Bu cür “bəyanatlar” Azərbaycanı haqq yolundan döndərə bilməz. Bunu Strategiya.az YAP Siyası Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər" açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, artıq uzun illərdir ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində cidd-cəhdlə çalışır, problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, eyni zamanda sülh yolu ilə həlli üzrə bütün təklifləri nəzərdən keçirir, danışıqlara hazır olduğunu bəyan edir. Lakin işğalçı Ermənistan isə hər dəfə bu danışıqlardan yayınmağa, status-kvonu saxlamağa çalışır:
"Sözügedən proses bu ilin aprelin əvvəlində cəbhə xəttində baş verən məlum hadisələrə qədər davam edirdi. Məhz aprel döyüşlərindən sonra Ermənistan, eyni zamanda, dünya ictimaiyyətinə agah oldu ki, Azərbaycan işğal altında olan torpaqlarını güc yolu ilə azad etməyə qadirdir və bu onun tam haqqıdır. Ancaq 4 günlük döyüşlər zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri erməni qoşunlarının Azərbaycan Ordusu qarşısında acizliyini görərək, təcili şəkildə atəşkəsin vacibliyini önə çəkdilər və hərbi əməliyyatların dayandırılmasına nail oldular. Münaqişənin “dondurulmuş” olmadığını görən həmsədrlər problemin həllində xüsusi aktivlik göstərməyə başladılar. Belə ki, danışıqlar prosesi daha da sürətləndirildi, Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri təşkil edildi. Artıq hər kəsin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində ciddi irəliləyişin əldə olunacağını gözlədiyi bir vaxtda okeanın o tayından gələn bəyanatlar Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb oldu. Bu gün ölkəmizdə ABŞ-ın dövlət katibi Con Kerrinin “liderlər buna hazır deyillər” açıqlaması ikili standartların bariz nümunəsi kimi qiymətləndirilir".
V.Rəhimzadə qeyd edib ki, C.Kerrinin belə bir bəyanatla çıxış etməsi Minsk qrupunun münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasına tam ziddir:
“Bu gün ABŞ dünyanın ən güclü dövlətlərindən biridir. BMT Təhlükəsizlik Şurasının üzvü olan Amerikanın NATO və ATƏT-ə də böyük təsir imkanları var. Təəssüf ki, ABŞ güclü dövlət olaraq ədaləti bərpa etmək əvəzinə, öz xarici siyasətində ikili standartlar prinsiplərinə hələ də “sadiq qalır”. ABŞ həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və onun əsas missiyası qərəzsiz və obyektiv şəkildə Dağlıq Qarabağ münaqişənin həllinə yardımçı olmaqdır. Ancaq görünən odur ki, Con Kerri “liderlər buna hazır deyillər” açıqlaması ilə ABŞ-ın 25 ilə yaxındır həlli uzanan münaqişənin nizamlanmasında o qədər də maraqlı olmadığını ortaya qoyur. Bəs, hər zaman insan hüquq və azadlıqlarından danışan ABŞ rəsmisini 25 ildir hüquqları pozulan 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi narahat etmirmi? Və ya BMT Təhlükəsizlik Şurasının əsas üzvlərindən biri ABŞ nə üçün elə bu qurumun Dağlıq Qarabağ münaqişə ilə bağlı qəbul etdiyi 4 qətmanənin şərtlərinin indiyə kimi yerinə yetirilməməsinə etiraz etmir? Bəlkə bu, ABŞ-ın maraqlarına uyğun gəlmir? Bəs, hanı o məşhur demokratiya, beynəlxalq hüquq? Görəsən bu anlayışlar nə zamana kimi yalnız bəzi dövlətlərə təzyiq vasitəsi kimi istifadə ediləcək? Təbii ki, bu və digər suallar ölkə ictimaiyyətini narahat edir”.
V.Rəhimzadə bildirib ki, C.Kerrinin erməni sevgisi, xüsusilə də bunu təsdiq edən tarixi faktlar onun bəyanatındakı gizli məqamlara aydınlıq gətirir:
“Xatırladım ki, Kerrinin də daxil olduğu bir qrup senator 1990-cı il 20 yanvar hadisələri zamanı Qorbaçova müraciət edərək “160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini” qeyd edib. Bununla yanaşı, Kerrinin 2013-cü ildə Edvard Nalbandyanla görüşündə səsləndirdiyi “Mənim çoxlu erməni dostlarım var. Uzun illər mən dostlarımla Ermənistanda bir sıra müxtəlif məsələlər üzərində işləmişik.” fikirlər məsələnin əsl mahiyyətini ortaya qoyur. ABŞ dövlət katibinin ermənilərə simpatiyasını açıq şəkildə büruzə verən bu cür onlarla fakt sadalamaq olar. Ancaq cənab Kerri tutduğu vəzifənin məsuliyyətini, daşıdığı missiyanın əhəmiyyətini başa düşməlidir. Cənab Kerriyə xatırlatmaq lazımdır ki, onun işi işğalçıya güzəşt etmək, işğal faktına göz yummaq deyil, haqq-ədaləti bərpa etməkdir. Beynəlxalq aləmdə dövlətlər arasındakı bu cür qərəzli yanaşmalar qəbuledilməzdir. Əgər ABŞ digər dövlətlərdən insan haqlarına hörmət, demokratiya, ədalət tələb edirsə, özü ilk növbədə bu prinsiplərə əməl etməlidir”.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bütün təzyiqlərə, ikili standartlara baxmayaraq, Azərbaycan sona kimi haqlı mövqeyini müdafiə edəcək, torpaqlarının işğaldan azad edilməsinə nail olacaq: “Bütün dünya bilir ki, Azərbaycan işğala məruz qalıb. Təbii ki, status-kvo qəbuledilməzdir. Şübhəsiz ki, gec-tez ədalət öz yerini tapacaq. Ancaq yaxşı olar ki, aidiyyəti beynəlxalq qurumlar və bəzi rəsmi şəxslər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qərəzli, ikili yanaşmaları kənara qoyub problemin nizamlanması istiqamətində səylərini artırsınlar. Çünki bu cür “bəyanatlar” Azərbaycanı haqq yolundan döndərə bilməz”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM