"Zati-müqəddəsləri, hörmətli Roma Papası Fransisk həzrətləri! Hörmətli qonaqlar, xanımlar və cənablar! İlk növbədə, Zati-müqəddəsləri, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram! Sizə və nümayəndə heyətinizə xoş gəlmisiniz deyirəm!
Strategiya.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində Roma Papası Fransiskin hökumət nümayəndələri, ictimaiyyət və diplomatik korpus ilə görüşündə çıxışında deyib.
Dövlət başçısı deyib: "Keçən il Vatikanda görüşərkən mən sizi Azərbaycana dəvət etdim və çox şadam ki, Siz dəvəti qəvul edib bu gün ölkəmizə səfər edirsiniz. Bu səfərin çox böyük mənası var. Bu, tarixi bir səfərdir".
Prezident vurğulayıb ki, bu səfər Vatikan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək: "Bu səfər bütün bəşəriyyət üçün önəmlidir. Çünki bu səfər bir də onu göstərir ki, sivilizasiyalararası dialoq yaşayır, davam edir, güclənir və biz çalışırıq ki, bu dialoqa yeni təkan verək. Vatikan-Azərbaycan əlaqələri artıq 24 ildir ki, uğurla inkişaf edir. Qeyd etdiyim kimi, qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlər həyata keçirilib. 2012-ci ildə diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Vatikan muzeylərində Azərbaycan sərgisi keçirdik. İlk müsəlman ölkəsinin sərgisi məhz Azərbaycan sərgisi idi. Bizim əlaqələrimiz eyni zamanda, ictimai təşkilatlar tərəfindən dəstəklənir və keçən ilin fevralında Cənubi Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın Müqəddəs San Marçellinio və Pietro katakombalarının əsaslı təmir və bərpa işlərindən sonra açılışı olub".
Prezident qeyd edib ki, bu gözəl hadisə bir də onu göstərir ki, həm bizim ikitərəfli əlaqələrimiz uğurla inkişaf edir, eyni zamanda, dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsi reallıqdır: "Azərbaycanda əsrlər boyu bütün dinlərin, xalqların nümayəndələri sülh, ləyaqət, mehribanlıq şəraitində yaşamışlar, bu gün də belədir. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bizim diyarımızda həmişə sivilizasiyalar qovuşub, Azərbaycan Şərqlə Qərb arasında hər zaman körpü rolunu oynayıb. Bu həm coğrafi körpüdür, eyni zamanda, mənəvi körpüdür. Azərbaycanda bütün dinlərin tarixi abidələri qorunub bərpa edilir. Azərbaycan çox qədim diyardır. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri - 743-cü ildə tikilmiş Şamaxı Cümə məscidi Azərbaycanda yerləşir. Eyni zamanda, bölgəmizin ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi də Azərbaycanda yerləşir. Bakıda qədim atəşpərəstlər məbədi, eyni zamanda pravoslav, katolik kilsələri, sinaqoqlar dövlət tərəfindən qorunur və bərpa edilir".
İlham Əliyev əlavə edib ki, Vatikan-Azərbaycan əlaqələrinin tarixində 2008-ci ildə çox əlamətdar hadisə baş verib: "2008-ci ildə Bakıda Katolik kilsəsinin açılışını qeyd etmişdik. Bakıda Katolik kilsəsi 1912-ci ildə inşa edilib. Ancaq 1934-cü ildə sovet hakimiyyəti tərəfindən bu kilsə dağıdılıb. Digər dini abidələr kimi, məscidlər, pravoslav kilsələri, sinaqoqlar da dağıdılıb. Müstəqil Azərbaycan dövləti qərar qəbul etdi ki, Bakıda Katolik kilsəsi yenidən tikilsin və bu gün səhər, Zati-müqəddəsləri, Siz bu kilsədə dini mərasim keçirmisiniz. Bu, əlamətdar hadisədir. İlk növbədə biz tarixi ədalətsizliyi aradan qaldırdıq. Digər tərəfdən, Azərbaycanda yaşayan katoliklər üçün də bu çox böyük hədiyyə olub".
Dövlət başçısı sonra deyib: "Bu gün ölkəmizdə dinlərarası, xalqlararası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Bunu təkcə biz demirik, bütün Azərbaycan reallıqları ilə tanış olan xarici nümayəndələr də bunu qeyd edirlər. Biz bir çox təşəbbüsləri irəli sürmüşük. Onların içərisində artıq dünyada böyük şöhrət qazanmış Bakı prosesidir. Bakı prosesi 2008-ci ildə başlayıb. Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzvdür. 2008-ci ildə Bakıda keçirilmiş Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz müsəlman ölkələrinin mədəniyyət nazirlərini dəvət etmişik. Tarixdə ilk dəfə idi ki, iki qurum arasında əlaqə yarandı. Bu əlaqəni biz yaratdıq. 2009-cu ildə isə Bakıda müsəlman ölkələrinin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından nazirləri dəvət etdik. Beləliklə, bu prosesə Bakı prosesi deyildi və bu gün Bakı prosesi çərçivəsində ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçiririk. Onların içində Dünya dini liderlərinin Zirvə görüşünü qeyd etmək olar. İki gün bundan əvvəl V Bakı Beynəlxalq Humanitar Forumu öz işini başa vurdu. Forumun əsas mövzularından biri multikulturalizm idi. İki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bütün bu təşəbbüslərin bir məqsədi var ki, bütün dinlərin nümayəndələri bir-biri ilə əməkdaşlıq etsinlər, qarşıdurmaya yol verilməsin. Bizim bu sahədəki uğurlu fəaliyyətimizi nəzərə alaraq, BMT qərar qəbul etmişdir ki, BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumu Bakıda keçirilsin və böyük müvəffəqiyyətlə biz bu il Forumu Bakıda keçirtdik. Belə tədbirlərin keçirilməsi ilk növbədə bizim özümüzə, insanlarımıza lazımdır. Çünki bu, bizim cəmiyyətimizə göndərilən çox müsbət bir siqnaldır, mesajdır. Digər tərəfdən, bütün dünyaya lazımdır. Əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində dini, milli zəmində müharibələr, münaqişələr, qarşıdurma güclənir. Biz isə belə təşəbbüsləri irəli sürərək göstəririk ki, birgə yaşamaq mümkündür, bir-birinə hörmət etmək lazımdır və öz dininə hörmət edən mütləq başqasının dininə də hörmətlə yanaşmalıdır".
Prezident İlham Əliyev vurğulayıb ki, bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilib: "Bizim üçün multikulturalizm həm həyat tərzidir, həm də dövlətimizin apardığı siyasətdir. Multikulturalizm ideyalarının təbliğində Azərbaycan dünya miqyasında çox önəmli rol oynayır. Əfsuslar olsun ki, bəzi xadimlər, siyasətçilər, liderlər multikulturalizmlə bağlı bədbin fikirlər söyləyirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, çox təhlükəli və yanlış fikirlərdir. Biz isə Azərbaycanda sübut edirik ki, multikulturalizm yaşayır, inkişaf edir, bizim ölkəmizi irəliyə aparır. Multikulturalizmin ünvanlarından biri Azərbaycandır. Fəxr edirik ki, biz çoxmillətli, çoxkonfessiyalı ölkəyik, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri ləyaqətlə yaşayırlar, bizim ölkəmizin dəyərli vətəndaşlarıdırlar və bizim ümumi inkişafımıza böyük töhfələr verirlər. Biz, ümumiyyətlə, humanitar sahədə böyük işlər görürük. Təhsilə böyük diqqət göstərilir. Azərbaycanda savadlılığın səviyyəsi təxminən 100 faizdir. Savadlılıq ekstremizmə, radikalizmə, nadanlığa qarşı bir maneədir, səddir. Ona görə, Azərbaycanda təhsilin inkişafına böyük diqqət göstərilir. Azərbaycan zəngin mədəni irsə malikdir və bu bizim cəmiyyətimizin əsasıdır. Biz milli-mənəvi dəyərlərimizə çox sadiqik. Eyni zamanda, biz müasir, dünyəvi ölkəyik. Azərbaycan bu bölgədə müasirlik və inkişaf baxımından fərqlənən ölkələrdəndir".
Dövlət başçısı sonra deyib: "Əfsuslar olsun ki, bizim xalqımız humanitar fəlakətlə üzləşib. 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Bizim vətəndaşlarımız, 1 milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. Torpaqlarımızın 20 faizi işğal altındadır, bizə qarşı etnik təmizləmə siyasəti aparılıb, xalqımıza qarşı Xocalı soyqırımı törədilib ki, bu gün 10 ölkə rəsmən bu soyqırımı tanyıb. ATƏT iki dəfə işğal edilmiş torpaqlara faktaraşdırıcı missiyalar göndərib. Bu missiyaların hesabatı insanları dəhşətə gətirir. Bizim bütün tarixi, dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib. Biz isə öz növbəmizdə Bakıda erməni kilsəsini bərpa etdik. Bakıda yerləşən erməni kilsəsində erməni dilində 5 mindən çox kitab saxlanılır. Bax fərq bundan ibarətdir. Bu onların hərəkətləri, bu da bizim münasibətimiz. Buna görə təsadüfi deyil ki, Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi tanıyırlar".
İlham Əliyev əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə gəldikdə bu münaqişənin həlli beynəlxalq hüquq çərçivəsində həll edilməlidir: "Dünyanın ali qurumu olan BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı 4 qətnamə qəbul etmişdi. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan dərhal və şərtsiz çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir və 20 ildən çoxdur ki, torpaqlarımız işğal altındadır. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi bütün başqa münaqişələr kimi ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Qeyd etdiyim kimi, bu münaqişədən ölkəmiz, xalqımız böyük əziyyət çəkir. Bizim 90-cı illərin əvvəllərində əhalimiz 8 milyon idi, onlardan 1 milyonu qaçqın və məcburi köçkündür. Bu humanitar fəlakəti öz gücümüzə həll etdik və həll edirik. Buna baxmayaraq ölkəmiz inkişaf edir. Bu ay müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu illər ərzində Azərbaycan böyük və şərəfli yol keçib. Biz beynəlxalq aləmdə böyük hörmətə malikik. Bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsi Azərbaycana səs verib, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçib. Son 13 il ərzində iqtisadiyyatımız 3 dəfə artıb. Yoxsulluq, işsizlik 5 faizə düşüb, Azərbaycanda bir çox layihələr icra edilir. Biz müasir dövlət qurmuşuq. Bu gün Azərbayvcan müstəqilliyinin 25 illiyini nikbinlik əhval-ruhiyyəsində qarşılayır. Çünki biz özümüzə və dünyaya sübut etdik ki, biz azad bir ölkə kimi, uğurla yaşaya bilərik. Azərbaycan bütün ölkəmizdə yaşayan xalqların doğma vətənidir, Azərbaycan möhkəm ayaqda durur. Biz müasir, dünyəvi, inkişaf edən əməkdaşlığa açıq olan ölkəyik. Sizin Azərbaycana səfəriniz bizim üçün tarixi hadisədir. Bu bizim üçün böyük şərəfdir. Siz bu gün səhər Katolik kilsəsində dini mərasim keçirmisiniz. Bu görüşdən sonra siz ölkəmizin ən böyük məscidi olan Heydər məscidinə gedəcəksiniz. Siz Bakıdan bütün dünyaya çox açıq-aydın mesaj göndərirsiniz ki, multikulturalizm, dinlərarası dialoq, xoş niyyət, xoş münasibət zəfər çalmalıdır, üstünlük təşkil etməlidir. Mən sizə bugünkü görüşümdə bildirdim ki, siz bu səfərinizlə bütün dünyanın diqqətini Azərbaycana yönəltmisiniz. Bütün qitələrdə sizin davamçılarınız, sizi dəstəkləyənlər bu gün Bakıya baxırlar, ölkəmizlə, şəhərimizlə bu gün tanış olurlar. Görürlər ki, dünyada, müsəlman aləmində müasir, dünyəvi inkişaf edən ölkə var. Görürlər ki, bütün dünya katoliklərinin rəhbəri Fransisko Bakıdadır. Buna görə bütün Azərbaycan xalqı adından sizə minnətdarlığını bildirmək istəyirəm, sizə cansağlığı yeni uğurlar arzulayıram".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM