Azarkeşlərlə yanaşı, stadion əməkdaşları da yoxlanılmalıdır

08:48 / 07.10.2016

Oktyabrın 8-də Bakı Olimpiya Stadionunda Azərbaycan və Norveç milliləri qarşılaşacaq. Bu matça digər oyunlardan daha çox azarkeş toplaşacağını nəzərə alaraq, stadionda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili vacibdir. Trend minlərlə azarkeşin qatılacağı oyunda təhlükəsizlik tədbirlərinin hansı səviyyədə olacağı ilə maraqlanıb.

Məsələ ilə bağlı Bakı Olimpiya Stadionunun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, oktyabrın 8-də keçiriləcək oyun zamanı təhlükəsizlik tam təmin ediləcək: “Stadionda keçirilən istənilən tədbir zamanı təhlükəsizlik daim diqqət mərkəzində olub. Oktyabrın 8-də keçiriləcək oyun zamanı da təhlükəsizlik həm stadionda müqavilə əsasında xidmət aparan təhlükəsizlik xidməti, həm AFFA, həm də digər dövlət qurumları tərəfindən təşkil ediləcək. Stadiona buraxılış yalnız biletlərlə olacaq.Həmçinin AFFA tərəfindən stadionda xüsusi azarkeşlər zonası təşkil olunacaq. Bundan başqa, stadionda konsert və şou-proqram təşkil ediləcək".

Futbol qarşılaşmaları zamanı stadionda təhlükəsizlik tədbirləri ilə bağlı məsələyə münasibət bildirən “Qarabağ” Peşəkar Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da Trend-ə bildirib ki, Azərbaycanda futbol yarışlarında stadionda təhlükəsizlik bir neçə qurum tərəfindən təmin edilir:

“Əsasən, futbol yarışlarında təhlükəsizlik dövlət səviyyəsində qorunur. Yəni oyunlarda stadion və azarkeşlərin təhlükəsizliyi Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən həyata keçirilir. Oyunöncəsi stadion lazımi səviyyədə təftiş olunur və bu təftiş UEFA standartlarına uyğun aparılır. Beynəlxalq dərəcəli yarışlarda oyundan əvvəl təhlükəsizliyə cavabdeh olan polis əməkdaşları üçün müşavirə keçirilir. Təhlükəsizliyə tam təminat veriləndən sonra oyun başlayır”.

N.İbrahimovun sözlərinə görə, istər Azərbaycan, istərsə də digər ölkələrdə keçirilən oyunlarda təhlükəsizlik tədbirləri oxşar şəkildə qurulur: “Bizdə də polislər azarkeşləri xüsusi qurğularla yoxlayır, şüşə qablar, dəmir alətlər, alışqanlar və digər təhlükəli maddələr stadiona buraxılmır”.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev də görülməli olan tədbirlər barədə danışıb. Bildirib ki, beynəlxalq yarışlarda stadionlarda təhlükəsizlik tədbirləri daha da gücləndirilir. Çünki yerli çempionatlardan fərqli olaraq, beynəlxalq yarışlara daha çox azarkeş qatılır:

“Həmin yarışlarda təhlükəsizliyin təmin edilməsi həm stadionun təhlükəsizlik xidmətinin əməkdaşları, həm də dövlət qurumları, polis, Daxili Qoşunların əməkdaşları tərəfindən həyata keçirilir. Stadionun girişində azarkeşlər xüsusi dedektorlarla yoxlanılmalıdır. Azarkeşlərin qadağan olunmuş avadanlıqlarla stadiona girişi məhdudlaşdırılır. Burada həm kişi polis-mühafizəçilər, həm də qadın mühafizəçilər xidmət aparmalıdırlar. Bundan başqa, stadiona təcili tibbi yardım briqadaları, FHN-in yanğından mühafizə xidməti cəlb edilməlidir. Bununla yanaşı, ərazidə təhlükəsizlik tədbirləri post-patrul xidməti və Daxili Qoşunların əməkdaşları tərəfindən nəzarətə götürülməlidir. Mühafizə xidməti azarkeşləri yoxlayarkən içkili olmamalarına diqqət yetirməli, şüşə qab, kəsici və deşici alətlər, şarlar, böyük bayraqlar, dəyənəklər, fişəng və digər partlayıcı maddələr, səsgücləndirici qurğular, iri çantalar, ayaqlı idman qurğularının stadiona daxil edilməsinin qarşısını almalıdır. Çünki bu cür əşyalar stadionda təhlükəsizliyi təhdid altına atır”.

Ekspert bildirir ki, azarkeşlər əvvəlcə təhlükəsizlik xidməti əməkdaşları tərəfindən bu barədə təlimatlandırılmalıdır: “Bu prosesdə təhlükəsizlik xidmətinin əməkdaşları təkcə azarkeşləri yoxlamaqla kifayətlənməli deyil. Onlar stadionun işçilərini də ciddi yoxladıqdan sonra stadiona buraxmalıdırlar. Təcrübə göstərir ki,bəzən stadionlarda baş verən partlayış və digər xoşagəlməz halların arxasında stadionun öz işçisi də durur. Ona görə də bu, çox önəmli məsələdir. Yəni təhlükəsizlik xidmətinin əməkdaşları stadionun əməkdaşlarını da yoxladıqdan sonra əraziyə buraxmalıdırlar”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM