Vergilər Nazirliyi offşorlarda gizlədilən pulları belə tapacaq

09:17 / 07.10.2016

Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş vergi sahəsində aparılacaq islahatların istiqamətlərindən biri də ölkə rezidentlərinin offşor zonalarda yaradılmış müəssisələrlə əməliyyatlarına səmərəli nəzarət mexanizmlərinin qurulmasıdır.

 Vergilər Nazirliyindən verilən məlumata görə, bunu Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi, BMT-nin Vergi məsələlərində beynəlxalq əməkdaşlıq üzrə Ekspertlər Komitəsinin üzvü Ülvi Yusifovdeyib. 

Onun sözlərinə görə, offşor zonalarda təsis edilmiş müəssisələrin gəlirləri və faktiki sahibləri haqqında məlumatlar ciddi şəkildə qorunur və həmin ərazilərdə müəssisə yaradılması üçün hər hansı real biznes fəaliyyətinin həyata keçirilməsi tələb edilmir. 

“Offşor zonaların bu xüsusiyyətlərindən istifadə edərək bəzi vergi ödəyiciləri faktiki təsis edildikləri və fəaliyyət göstərdikləri normal vergitutma rejiminə malik olan dövlətlərdə bəyan olunmalı gəlirlərini müxtəlif sxemlər vasitəsilə vergilərin daha aşağı olduğu və ya ümumiyyətlə, vergi ödənilməyən offşor zonalara köçürür və bununla da gəlirin əldə edildiyi dövlətin vergitutma bazasının aşınmasına və vergi daxilolmalarında itkilərə səbəb olurlar. 

Bir sıra hallarda vergi ödəyiciləri yekun vergilərini minimallaşdırmaq üçün xarici dövlətlərə investisiya qoyuluşlarını birbaşa xarici investisiya formasında deyil, offşor ərazidə təsis etdikləri şirkətlərin vasitəçiliyi ilə həyata keçirir, hətta özlərinin rezident olduqları dövlətlərdə belə, bizneslərini birbaşa deyil, offşor müəssisənin nümayəndəliyi formasında qururlar.

Vergi ödəyiciləri tərəfindən bəyan edilməli olan verginin azaldılmasının ən geniş yayılmış üsullarından biri xarici dövlətlərdən olan kontragentlərlə mal və ya xidmətlərin alğı-satqısı əməliyyatlarının birbaşa deyil, özlərinin təsis etdiyi offşor müəssisənin vasitəçiliyi ilə həyata keçirilməsidir. 

Bu zaman əməliyyat malın və ya xidmətin alınması ilə bağlıdırsa, adətən, onların qiyməti xərclərə aid edilərək vergitutma bazası azaldılır, lakin həmin xərcin hamısı kontragentə ödənilmir və vergiyə cəlb olunmadan offşor yurisdiksiyada toplanır. 

Yaxud əksinə, əməliyyat malın və ya xidmətin satışı ilə bağlıdırsa, satılan mala və ya xidmətə görə alınacaq ödənişin bir hissəsi yenə də offşorda qalır. Bundan başqa, mal və ya xidmət alğı-satqısı ilə bağlı əməliyyatlardan vəsaitlərin offşorlarda və ya offşor olmayan, lakin daha aşağı vergilərin tətbiq edildiyi dövlətlərə köçürülməsi qiymət manipulyasiyaları vasitəsilə də reallaşdırılır”, - deyə Ü.Yusifov vurğulayıb. 

Nazirlik rəsmisi qeyd edib ki, bunlar nəzərə alınaraq ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş islahatlar çərçivəsində transfer qiymətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması nəzərdə tutulur. 

Ü.Yusifov qeyd edib ki, transfer qiymətləndirilməsi qarşılıqlı surətdə asılı olan şəxslər arasında, xüsusilə də törəmə şirkətlərlə baş ofis və yaxud baş ofisin digər filial və nümayəndəlikləri arasında malların və xidmətlərin təqdim edilməsi ilə bağlı əməliyyatlarda qiymətlərin adi bazar şəraitində formalaşan qiymətlərdən fərqli müəyyənləşdirilməsi hallarına münasibətdə tətbiq edilir: 

“Müstəqil müəssisələr arasında əməliyyatlar aparılan zaman onların razılaşdırdıqları şərtlər və qiymətlər müstəqil surətdə bazar amillərinin təsiri altında formalaşır. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında əməliyyatlar aparılan zaman isə qiymətin əmələ gəlməsinə təsir edən amillər təkcə sərbəst bazar amilləri deyil, əksər hallarda bu əməliyyatların qiymətlərinə ümumi mənfəətin artırılması və bütün qrupun yekun vergisinin minimallaşdırılması məqsədi də təsir göstərir. 

Vergi orqanları tərəfindən transfer qiymətlərinin müəyyənləşdirilməsinin məqsədi də qarşılıqlı əlaqəli müəssisələr arasında aparılan əməliyyatlarda formalaşan qiymətlərin müstəqil müəssisələr arasında analoji şərtlərdə formalaşa biləcək bazar qiymətlərinə uyğunluğunun təmin edilməsi və hesablanmış transfer qiymətləri əsas götürülməklə vergilərin hesablanması və ya bəyan edilmiş vergi məbləğlərinə düzəliş edilməsindən ibarətdir.

Dünyada mövcud olan transfer qiymət əmələ gəlməsi sistemlərinin əksəriyyətinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının standartları və qaydalarına əsaslanmasına baxmayaraq, bu prinsiplərdən kənarlaşmalar da mövcuddur”. 

“Ölkə başçısının sərəncamı ilə müəyyənləşdirilmiş islahatların həyata keçirilməsi nəticəsində yaradılması nəzərdə tutulan və offşorlarda təsis edilmiş müəssisələrin iştirakı ilə müxtəlif sxem və strukturlardan istifadə edərək gəlirlərini Azərbaycan Respublikasında vergidən yayındıran şəxslərin müəyyənləşdirilməsinə xidmət edəcək mexanizmlərin, eləcə də transfer qiymətlərinin tətbiqi ilə bağlı qanunvericilik və inzibatçılıq prosedurlarının məqsədi bu cür halların qarşısının alınması və bu yollarla vergidən yayındırılan məbləğlərin qanunvericiliyə müvafiq qaydada vergiyə cəlb edilməsini və bununla da vergi daxilolmalarının artımını təmin etməkdən ibarətdir”, - deyə Ü.Yusifov əlavə edib.  /oxu.az/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM