Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsinin (referendum) yekun nəticəsi açıqlanıb.
Strategiya.az bildirir ki, Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 26-da keçirilmiş referendumun yekunlarına həsr olunmuş mətbuat konfransında qeyd edib ki, Komissiyanın ümumi ölkə üzrə fəaliyyət göstərən 125 seçki dairəsi üzrə 5627 seçki məntəqəsinin hamısından hesabatlar daxil olub.
O qeyd edib ki, 5 267 111 seçicidən 3 671 797 nəfəri səsvermədə iştirak edib, yəni respublika üzrə seçici fəallığı 69,7 faiz təşkil edib.
Həmin hesabatlara əsasən, səsvermənin nəticələri aşağıdakı kimidir:
Sıra nömrəsi |
Hissələrin adları |
Lehinə |
1 |
1. 9-cu maddənin I hissəsi aşağıdakı redaksiyada verilsin: “I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.”. |
84.8% |
2 |
2. 24-cü maddədə: 2.1. I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda I hissə əlavə edilsin: “I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.”; 2.2. III hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Hüquqlardan sui-istifadəyə yol verilmir.”. |
87.3% |
3 |
3. 25-ci maddədə: 3.1. III hissənin birinci cümləsində “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə, ikinci cümləsində “milli” sözü “etnik” sözü ilə əvəz edilsin; 3.2. aşağıdakı məzmunda VI hissə əlavə edilsin: “VI. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.”. |
87.3% |
4 |
4. 29-cu maddədə: 4.1. V hissə VII hissə hesab edilsin; 4.2. aşağıdakı məzmunda V və VI hissələr əlavə edilsin: “V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.”. |
87.4% |
5 |
5. 32-ci maddəyə aşağıdakı məzmunda VI, VII və VIII hissələr əlavə edilsin: “VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.”. |
86.1% |
6 |
6. 36-cı maddədə: 6.1. II hissədən “və digər silahlı birləşmələrdə” sözləri çıxarılsın; 6.2. aşağıdakı məzmunda IV hissə əlavə edilsin: “IV. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır.”. |
83.5% |
7 |
7. 47-ci maddənin III hissəsində “sosial” sözündən sonra “və hər hansı digər meyara əsaslanan” sözləri əlavə edilsin. |
83.3% |
8 |
8. 49-cu maddənin II hissəsində “etməklə” sözündən sonra “, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə,” sözləri əlavə edilsin. |
87.3% |
9 |
9. 53-cü maddənin I hissəsində “heç bir halda” sözləri çıxarılsın və “vətəndaşlığından” sözündən sonra “(onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla)” sözləri əlavə edilsin. |
88.2% |
10 |
10. 56-cı maddənin III hissəsində “seçkilərdə iştirak etmək” sözləri “seçilmək” sözü ilə əvəz edilsin. |
87.2% |
11 |
11. 57-ci maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər.”. |
87.3% |
12 |
12. 58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin: “Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır.”. |
85% |
13 |
13. 59-cu maddədə: 13.1. maddənin mətni I hissə hesab edilsin və həmin hissədən “qanunla nəzərdə tutulmuş qaydada” sözləri çıxarılsın; 13.2. aşağıdakı məzmunda II hissə əlavə edilsin: “II. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.”. |
91% |
14 |
14. 60-cı maddə aşağıdakı redaksiyada verilsin: “Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı I. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.”. |
91.2% |
15 |
15. 68-ci maddədə: 15.1. maddənin adı aşağıdakı redaksiyada verilsin: “Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ”; 15.2. I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin; 15.3. aşağıdakı məzmunda I və IV hissələr əlavə edilsin: “I. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.”; “IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.”. |
89.3% |
16 |
16. 71-ci maddənin II hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin: “Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.”. |
87.7% |
17 |
17. 85-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilsin. |
87.8% |
18 |
18. 89-cu maddənin I hissəsinin birinci bəndinin 5-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilsin: “6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda; 7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.”. |
87.8% |
19 |
19. Aşağıdakı məzmunda 981 -ci maddə əlavə edilsin: “Maddə 981. Azərbaycan Respublikası Milli Məclisinin buraxılması I. Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır. II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.”. |
87.9% |
20 |
20. 100-cü maddədən “Yaşı otuz beşdən aşağı olmayan,” sözləri çıxarılsın. |
88% |
21 |
21. 101-ci maddənin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.”. |
84.2% |
22 |
22. Aşağıdakı məzmunda 1031 -ci maddə əlavə edilsin: “Maddə 1031. Azərbaycan Respublikasının vitse-prezidentləri I. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. II. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.”. |
84.5% |
23 |
23. 105-ci maddədə: 23.1. I hissənin birinci cümləsində “üç ay ərzində” sözləri “60 gün müddətində” sözləri ilə, ikinci cümləsində “Baş naziri” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə əvəz edilsin; 23.2. II hissədə “Baş naziri” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə, “səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri” sözləri “müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini” sözləri ilə əvəz edilsin; 23.3. III hissə aşağıdakı redaksiyada verilsin: “III. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.”; 23.4. aşağıdakı məzmunda IV hissə əlavə edilsin: “IV. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.”. |
85% |
24 |
24. Aşağıdakı məzmunda 1061 -ci maddə əlavə edilsin: “Maddə 1061. Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır. II. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. III. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. IV. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər.”. |
85.3% |
25 |
25. Aşağıdakı məzmunda 1081 -ci maddə əlavə edilsin: “Maddə 1081. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.”. |
85.3% |
26 |
26. Aşağıdakı məzmunda 1101 -ci maddə əlavə edilsin: “Maddə 1101. Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər.”. |
85.4% |
27 |
27. 121-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin: “Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.”. |
87.2% |
28 |
28. 126-cı maddənin I hissəsində “Yaşı 30-dan aşağı olmayan, seçkilərdə” sözləri “Seçkilərdə” sözü ilə əvəz edilsin. |
84.4% |
29 |
29. Aşağıdakı məzmunda 1461 -ci maddə əlavə edilsin: “Maddə 1461. Bələdiyyələrin məsuliyyəti Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar.”. |
87.1% |
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM