Qars valisi qatar xəttində infrastruktur işlərinin sürətli davam etdiyini bildirib. Tarixi İpək Yolunun bu işlər nəticəsində əvvəlki missiyasını bərpa edəcəyini deyən Rəhmi Doğan qeyd edib ki, Bakı-Tiflis-Qars dəmiryolunun inşası başa çatmaq üzrədir.
"Bakı-Tiflis-Qars dəmiryolunun ən əhəmiyyətli xüsusiyyəti Çindən Avropaya göndərilən bütün malların bu xətt üzərindən daşınmasından ibarət olacaq. Bununla da tarixi İpək Yolu dəmiryolu əlaqəsi ilə təmin ediləcək", – deyə vali bildirib.//virtualaz/org