Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov sentyabrın 26-da keçirimiş referendumla bağlı sualları cavablandırıb.
- Rufiz müəllim, siz referendum prosesində aktiv iştirak etmisiniz. Referendum üzrə “Vətəndaş Cəmiyyəti” Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi olmuşunuz. Sizcə, ümumxalq səsverməsinə hazırlıq prosesi necə keçdi? - Konstitusiyaya Prezident İlham Əliyevin təşəbbüsü ilə əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar ölkə üzrə aparılan kampaniyada vətəndaş cəmiyyətinin təmsilçisi olaraq yaxından iştirak etmişik. Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün ərazilərində vətəndaşlarla görüşüb, konstitusiya islahatlarının əhəmiyyətini izah etmişik. Keçirdiyimiz görüşlər, müşahidələrimiz göstərir ki, Azərbaycan xalqı referendumu birmənalı şəkildə dəstəklədi. Səsvermə günü yüksək seçici fəallığı oldu. Həm Mərkəzi Seçki Komissiyasının, həm “Exit Poll” keçirən təşkilatların, seçkiləri izləyən yerli və xarici müşahidəçilərin məlumatlarına əsaslanaraq səsvermənin şəffaf keçirildiyini sözyləmək olar. Səsvermədə seçicilərin 70 faizinin iştirak etməsi, seçicilərin 90 faizdən çoxunun dəyişiklikləri dəstəkləməsi Prezidentin irəli sürdüyü təşəbbüsün Azərbaycan xalqının iradəsini əks etdirdiyini, xalqımızın demokratik inkişaf yolunda yeni və diqqətəlayiq addım atdığını göstərir. Biz seçicilərlə görüşdə konstitusiya islahatlarının əsas məğzini, dəyişiklik olunacaq detalları onların diqqətinə çatdıra bildik. Düşünürəm ki, referendum seçki kampaniyası zamanı bizim zəhmətimiz nəticəsiz qalmadı, məqsədimizə nail ola bildik. Aparılan geniş kampaniya nəticəsində əhali sentyabrın 26-da səsvermə məntəqələrinə gələrkən Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mahiyyəti barədə artıq bilgili idi. İnsanlar bu dəyişikliklərin ölkəmizin gələcəyi üçün nə qədər əhəmiyyət kəsb etdiyini bilirdilər. Xalq həmin gün sosial-iqtisadi inkişafın davamlılığına, siyasi və inzibati sistemin təkmilləşməsinə, müstəqqilliyin, təhlükəsizliyin daha da möhkəmlənməsinə səs verdi.
- Referendumdan sonra ölkədə ciddi islahatların aparılacağı qeyd olunur. Sizcə bu islahatlar nədən ibarət olacaq? Bu barədə hakimiyyət nümayəndələri açıq danışıblar və xalqa kifayət qədər dolğun məlumatlar veriblər. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Cənab Əli Həsənovun qeyd etdiyi kimi, referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb. Təsadüfi deyil
ki, Prezident İlham Əliyev 2016-cı ili ölkədə "İslahatlar ili" elan edib. Post-neft dövrünə hazırlaşan Azərbaycan operativ, çevik islahatlar həyata keçirməkdədir. Bu istiqamətdə bütün imkanlardan, həm inzibati, həm iqtisadi, həm də insan resurslarından istifadə olunur. Biz yaxın gələcəkdə ciddi islahatların və onun müsbət nəticələrinin şahidi olacağıq. Referendum siyasi sistemdə və idarəetmə praktikasında əhəmiyyətli dəyişikliklər yaradacaq.
Ən əsası və xalqın əsas istəyi olan ictimai-siyasi sabitlik, əmin-amanlıq bundan sonra daha da güclənəcək. Dünyada baş verən hərbi, siyasi kataklizmlər fonunda Azərbaycandakı əmin-amanlığın olması və gələcəkdə də onun qorunub saxlanılması çox böyük əhəmiyyət kəsb edir. İnsanlar sabitliyin qorunub saxlanılacağına və islahatların aparılacağına əmin olduqları üçün seçkilərdə fəal iştirak etdilər. Referendum ölkəmizdə həyata keçirilməkdə olan islahatların anonsu olmaqla yanaşı, dəyişikliklər üçün hüquqi baza və siyasi alət idi.
Hesab edirəm ki, Azərbaycanda həyata keçiriləcək islahatların kökündə iqtisadi məsələlər duracaq. Yeni iqtisadi modelin yaranması, Azərbaycanın böyük iqtisadi potensialından səmərəli istifadə üçün artıq ilkin addımlar atılıb.
- Referenduma müxtəlif reaksiyalar oldu. Həm ölkə daxilində, həm də xaricdə ümumxalq səsverməsinə fərqli münasibətlər sərgiləndi. Sizcə, bu mövqelər nə dərəcədə ədalətli idi? - Referenduma reaksiyalar əsasən müsbət notlar üzərində köklənmişdi. Prezidentin təşəbbüsü ilə irəli sürülən, xalq tərəfindən dəstəklənən dəyişikliklər beynəlxalq təşkilatlar tərəfindən normal qarşılandı. 26 sentyabrda xalqımızın dövlət quruculuğu, demokratiya yolunda çox mühüm addım atdığını beynəlxaq qurumlar etiraf ediblər.ABŞ Dövlət Departamenti Azərbaycandakı referendumun təhükəsizlik sahəsində hər hansı insident olmadan keçdiyini və konstitusiya islahatlarının dövlətimizin daxili işi olduğunu bəyan edib. Yuxarlda qeyd etdiyim ki, xarici müşahidəçilər də seçkilərin şəffaf və ədalətli keçdiyini bəyan edib. Azərbaycandakı siyasi partiyalar da, əsasən referenduma dəstəklərini ifadə ediblər. Referendumöncəsi siyasi partiyalara aksiyalar keçirməyə hər cür şərait yaradıldı. Amma göründüyü ki, mitinqləri olduqca sönük keçdi. Çünki xalq konstitusiya dəyişikliklərinin vacibliyini anlayaraq islahat tərəfdarı olduğunu qətiləşdirmişdi. Hakimiyyət tərəfindən irəli sürülən istənilən təşəbbüsə etiraz etməyə alışıb. Bəzən etirazlar, müzakirələr konstitusiyaya edilən dəyişikliklər, mahiyyət üzrə deyil, tamam başqa problemlər üzrə aparılırdı. Əlbəttə, bütün bunlar təəssüf doğurur. Mən 26 sentyabrda keçirilən referendumu Azərbaycanda demokratiyanın təntənəli qələbəsi hesab edirəm.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM