Əli Həsənov: Azərbaycan islahatlar astanasında

17:51 / 24.09.2016

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Rusiyanın TASS agentliyinin müxbirinə müsahibəsində ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referendum və Azərbaycanda islahatlar barədə danışıb. Strategiya.az müsahibəni təqdim edir.

X X X

-Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə əlaqədar referendum keçirilməsi zərurəti hansı amillərlə bağlıdır? 

-Azərbaycan Respublikasının hazırda qüvvədə olan Konstitusiyası 1995-ci ildə qəbul edilib. 2002-ci və 2009-cu illərdə Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendumlar keçirilib. Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi zərurəti son 7 ildə ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş köklü dəyişikliklərlə, habelə regionda və dünyada cərəyan edən siyasi və iqtisadi proseslərlə əlaqədar yaranıb.

-Konstitusiya islahatı hansı sahələri əhatə edir?

-Referendum aktında Konstitusiyanın 23 maddəsinə dəyişikliklər edilməsi və onun altı yeni maddə ilə tamamlanması nəzərdə tutulur. Əlavələr və dəyişikliklər insan haqlarının və azadlıqların müdafiəsini təmin edən əsasların təkmilləşdirilməsini; effektiv və çevik dövlət idarəçiliyi mexanizminin formalaşmasını; həyata keçirilən iqtisadi islahatların səmərəliliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəçilik mexanizminin təkmilləşdirilməsini, qanunverici hakimiyyətin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsini; dövlətin təhlükəsizliyi, cəmiyyətdə sabitlik üçün əlavə təminatlar yaradılmasını nəzərdə tutur. Bütövlükdə dəyişikliklər cəmiyyətin inkişafının müasir mərhələsində onun həyat fəaliyyətinin əsas sahələrini əhatə edir.

-Vitse-prezidentlik təsisatının tətbiq edilməsi nə ilə bağlıdır?

-Dövlət idarəçiliyinin səmərəli və çevik mexanizminin formalaşması, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmlənməsi üçün beynəlxalq təcrübədə də operativ və effektiv idarəetmənin təmin edilməsi üçün əlverişli mexanizm kimi özünü doğrultmuş vitse-prezidentlik təsisatı yaratmaq təklif olunur.

Dəyişikliklər dövlətin həyat fəaliyyətinin müxtəlif sahələrinə cavabdeh olan birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin təsis olunmasını nəzərdə tutur. Yeni idarəçilik təsisatı prezident idarəçilik formasının müasir çağırışlara adekvatlığını təmin edəcək və fors-major hallarında dövlət idarəçilik mexanizminin optimal funksionallığı üçün şərait yaradacaq. Yenilik ölkədə artıq uğurla həyata keçirilən iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi ideyasına xidmət edir. Yeni təsisatın formalaşması ilə əlaqədar Azərbaycan Prezidentinin səlahiyyətlərinin icraçı mexanizmi də dəqiqləşdirilir və dövlət idarəçiliyi mümkün risklərdən sığortalanır.

-Referendumdan sonra dəyişikliklərin nə dərəcədə tez tətbiq edilməsi nəzərdə tutulur?

-Əgər sentyabrın 26-da Azərbaycan xalqı Azərbaycan Konstitusiyasına dəyişikliklərin və əlavələrin lehinə səs verərsə, onda müvafiq dövlət orqanları tərəfindən təsdiq ediləndən sonra ölkə Prezidenti qanunvericilik qaydasında öz səlahiyyətləri çərçivəsində referendumun nəticələrinin reallaşdırılması proseduruna başlayacaq.

-Dövlət başçısının təşəbbüsünün cəmiyyət tərəfindən dəstəklənməsi ehtimalı necədir?

-Prezident İlham Əliyev xalqın çox böyük dəstəyini qazanıb və onun təşəbbüslərinin praktiki olaraq hamısı Azərbaycan vətəndaşları tərəfindən bəyənilir. Bu il sentyabrın əvvəlində nüfuzlu beynəlxalq sosioloji mərkəzlər tərəfindən aparılmış sorğuların nəticələrinə əsasən qəti demək olar ki, ölkə vətəndaşları Konstitusiyaya dövlət başçısı tərəfindən təklif edilən dəyişiklikləri və əlavələri dəstəkləyəcəklər.

Amerikanın “AJF&Associates, Inc.” təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsinə razılıqlarını bildirib. Fransanın “Opinion Way” tədqiqat institutu tərəfindən keçirilmiş sosioloji sorğu da göstərib ki, respondentlərin 87 faizi Prezidentin təşəbbüsünü bəyənir.

-Dəyişikliklər və əlavələrdə yaş senzinin ləğv edilməsi nəzərdə tutulur. Bu, o deməkdirmi ki, respublikanın 18 yaşa çatmış vətəndaşı ölkənin prezidenti ola bilər?

-Beynəlxalq praktika göstərir ki, bir sıra ölkələrdə, məsələn Fransa və Finlandiyada seçkili vəzifələr üçün yaş senzi müəyyən edilməyib. Beynəlxalq təcrübəyə uyğun olaraq aşağı yaş senzinin aradan qaldırılması hər bir insanın öz potensialını reallaşdırmasına imkan verən mühüm amillərdən biridir. Bu, vətəndaşların, xüsusən gənclərin siyasi fəallığını stimullaşdırır.

Azərbaycan qanunvericiliyində yüksək vəzifələr tutmaq üçün 18-20 yaşlarında vətəndaşların dövlət vəzifələrinə seçilməsi və ya təyin edilməsi imkanını məhdudlaşdıran tələblər – ali təhsil və s. nəzərdə tutulur.

-Avropa Şurasının Venesiya Komissiyası lap yaxın günlərdə Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklərə tənqidi münasibət bildirib. Siz həmin rəyi necə səciyyələndirərdiniz?

-Azərbaycan Avropa Şurasına daxil olandan sonra respublika hökuməti Venesiya Komissiyası ilə həmişə səmərəli əməkdaşlıq edirdi. Tərəflər ümumi dil tapır və bir-birinin mövqelərinə hörmətlə yanaşırdı. Bütün hallarda Azərbaycan tərəfinin rəyi və arqumentləri öyrənilir və yalnız bundan sonra komissiya öz rəylərini elan edirdi. Təəssüf ki, Azərbaycanda referendum məsələsinə dair bütün prosedur qaydaları kobud şəkildə pozulub. Adətən belə məsələləri üç ay ərzində nəzərdən keçirən komissiya bu dəfə tələm-tələsik, Azərbaycan tərəfinin dinlənilmək hüququna məhəl qoymadan, konspirativ formada, iki həftə ərzində özünün çoxsaylı qeyri-dəqiqliklər və kobud səhvlərlə dolu rəyini hazırlayıb və yayıb.

Venesiya Komissiyası ilə əməkdaşlıq təcrübəsinə əsaslanaraq, habelə onun fəaliyyətinin xarakterini nəzərə alaraq əminliklə demək olar ki, bu qurum öz nüfuzuna xələl gətirərək, məcburi şəkildə siyasi sifarişi yerinə yetirib.

-İqtisadi idarəçilik və dövlət idarəçiliyi sahəsində radikal islahatlar gözlənilirmi?

-Konstitusiya islahatının əsas ideyası dövlət idarəçiliyinin və iqtisadi idarəçiliyin daha səmərəli mexanizmlərinin yaradılması üçün zəruri şəraitin təmin edilməsidir.

Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili Azərbaycan iqtisadiyyatını postneft dövrünün tələblərinə uyğun vəziyyətə gətirməli olan iqtisadi islahatlar ili kimi səciyyələndirib. Yeni mərhələnin əsas prioritetləri ölkə iqtisadiyyatının beynəlxalq məkanda rəqabət qabiliyyətinin artırılması olacaq. 2025-ci ilə qədər və sonrakı illər üçün nəzərdə tutulan ümumi hədəfləri müəyyən edən yeni iqtisadi islahatların yol xəritəsi artıq tərtib olunub.

Hesab edirəm ki, dərin iqtisadi transformasiya perspektivinə görə müvafiq dəyişikliklər aparılması və nəzərdə tutulan məqsədləri həyata keçirməyə qabil olan daha mükəmməl mexanizmlər yaradılması tələb olunur. Buna görə də şübhəsiz ki, dövlət idarəçiliyinin islahatı üzrə ardıcıl və konkret addımlar atılmalıdır.

Əminəm ki, Azərbaycan xalqı Prezidentin ölkənin yeni çağırışlara uyğun uğurlu inkişafını təmin edəcək qanunvericilik təşəbbüsünü dəstəkləyəcək.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM