Müasir yaylım atəşi sistemləri ən çox yayılan və satılan silah olmaqla yanaşı eyni zamanda ən güclü silahdır. “Tornado-S” və “Tornado-Q” baş konstruktoru Vitali Xomenokun sözlərinə əsasən, adıçəkilən maşınların tam atəşi göstəricilərinə əsasən, nüvə silahından sonra ikinci yerdə durur.
Dağıntı miqyası baxımından nüvə silahının bənzəri yoxdur, lakin qarşıda rəqibin möhkəmləndirilmiş ərazisini “Yer üzündən silmək” və ya düşmənin bir bölük zirehli texnikasını bir dəfəyə məhv etmək məqsəd olaraq durursa, o zaman reaktiv artilleriya “müharibə kraliçasıdır”.
Raketdəki partlayıcı maddənin gücü indiyə qədər məxfi saxlanılır, lakin “Tornado-S” və “Smerç”in tam atəşinin bir neçə ton partlayıcı maddəyə bərabər olduğu məlumdur. Atəş nəticəsində 67,6 hektar sahə hücum təsirinə məruz qalır. Silahın tətbiqindən sonra müqavimət göstərməyə qadir heç nə qalmır.
Tam təsəvvür yaratmaq üçün qeyd edək ki, 67 hektar təxminən 100 futbol meydançası sahəsinə bərabərdir. Bütün bu ərazini “təmizləmək” üçün “Tornado-S” kompleksinin yalnız bir atəşi kifayətdir.
Dünya hərbçiləri 1964-cü ildə SSRİ-də yaradılan “Qrad” yaylım atəşi sistemi ilə yaxından tanışdırlar. Bu həqiqətən dəhşətli silah idi, heç bir potensial rəqib ona qarşı müvafiq göstəricilərə malik silah qoya bilmirdi. “Qrad” sistemi döyüş növbəsində 40 ildən artıq durduğundan onu əvəzləmək zamanı yetişdi. “Tornado” yaylım atəşi sistemi onu əvəzlədi.
İlk reaktiv yaylım atəşi sistemi “Qrad” effektivliyini 1969-cu ildə Damansk adasında çinlilərlə münaqişə zamanı nümayiş etdirdi. O zaman açılan bir neçə atəş bütün ada sahəsini “şumlanmış” əraziyə çevirdi. Sovet İttifaqı adasını ələ keçirmək üçün göndərilən çinlilərdən heç biri sağ qalmadı. Lakin indiyə qədər çinlilərin orada neçə nəfər itirdikləri məlum deyil. Hərbi tarixçilərin ehtimalına əsasən, itkilərin sayı 3 min əsgər və zabitə bərabərdir.
“Tornado-Q” “Qrad”, “Tornado-S”, “Smerç”in “Tornado-U” isə “Uraqan”ın təkmilləşdirilmiş variantıdır.
Bütün kompleks üç maşından ibarətdir. Buraxma qurğulu döyüş, mərmiləri daşıyan və döyüş maşınına dolduran nəqliyyat- doldurma və komanda maşını. Atəşin idarəsi məhz komanda maşınından həyata keçirilir.
Sələflərindən (“Qrad”, “Uraqan”, “Smerç”) fərqli olaraq “Tornado” peyk tuşlama sisteminə malikdir. Məhz bunun sayəsinə hədəfdən yayınma halları daha az olacaq.
Yeni raket sistemlərində əvvəlkilərdə qeydə alınan bütün çatışmazlıqlar nəzərə alınıb. Aşağıdakı parametrləri təkmilləşdirilib:
- Maksimal uçuş məsafəsi – 200 km
- Atəşdən sonra mövqeni tərketmə zamanı təxminən 5 dəfə azaldılıb. “Tornado” yaylım atəşi raket sistemi maksimal atəş məsafəsi zamanı mərmi hədəfə dəyməmiş mövqeyini tərk edə biləcək.
- Tətbiq edilən mərmilər spektrı nəzərəçarpacaq dərəcədə genişləndirilib.
- Çoxlu sayda elektron idarəetmə, tuşlama və naviqasiya sistemləri əlavə edilib. Maşın heyəti üç nəfərdən ikiyə endirilib.
- Avtomatlaşdırılmış atəş idarəetmə sistemi quraşdırılıb.
- Avtomatik atəş idarəsi.
“Tornado-S” yaylım atəşi sistemi mərmilərinin uçuş məsafəsi sələflərini üç dəfə qabaqlayır. İndi mərmilərdən hər biri uçuş idarəetmə sistemi ilə təchiz olunub. Bu, hədəfdənyayınmanın mümkünlüyünü nəzərəçarpacaq dərəcədə azaldır. Bununla belə mərmilər müxtəlif içliyə malik ola bilər: kumulyativ, qəlpələnən, özühədəfalan döyüş elementləri, tank əleyhinə minalar və hətta uçan pilotsuz aparatlar.
Bu, qarşıya qoyulan daha çox hədəfi vurmağa imkan verir. Təcrübəyə əsasən, yaylım atəşi sistemi hədəfə silsilə atəş açdıqdan sayılı dəqiqələr sonra sistemin yerləşdiyi yer güclü bombardmana məruz qalır. Bu isə öz növbəsində nə maşına, nə də onun heyətinə sağ qalmağa imkan vermir. Məhz bu səbəbdən atılan mərmilərdən birincisi hədəfə dəyənə qədər “Tornado” mövqeyini dəyişə bilir.
Kompleksin özü sonuncu mərmi hədəfi məhv edərək partladığı anda atəş açılan yerdən bir neçə km uzaqlaşa bilir. Bütün bunlar “Tornado”nu həqiqətdə özünə rəqib tanımayan dəhşətli silah edir.
122 mm-lik yeni “Tornado-Q” yaylım atəşi raket sistemi (YARS) döyüş effektivliyi baxımından “Qrad” YARS-ı 2,5-3 dəfə üstələyir. 300 mm-lik “Tornado-S” YARS tam hazır olduqdan sonra effektivlik baxımından “Smerç” YARS-ı 3-4 dəfə üstələyəcək.
http://interaztv.com/
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM