1 Oktyabr - Beynəlxalq Ahıllar günüdür

12:35 / 01.10.2016

 BMT Baş Məclisinin 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar günü kimi qeyd edilir. Burada məqsəd cəmiyyətin diqqətinin ahılların problemlərinin həllinə yönəldilməsi, ahıllara diqqət və qayğının artırılmasıdır.  
   Müstəqil Azərbaycanda ahıllarla bağlı dövlət siyasəti xalqımızın ümummilli lideri Heydər Əliyevin ahıl insanların sosial müdafiəsinin təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğı əsasında formalaşıb. Ahıllara dövlət qayğısının ildən-ilə artması ilə müşahidə olunan bu humanist siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlət başçısının müvafiq fərman və sərəncamlarına, 2004-cü ildə təsdiq edilmiş “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”na, 2006-cı ildə təsdiq edilmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na və digər sənədlərə əsasən ahılların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
   Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən indiyə qədər Azərbaycan Prezidenti tərəfindən imzalanan müvafiq sərəncamlarla yaşa görə əmək pensiyasının baza hissəsinin və sığorta hissəsinin mütəmadi olaraq artırılması təmin olunur. Cari ildə də bu istiqamətdə müvafiq addımlar atılıb. 2016-cı il iyulun 1-i vəziyyətinə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 8,1 faiz artıb.  Azərbaycan Prezidentinin 19 yanvar 2016-cı il tarixli Fərmanı ilə digər müharibə əlilləri kimi, İkinci Dünya müharibəsi əlillərinə verilən Azərbaycan Respubikası Prezidentinin təqaüdləri də cari ildə növbəti dəfə artırılıb. 
   Bu vaxtadək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1104 nəfər İkinci Dünya müharibəsi əlili və iştirakçısı olan ahıl vətəndaş  minik avtomobili, həmin  təbəqədən olan 117 nəfər şəxs isə mənzillə təmin edilib. 
   Hər il İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin ildönümü ərəfəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanaraq, həmin müharibənin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilir. Cari ildə də müvafiq Sərəncamla 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə 1000 manat, digərlərinə isə 500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Ödənilən birdəfəlik maddi yardımların məbləği də ildən ilə artırılır. Ötən illə müqayisədə cari ildə bu artım 25 faiz təşkil edib və müvafiq olaraq  800 manatdan 1000 manata, 400 manatdan 500 manata qaldırılıb. Azərbaycan MDB-yə üzv ölkələri arasında 1941-1945-ci illər müharibəsi iştirakçılarına ən yüksək məbləğdə birdəfəlik maddi yardım verilən ölkədir. 
   Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri tərəfindən respublika üzrə 11,9 min nəfərdən çox tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidməti göstərilir. Onlardan 9555 nəfərini ahıllar, yəni yaşı 70-dən yuxarı olanlar, digərlərini I və II qrup əlillər təşkil edir. Onlar üçün müxtəlif ictimai-iaşə, ticarət, kommunal xidmətlərlə yanaşı, hüquqi məsləhət yardımları da təşkil olunur. Ahıl şəxslərin dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində də tədbirlər görülür. 
   Nazirliyin Müharibə və əmək əlilləri üçün pansionatı tənha ahıl insanların dövlət himayəsində yaşadığı müəssisədir. Son illərdə pansionatda, pansionatda əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, müəssisə üçün  5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunaraq istifadəyə verilib. Pansionatda ahıl insanların hərtərəfli təminatı üçün hər cür şərait yaradılıb. Onlar müəssisədə  sanitariya-gigiyena tələblərinə cavab verən, zəruri mebel və avadanlıqlar ilə təchiz olunmuş yaşayış sahəsi, müəyyən edilmiş normalara və istismar müddətlərinə uyğun geyim, yataq dəstləri ilə, qida normalarına uyğun olaraq gündə 3 dəfə yeməklə  təmin olunurlar. 
   Hər il 1 Oktyabr Beynəlxalq  Ahıllar Günü ərəfəsində ölkəmizdə ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi və layiqli həyat şəraitinin təmin edilməsinə, eləcə də həyatının ahıl çağında bu və ya digər səbəblərdən tənha və köməksiz qalmağa düçar olmuş insanların dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunmasına yönəlmiş kompleks işlər aparılır. 
2011-ci il 30 dekabr tarixli “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşı 70-ə çatmış şəxs ahıl hesab olunur. Hazırda respublikada 400 min nəfərdən çox ahıl insan yaşayır. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM