Strategiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 m² sahədə mətbəx mebeli, havatəmizləyici və qaz sobası yanıb.
Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.