Azərbaycan Xarici İşlər Nazirliyi(XİN) “Euronews” telekanalının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı verilişə münasibət bildirib.
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, “Euronews” telekanalının “İnsiders” verilişində müxbir Valerie Gauriat tərəfindən qərəzli və birtərəfli xətt yeridilib.
XİN rəsmisinin sözlərinə görə, proqramda Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim bir qurum kimi təqdim edilib: “Bu da işğal və təcavüz faktına, işğal olunmuş Azərbaycan ərazilərində Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləməyə göz yummaqdan başqa bir şey deyil. Bu həm də jurnalist obyektivliyi, “Euronews”un həmişə tərəfdar çıxdığı qərəzsizlik prinsipləri ilə ziddiyyət təşkil edir. Digər tərəfdən “Euronews”un çəkiliş qrupu Azərbaycanda olarkən Xocalı sakinləri ilə görüş keçirib. Xocalı sakinləri ilə görüşmələrinə baxmayaraq, onlar Xocalı sakinlərinin iztirablarını, Ermənistan tərəfindən onlara qarşı törədilmiş işgəncələri verilişdə əks etdirməyiblər. Bu da narahatlıq doğuran növbəti məqamlardan biridir”.
H.Hacıyev qeyd edib ki, verilişdə Azərbaycanın işğal olunmuş torpaqlarında fəaliyyət göstərən qeyri-qanuni iqtisadi qurum “Artsah Fruit” şirkəti haqda da məlumat verilib: “Bu məlumatın verilməsi, “Artsah Fruit” şirkətinin nümayəndəsinin açıqlaması onu göstərir ki, Ermənistan bu məsələdə də beynəlxalq ictimaiyyəti aldatmaq siyasəti yürüdür. Şirkət təmsilçisi onların məhsullarında Ermənistanın etiketindən istifadə olunduğunu bildirir. Bu da məhsulun ixracı zamanı digər ölkələrin gömrük rejiminin aldadılmasına xidmət edir, çünki məhsulların ixracı zamanı onların istehsal mənşəyi düzgün şəkildə qeyd edilməlidir. Ümumiyyətlə biz bu verilişi qərəzli hesab edirik. Veriliş jurnalist obyektivliyi prinsipindən kənardır. Bu kimi məsələlərdə, xüsusən Azərbaycan-Ermənistan münaqişəsinin işıqlandırılması prosesində jurnalistlər obyektivlik prinsiplərinə ciddi şəkildə riayət etməlidirlər. Azərbaycan yenə də bu məsələdə yerli və beynəlxalq media üçün yaratdığı mətbuat azadlığı imkanlarını bir daha təsbit etmiş oldu. “Euronews”un jurnalisti Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə hörmət etdiyini ifadə edərək jurnalist fəaliyyəti üçün ona icazə verilməsini xahiş etmişdi. Mətbuatın azadlığını hər zaman dəstəkləyən ölkəmiz ona Azərbaycan ərazisində, eyni zamanda işğal olunmuş Azərbaycan torpaqlarında fəaliyyət göstərmək üçün akkreditasiya kartı vermişdi. Amma təəssüf ki, verilişin hazırlanması prosesində obyektivlik və jurnalist qərəzsizliyi prinsiplərinə tam şəkildə riayət edilməyib”.
Strategiya.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM