1918-ci ildə ehtiyatda iki ilimiz vardı. Bu dəfə isə iyirmi iki ildən bir qədər artıq müddətimiz vardı müstəqillik fiksiyasını yaşamaq üçün. Belə baxanda dünyanın ən şanslı ölkələrindən biri Əfqanıstan sayılmalıdır. Yüz ildir hər günü savaş içində keçir, lakin ərazi bütövlüyünü mübahisə mövzusuna çevirən yox. Nə var ki, bu dövlətin yarananda xəritəsinə Böyük Britaniya öz möhürünü vurub. Hindistan da, Pakistanda eyni şanslı dövlətlər sayıla bilər. Postsovet ölkələrinin hamısının ərazisi BMT-də qeydiyyatdan keçsə də, bu qurum kiminsə sərhədlərinin təhlükəsizliyinə təminat verəcək qabiliyyəti hələ ki, münayiş etdirə bilməyib. Üstəlik də BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərdən bəziləri kiçik dövlətlər üçün özləri təhlükə mənbəyinə çevrilməkdədirlər. ABŞ-ın Yaxın Şərqdə etdikləri, Rusiyanın Azərbaycana, Gürcüstana, Moldovaya və ən nəhayət Ukraynaya qarşı açıq işğalçılıq hərəkətləri kimsəni rahatsız etmir ki, artıq dünyaya əsas təhlükələr BMT Təhlükəsizlik Şurasından gəlir. Xəritəmizin küncünə ABŞ və ya Böyük Britaniya möhürünü vurmadığından hələ ki, ərazimizin mübahisə mövzusuna çevrilmə təhlükəsi deyəsən uzun illər qalacaqdır. Onsuz da ötən əsrin 90-cı illərindən Azərbaycan müstəqilliyə yaralı vəziyyətdə girib. Canımızdan, bədənimizdən Qarabağı qoparıb almışdılar.
İndi iyirmi iki illik fasilədən sonra Rusiya eyni köntöy üslubu ilə üzərimizə qayıdır. Keçici bir dövr yaralanmış ayının pəncəsindən qurtulmamız üçün bəlkə də tək seçənəyimiz vaxtilə Şirvanşah İbrahimin hər şeyi dağıdıb-sovuran Teymurun qəzəbini soyutmaq üçün atdığı orijinal addımlar olacaqdır. Çünki NATO da, Avropa İttifaqı da bizdən öncə qapıda duranları əlavə yük olaraq götürmür. Ukrayna işğal olunur, onu belə sıralarına almağa tələsmirlər. Biz Gürcüstandan, Ukraynadan dahamı etibarlı olacağıq onlar üçün? Rusiyanın bizə dirədəcəyi nələr var? Gömrük İttifaqı- buyur! Avrasiya Birliyi- buyur! Təhlükədən yayınmaq üçün hansı addımlar atılmalıdırsa, ən yumşağını, optimalını seçərək müstəqilliyin bu dalğadan da salamat çıxmasını təmin etməliyik. Necə ki, iyirmi il öncə xeyli itkilərdən sonra Rusiyanı sakitləşdirmək üçün MDB-yə özümüzü gecikmiş də olsa, zorla soxa bilmişdik.
Rusiyanın təklif etdiyi mədəniyyət gücü deyil, hərbi gücdür. Əslində bəxtimiz orada gətirib ki, mədəniyyət gücü ilə Rusiya daha çox iliyimizə qədər işləmə şansından istifadə edə bilmədi. Hərbi güc, həqiqətən də bir nəhəngin kiçiklərə qarşı seçəcəyi ən primitiv yoldur. Texnologiyanın bəsitliyi çağlarında hərbi yolla uğurun təmin edilməsi daha rahat sayılırdı. Ancaq indi Qərb ölkələrinin əlində bu qaba gücün söndürülməsi üçün xeyli sakitləşdirici vasitələr mövcuddur. Vəhşi ayı ilə üz-üzə gəlmə taktikasında ilk öldürücü atəşin hədəfə dəyəcəyinə təminat verilmirsə, yaralı pələngin hansı sürprizlər yaradacağını müəyyənləşdirmək çətin olmaz. ABŞ tədricən Rusiyanın zəiflədilməsi variantına üstünlük verdi. Müttəfiqlərini də buna məcbur etməyə başlamışdır. Vücudu taqətdən salacaq iqtisadi iynə artıq işə salınmışdır. Bu aqressiv tempi uzun müddət Rusiyanın davam etdirməsi üçün zəhəri qəbul edən orqanizmin nə qədər dözümlü olacağı hamını düşündürən əsas məsələdir. Ağıllı siyasət meyarları ilə avtoritar Rusiyanın totalitar Çinlə kiçik bir müqayisəsini aparın. Çinin iqtisadiyyatı qat-qat güclü. Ordusu da daha böyük və daha təchizatlı. Ancaq silahla hansısa ölkəyə saldırmadı. Nəinki ərtafına, hər istəyənə belə pulunu-parasını dağıdır. Kredit verən, istehsal etdiyi hər şeyi dünyanın bütün ölkələrinə bazarlayan dünya nəhənginə çevrilib. Rusiyanın isə neft və qazla döyünən ürəyi onun beyninə sağlam qanı daşıya bilmədi və yenə də bu nəhəng ölkənin mədəni olmağa səbri çatmadı.
Bizdə tarixən qalıcı fəlsəfi məktəblər olmayıb. Hətta Türkiyədəki Mövlanaçılıq qədər düşüncəyə hakim olan bir əxlaq kodeksi də sistemlı davranışa çevrilməyib. Bizdə özümüzəməxsus dini təfəkkür və inanc prinsipləri tarixən formalaşmayıb. Biz əsrlərdir mahiyyətimizə görə Türk vücudu ilə düşünən Farsıq. Bizim milli təəssübkeşliyimiz hər zaman İran dininin alt qatlarından boy verə bilməyəcək. Ona görə də fərd olaraq Islamin əxlaqi faydasını görsək belə, cəmiyyət olaraq naqis və saxta din anlayışı ilə parçalanmış durumda olacağıq. Ortada bu gün bizim olan-qalan xəritəsinə lazımi möhür vurulmayan bir dövlətimiz var. Qısa bir təhlil aparsaq görərik ki, tariximizdə üç dövlətçilik mərhələsi olub. Birincisi, türk identifikasiyası ilə tanıdığımız dövlətlər. Bunlara hunlardan, xəzərlərdən, səlcuqlulardan miras qalan elementlər aid edilə bilər. İkincisi, formaca türk, məzmunca fars identifikasiyalı dövlətlər. Bura da səfəvilərdən qacarlara qədər gələn bir qarışıq dövr aid olunur. Nəhayət üçüncüsü, Azərbaycanlı identifikasiyası ilə formalaşan dövlətlərdir ki, bunun da tarixi 1918-ci ildən başlamaqdadır və bu günümüzün Azərbaycan dövlətinin davamında özünü ifadə edər. Türk identifikasiyası ilə varisliyini qismən daşıdığımız tarixə dönüş imkanımız yoxdur. Formaca türk, məzmunca fars dövlətçiliyinə varisliyimiz vücudumuzun ən sağalmaz xəstəliyidir. Qalır yaşadığımız Azərbaycanlı identifikasiyası ilə qurulan müasir dövlətimiz. Bizi təşkilatlandıracaq, müqavimət potensialımızı yaradacaq tək dəyərimiz bu dövlətdir. Bu gün əgər Gürcüstanın, Ermənistanın dövlət müstəqilliyi üçün təhlükə yaranarsa, kilsə mexanizmi dövlətsiz qalmış bu cəmiyyəti alt qatlarda təşkilatlandıra bilər. Türkiyədə belə bir şey baş verərsə, tarixən formalaşmış camaatlar strukturu bu təşkilatlanmanı gerçəkləşdirə bilər. Farslar da tarixi fəlsəfi məktəb ənənlərinə söykənərək bunu etmək şansına sahibdirlər. Bizim isə dövlətdən başqa təşkilatlandırıcı mexanizmimiz olmadığından, necə toparlana biləcəyimizin, qapalı müqaviməti necə təşkil edəcəyimizi düşünəndə heç cür optimist ola bilmirsən.
O zaman xarici təhlükə qarşısında bu sualı hamılıqla cavablandırmağı düşünməliyik: Bu dövlət bizi indiyədək təşkilatlandıra bildimi? Bu dövlət indiyədək bizi onu qoruyacaq qədər fədakar duyğulara sahiblənməyimizə imkan verən bir mühit yaratdımı? Hansısa xarici təhlükə qarşısında hamılıqla özümüzə bəraət qazandıracaq bəhanəmizin bolluğuna deyinməyəcəyəm. Bəli o dəfə rus erməninin qabağa verib üstümüzə gəlirdi, ona görə uduzduq. bu dəfə birbaşa özü üstümüzə gəlir, ona görə uduzacağıq deməyə xor kampaniyamız həmişə hazır. Krıma girmək artıq elə bir presedent yaratmış ki, hər gün hansısa sürprizə hazır olmamızı düşünməliyik. Ukraynaya hamı ancaq təsəlli verir, artıq Krımı qaytarıb verən yoxdur. Bizə Qarabağ məsələsində heç təsəlli də verən olmamışdı. Donetsk, Luqansk, Xarkov da olsun böyük formatda Laçın, Zəngilan, Kəlbəcər, Ağdam, işğal olunsa kim alıb geri verəcək? Ukraynada ordu da, dövlət mexanizmləri nəhəng və qaba bir gücün qarşısında müqavimət imkanlarına sahib deyildir. Və ən acınacaqlısı da budur: ortada təşkilatlanmamış, mobil səfərbər olunmayan bir xalq var, bir Ukrayna cəmiyyəti var. Məhz Azərbaycanda da indiyədək edilənləri və edilməyənləri bir tərəfə buraxıb dövlət bundan sonra edilməli olanlardan başlamalıdır. Ordu da, hakimiyyət mexanizmləri də bir işə yaramayanda cəmiyyətin necə təşkilatlandırılması məsələlərini düşünməliyik. Bunun üçün bir məsələdən başlamamız şərtdir: Dövlətin vətəndaşa qarşı ədalətli münasibəti, qanunun aliliyinin təmin olunması istiqamətində heç olmasa bu gündən başlayaraq ciddi addımlar atılmalıdır. Ötən günlərdə rast gəldiyim bir vətənsevər və vicdanlı məktəb müəllimi xanımının xəstəliyinə müalicə pulu tapmadığına görə otuz ildir yaşadığı evi sataraq ağır şərtlərdə kirayədə yaşamağa məcbur olduğunu söylədi. Satdığı evin pulunu xanımının İranda bahalı müalicəsinə xərcləyəcək, çünki tibbi sığorta deyilən bir sistem bizdə çalışmır. O vətənpərvər insan elə bir qayğıya boyun əyib ki, hansı xarici gücün ölkəmizə təhlükəsi barədə düşünəcək halda olmadığını gözlərindən oxuyurdum. Demək ki, icbari tibbi sığorta olsaydı, Vətənin taleyinə də adam bu qədər biganə davranış göstərməzdi. Cəmiyyətin bütün təbəqələrinə yönəlik xırda-xırda ədalət, qayğı dalğası yayılmalıdır dövlət adından. İnsanlarda müqavimət duyğusunu, həyəcanını oyatmaq üçün bu vacibdir. Məsələn, inhisarçılıq azaldıla bilər, sahibkarın boynundan vergi yükü yüngülləşdirilə bilər, valideyinin boynundan təhsil yükü yüngülləşdirilə bilər. Elə olmalıdır ki, hər bir Azərbaycan vətəndaşı ölkəni gözləyə bilən təhlükəyə müqavimət göstərməsə də, duyarsız qalmasın.
Bütün postsovet məkanında müstəqillik fiksiyası yaşanır. Dövlətlərin, kiçik orduların, polislərin gücü də Ukrayna nümunəsində fiksiya sayıla bilər. Hər kəsin gözü müqavimət duyğusu güclü olan xalqı, cəmiyyəti, insanı axtarır...Müstəqilliyi qorumağın əlifbası onun dəyərini anlamaqdan başlayır. Rusiyanın bir müddət başı qarışıqdır. Anlamağa vaxtımız var...
Fazil Mustafa,
Milli Məclisin deputatı
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM