın 26-da keçiriləcək referendumu dəstəkləyir, Referendum aktı ilə bağlı dəyişikliklərdə əksini tapan məqamların ölkəmiz üçün əhəmiyyətini bəyənirlər.
“Ağ Yol” Vətəndaş Hərəkatı Referendumla bağlı təşviqat mərhələsinin uğurla keçdiyini bəyan edərək, insanların bu mərhələdə xüsusi fəallıq nümayiş etdirdiklərini, seçicilərlə keçirilən görüşlərdə yüksək əhval-ruhiyyənin, izdihamın yaşandığını bildirir.
“Ağ Yol” Vətəndaş Hərəkatı hesab edir ki, Referendum Azərbaycan xalqının iradəsini bir daha ortaya qoyacaq, vətəndaşlar ölkəmizin daha da güclü olması üçün 26 sentyabrda səsvermədə aktiv iştirak edəcəklər.
“Ağ Yol” Vətəndaş Hərəkatı referendum seçkisinin Azərbaycanda yeni bir siyasi mərhələnin başlanğıcı olacağına, yeni iqtisadi tərəqqinin, dayanıqlı inkişafın əsasını qoyacağına əminliyini ifadə edərək, səsvermə hüququ olan hər bir kəsin sentyabrın 26-da seçki məntəqələrinə gəlib Konstitusiya islahatlarına dəstək olacağına inandığını qeyd edərək, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2016 - cı il iyulun 18 - də "Ölkə Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktını dəstəklədiyini bəyan edir.
Strategiya.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM