Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin premyerası olub.
Filmin təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, ekran əsərinin yaradıcı heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında 2015-ci il ərzində çəkilişləri aparılmış “Əli və Nino” filminin süjet xətti Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgi hekayəsi üzərində qurulub.
Filmə baxışdan sonra çıxış edən ekran əsərinin prodüseri Kris Tikye birinci xanım Mehriban Əliyevanı və tamaşaçıları salamlayıb: “Hörmətli birinci xanım, bizə göstərdiyiniz dəstəyə, bu gün bu tədbirdə iştirak etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Bu mənim və həmkarlarım üçün bu axşamı təmtəraqlı etdi. Hər kəsə təşəkkür! Ümid edirəm ki, filmdən və bugünkü gecədən zövq aldınız!”
O qeyd edib ki, əslində bu, “Əli və Nino” filminin dünya premyerası idi: “Və biz bunu Bakıda birgə qeyd edirik. Şəxsən mən həyatımda ilk dəfə idi ki, Azərbaycan dilinə dublyaj olunmuş kinonu seyr etdim və hesab edirəm ki, bu, Azərbaycan dilinə dublyaj olunmuş dünya miqyaslı, ön cərgələrdə gedəcək bir kinofilmə çevriləcək. Bu mənim üçün çox gözəl təcrübə oldu və mən bu ölkəyə vuruldum”.
Sonra K.Tikye filmin yaradıcı heyətini səhnəyə dəvət edib: “İlk növbədə, çəkiliş zamanı prodüser işi üzrə mənim tərəfdaşım, ümumiyyətlə, işə vurğunluğu ilə, mənə göstərdiyi köməyə görə, işə yaradıcı ideyalarla yanaşdığına görə, çox qiymətli, dəyərli dəstəyinə görə əziz dostum, hörmətli Leyla Əliyevaya dərin təşəkkürümü bildirirəm. Leyla Əliyevanı səhnəyə dəvət etməyə şadam”.
Prodüser bu təqdimatın keçirilməsinə və çəkiliş zamanı göstərilmiş yardıma görə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və Heydər Əliyev Fondunun əməkdaşlarına minnətdarlığını bildirib.
O, həmçinin Azərbaycandakı distribüterin nümayəndələrinə, mədəniyyət və turizm nazirinə, digər rəsmi şəxslərə, eləcə də İçərişəhər sakinlərinə böyük köməyə və dəstəyə görə təşəkkür edib: “Ən əsası isə çəkiliş zamanı hamımızın duyduğu məhəbbətə, yardım və dəstəyə görə bütün aktyorlara, çəkiliş qrupuna, ümumiyyətlə, Bakı sakinlərinə, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Biz həm Bakıda, həm də ölkənin bir çox guşələrində olduq, onlar bizdən öz köməklərini əsirgəmədilər”.
Filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikye, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.
Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən tarixi İçərişəhərdə, Qobustan, Xınalıq, Gəncə və Gədəbəydə aparılıb.
104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Fəxrəddin Manafov, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.
“Əli və Nino”nun ilk nümayişi 2016-cı yanvarın 27-də ABŞ-ın nüfuzlu “Sundance” beynəlxalq film festivalı çərçivəsində olub. Ekran əsəri festivalda 3 gün ərzində “Premyera” kateqoriyasında təqdim edilib.
Film Azərbaycanda oktyabrın 6-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Ekran əsəri Azərbaycan və ingilis dillərindədir.
Qeyd edək ki, oktyabrın 24-də başlayacaq Asiya Dünya Film Festivalı “Əli və Nino” filmini açılış mərasimində nümayiş olunacaq ekran əsəri kimi seçib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM