Ermənistanı Rusiya "İsgəndər"ləri də xilas edə bilməz

10:45 / 24.09.2016

Bu yaxınlarda Rusiyanın Ermənistana "İsgəndər" operativ-taktiki raket kompleksləri (OTRK) bağışladığı məlum oldu. Belə ki, sentyabrın 21-də Yerevanda keçirilən paradda nümayiş etdirilən hərbi texnikalar arasında RF istehsallı "İsgəndər-E" OTRK-ləri də peyda oldu.

Rusiyanın hansı məqsədlə belə addım atmasına, ümumiyyətlə, Ermənistanın dəyəri yüz milyon dollarlarla ölçülən belə texnikanı almaq imkanının olmamasına toxunmazdan əvvəl "İsgəndər"lər haqda qısa məlumat verək.

İlk dəfə 1999-cu ilin avqustunda təqdim olunan "İsgəndər"lərin xarakteristikası belədir:

- Raketlərin start kütləsi: 3800 kq
- Döyüş hissəsinin çəkisi: 480 kq
- Uzunluq: 7,2 m
- Diametr: 920 mm
- Raketlərin başlanğıc məntəqədən sürəti: 2100 m/s
- Hədəfi məhv etmə üzrə minimal məsafə: 50 km
- Hədəfi məhv etmə üzrə maksimal məsafə: 500 km - "İsgəndər-K" (bəzi mənbələrə görə, hətta 700 km)
- Raket buraxılışları arasında interval: 1 dəqiqə
- İstismar müddəti 10 il, o cümlədən səhra şəraitində 3 il və b.

Beynəlxalq müqavilələrə əsasən, ixrac olunan raketlərin hədəfi vurma məsafəsi 300 km-dən artıq ola bilməz. Məlumatlara görə, məhz bu səbəbdən də kompleksin hədəfi vurma məsafəsi 500 km-dən 280-300 km-dək azaldılıb.

Hətta "Rostex" dövlət korporasiyasının direktoru Sergey Çemezov adıçəkilən kompleksin nüvə silahı daşıma qabiliyyəti olduğunu bəyan etmişdi.

Bütün bu yüksək göstəricilərə, dəqiqliyə malik, uzaq mənzilli OTRK-lərin ilk dəfə 2008-ci ilin avqustunda Gürcüstanla müharibədə tətbiq edildiyi, lakin raketlərin bir neçəsinin hədəfi düzgün nişan almadığı və ya partlamadığı bildirilir. Buna rəğmən, S-300 daxil olmaqla, Rusiya istehsallı bütün Hava Hücumundan Müdafiə sistemlərinin "İsgəndər"i vurmaq qabiliyyətində olmadığı deyilir.

Göründüyü kimi, "İsgəndər" OTRK olduqca ciddi, eyni zamanda hələ tam "kəşf edilməmiş" hərbi texnikadır.

Ordusunu Rusiyanın istismar müddəti bitmiş silah-sursat ianəsi ilə "zənginləşdirən" Ermənistanın "İsgəndər"lərin yararlı olub-olmamasını müstəqil şəkildə, icazə almadan yoxlamağa isə hünəri çatmaz.

Maraqlıdır ki, Rusiyada "İsgəndər"lərin ixracı qadağan olunan məhsulların siyahısındadır. Hətta RF-nin bu raket kompekslərini Səudiyyə Ərəbistanı və Qazaxıstana satmaqdan imtina etidyi məlum olsa da, mətbuatda hələ 2013-cü ildə Ermənistanın bu kompleksləri əldə etdiyi barədə məlumatlar yayılmışdı. Lakin rəsmi olaraq nümayiş etdirilməmişdi. Rus mənbələri isə kompleksin ixrac edildiyini deyirdi.

ТЗМ 9Т250-1 "İsgəndər-M" kompleksi

Bir məqamı da vurğulamalıyıq ki, bu vaxta qədər Ermənistanda keçirilmiş hərbi paradlarda nümayiş etdirilən texnikaların əsas hissəsi və yarıdan çoxu ölkədə "kök salmış" Rusiya hərbi bazalarına məxsusdur. Bu dəfə də ermənilərin görüntü yaratmaq baxımından RF istehsallı hərbi texnikanın nümayişinə əl atdığı istisna deyil.

İstənilən halda bu addımlar Rusiyanın imicinə zərər verir. ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun üç həmsədrindən biri olan Rusiyanın münaqişə tərəflərindən birinə, daha doğrusu, münaqişəyə səbəb olan tərəfə belə təhlükəli texnika satmaqda, bağışlamaqda və ya paradda nümayiş etdirməyə icazə verməkdə məqsədi nədir? Bəs RF rəsmilərinin münaqişənin nizamlanmasına sadiq olduqları barədə bəyanatlar? Bütün bunlardan sonra hansı obyektiv, qərəzsiz, ədalətli vasitəçilikdən danışmaq olar? Zaman-zaman sözdə bir cür, əməldə başqa cür olan Rusiya nədənsə, həmsədr olduğunu ara-sıra unudur.

Əslində bu "silah bağışlamaq" birinci deyil, demək olar ki, hər iki-üç ildən bir təkrarlanan faktdır. Və ortaya haqlı olaraq belə bir sual çıxır: ümumiyyətlə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsini həll etmək niyyəti varmı?

Görünür, Rusiya qonşu Azərbaycanla çoxəsrlik birgə tarixə, sıx mədəni, siyasi və iqtisadi əlaqələrə malik olduğunu, II Dünya müharibəsində Azərbaycanın Qələbəyə verdiyi böyük töhfəni, Qərb tərəfindən sanksiyalara məruz qalanda, bundan əziyyət çəkəndə Azərbaycanın mehriban qonşuluq, tərəfdaşlıq münasibətlərini pozmadığını, sanksiyaları pislədiyini, hətta Azərbaycanın Rusiya hərbi ixracatında ən mühüm tərəfdaş ölkələrdən biri olduğunu unudur. Bütün bunların müqabilində isə işğalçı ölkəni ən müasir silahlarla silahlandırmaqla Azərbaycana "təşəkkür" edir.

Təbii ki, Ermənistan ordusunun "İsgəndər"lərə və Rusiya istehsallı digər silahlara sahib olması ilə bölgədə qüvvələr balansı dəyişməyəcək.

Azərbaycan Ordusu öz gücünü artıq aprel döyüşlərində göstərib. Hələ də məğlubiyyətlə barışmayan Ermənistanın apreldə Azərbaycanın təmas xəttinə yaxın ərazilərdəki yaşayış məntəqələrinə atdığı Rusiya istehsallı mərmilərin yarıdan çoxu isə heç partlamadı. Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Milli Agentliyin hesabatları da göstərir.

Füzulidə partlamamış OF-26, 125 mm-lik tank mərmisi

Və xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan təkcə müasir texnikalar almır, artıq özü ən müasir silahları istehsal və ixrac edir. Son vaxtlarda isə xaricdə Azərbaycanın istehsal etdiyi silahlara tələbat xeyli artıb. Hətta sifarişlər çox olduğuna görə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi bəzi ölkələrin sifarişlərindən imtina edib.

Xatırladaq ki, sentyabrın 21-də prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan istehsallı müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik "Zərbə" pilotsuz uçuş aparatlarının təqdimatı oldu. Bununla yanaşı, Azərbaycan "Orbitr 4" və "Orbitr 3" müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatlarının da istehsalına başlayacaq.

Bu gün dünya miqyasında güclü ordular sırasında olan, Ermənistanın istənilən təhdidini dəf etmək iqtidarında olan Azərbaycan ordusu ölkəmizin maraqlarını təmin etmək qüdrətindədir və heç bir qüvvə ərazi bütövlüyümüzün bərpasına mane ola bilməz. Ermənistanı heç "İsgəndər"lər də xilas edə bilməyəcək.

Bəxtiyar Hacıyev 

Trend


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM