M. Səfərəliyevin qardaşı Ramin Səfərəliyev APA-ya bildirib ki, hadisə sentyabrın 26-ı axşam Simferopolda baş verib.
Simferopoldakı ali məktəblərdən birinin yuxarı kurs tələbəsi olan M. Səfərəliyevin iranlılar tərəfindən öldürüldüyü bildirilir. M. Səfərəliyevə arxadan çoxlu bıçaq zərbəsi vurulub, o, aldığı zərbələrdən dünyasını dəyişib. Qətlin səbəbi hələlik məlum deyil.
M. Səfərəliyevin meyitinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.