AMB-dən Strategiya.az-a verilən məlumata görə, hərracda Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 mln. dollar və Mərkəzi Bank tərəfindən 50 mln. dollar olmaqla ümumilikdə 150 mln. dollar məbləğində vəsait satışa çıxarılıb. Hərracda 20 bank iştirak edib və məcmu tələb 70,2 mln. dollar təşkil edib.