45 illik qəzalı məktəb niyə təmir olunmur?
"Xəstələndim, dərsə getmədim, direktor dedi ki, qovulacaqsan".
Hər il yüksək nəticələri ilə fərqlənən Tovuzdakı Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində, deyəsən, keyfiyyətli təhsildən əsər-əlamət qalmayacaq. Çünki məktəbdə təhsil almaq günü-gündən təhlükəyə çevrilir.
Strategiya.az ARB 24-ə istinadən xəbər verir ki, məktəbli Nahid Hacızadə Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində 9-cu sinifində təhsil alır. Səhhətində yaranan problemlərə görə bir neçə gün dərslərindən uzaq qalıb. Həmsöhbətimin başına gələnlərə səbəb təhsil ocağının qəzalı vəziyyətdə olmasıdır.
Nahid Hacızadə - məktəbli:
"Bir müddət xəstələndim, dərsə gedə bilmədim. Direktor narazılıq etdi, danlayıb bildirdi ki, daha artıq dərs buraxsan, dərsdən kənarlaşdırılacaqsan".
Məktəbli həmçinin bildirdi ki, yağış yağarkən sinifdə durmaq mümkün olmur.
Nahid Hacızadə - məktəbli: "Yağan yağış sinfə yağmışdı. Tavanı da yuyaraq aşağıya tökmüşdü. Həmin gün biz sinifdə dərs keçə bilmədik. Bizi başqa sinifə, müvəqqəti olaraq, dərs keçməyə göndərdilər".
1971-ci ildə tikilən məktəb indiyə qədər təmir olunmayıb. Bu səbəbdən də sinif otaqları yararsız vəziyyətdədir. 6 saat ərzində pəncərəsi qırıq, döşəməsi sınıq, qapısı örtülməyən, tavanı da qəzalı vəziyyətdə olan otaqlarda oturmaq belə çətindir. O ki, qaldı müəllim dərs deyə, şagird də rahat şəkildə mənimsəyə.
Müəllim və şagirdləri narahat edən digər məsələ də var. Təhsil ocağını isitmək üçün müasir qızdırıcı qurğular quraşdırılsa da, işləmir. Divarlara asılan istilik radiatorları sanki göz dağıdır.
Məktəbin direktoru deyir ki, mərkəzləşmiş istilik sistemi iki il qış mövsümündə işləyib. Ötən ilin qışında isə xəbərdarlıq edilmədən qazanxananın fəaliyyəti dayandırılıb.
Tovuz dağətəyi ərazidə yerləşir və havalar vaxtından tez soyuyur. Qarlı şaxtalı günlərə də az qalıb. Nahid kimi digər məktəblilər də yenidən soyuq sinif otaqlarında dərs keçmək məcburiyyətində qalacaqlar. Bəs bunun günahkarı kimlərdir?
Araşdırmalarımız zamanı bəlli oldu ki, təhsil ocağının qazanxanası mavi yanacağa olan borca görə qapadılıb.
"Azəristiliktəchizat" Səhmdar Cəmiyyətinə nə qədər borcun olduğunu müəyyənləşdirmək bir qədər vaxtımızı aldı. Rayon Təhsil Şöbəsindən bildirildi ki, sözügedən məktəbin qazanxanasının fəaliyyəti üçün Təhsil Nazirliyinin nəznindəki 6 saylı maliyyə hesablaşma mərkəzi vəsait ödəyir. Ancaq qurumun rəhbəri Emin Əliyev isə bildirdi ki, həmin məktəb onların balansında deyil.
Tovuz rayon Maliyyə İdarəsində isə bildirildi ki, məktəb rəhbərliyi müqavilə şərtlərilə tanış olmadan sənədə imza atıb. Bu səbəbdən də işlədilən mavi yanacağın sərfiyyatı ikiqat hesablanıb. Buna aydınlıq gətirmək üçün yenidən başıbəlalı məktəbə üz tutduq.
Beləcə suallarımıza "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətində cavab axtardıq. Qurumun abonent xidməti şöbəsinin rəisi Rafiq Əliyev bildirdi ki, sözügedən məktəbin qazanxana fəaliyyəti üçün müqavilə 2014-2015 -ci tədris ili müddətində Azəristiliktəchizat ASC ilə Tovuz rayon Təhsil Şöbəsi arasında bağlanıb. Məktəbin hazırda istifadə etdiyi mavi yanacağa olan borcu isə 57 min manatdır.
Müqavilənin imzalanmasını Tovuz rayon Təhsil Şöbəsi də təsdiqlədi. Vəsait çatışmazlığından qazanxanaya qaz təchizatının dayandırılması barədə Azəristiliktəchizata məktub ünvanladıqlarını da bildirdilər. Yeni tədris ili üçün isə yeni müqavilə imzalanmayıb. Borc tam ödənilməmiş yeni razılaşmanın əldə edilməsi mümkün olmayacaq.
Beləcə, Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi bu qışı da soyuq divarlar arasında keçirməli olacaqlar.
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM