Rəmiş: “Kəmaləddin Heydərova canım qurban” - MÜSAHİBƏ

00:51 / 08.10.2016

"Mədəniyyət nazirindən xahiş edirəm ki, bu problemlə maraqlansın”

 "Biz ağdamlıları gözdən salanların zatına lənət”
Strategiya.az bildirir ki, məşhur gitara ifaçısı, xalq artisti Rafiq Hüseynov (Rəmiş) Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.
-Söhbətə belə başlayacağam. Sizdən müsahibə götürdüyümə görə, demirəm. Həqiqətən səmimi şəkildə bildirirəm ki, sizin ifanızı böyük zövqlə dinləyirəm. Gitaranızın simlərini elə titrədirsiniz ki, bu, məni başqa bir aləmə aparır.
-Çox sağ ol, minnətdaram. Məni dinləməklə düz edirsən. Məni dinləməklə heç nə itirmərsən. Bunu mənə çoxları deyir.
-Musiqi və həyat tərzi həmahəng olmalıdır, bir-birini tamamlamalıdır. Amma bu ahəng çox zaman sənətkarlarda pozulur. Həyatınızda bir problem yoxdur ki?
-Həyat tərzimdən narazı deyiləm. Hər bir dəqiqənin öz hökmü var. Hər insanın yaşının üstünə biri də gələndə onun həyatında nəsə dəyişir. Canımda Moskvanın soyuqdəyməsi qalıb. Bronxlarımda soyuqdəymə qalıb. Arada təngnəfəs oluram. Gedib bu xəstəliyimi müalicə etdiririk. Yaxşı dostlar əhatəsində. Moskvada mənim yaxşı dostlarım var.
-Dost demişkən, yanılmıramsa, sizin milyarder dostlarınız da olmalıdır.
-Bəli, var. Amma heç zaman nəsə əldə etmək naminə onların yanına getmirəm.
-Deyəsən son vaxtlar toylara az gedirsiniz...
-Düz deyirsən. Bunun səbəbləri var. Əvvəllər gündə 3-4 toya gedirdim. İndi isə insanların zövqlərini dəyişiblər. Axır zamanlar Azərbaycan telekanallarını "Kubinka”ya döndəriblər. Gərək harasa pul verib, efirə çıxasan. Buna görə də telekanallara və toylara getməyi çox xoşlamıram. Toylarda indi diskotekalar olur. İşıqları söndürürlər və bir də görürsən hansısa qadın yarıçılpaq formada səhnəyə çıxır. Toyun yiyəsi qanmır ki, arvad-uşağın yanında hansısa qız ərəb mahnısı oynamalı deyil. Buna görə də toylara nifrət edirəm və getmirəm. Bəzən pulsuz qalıram. Xalq artisti kimi ayda 100 manat alıram onunla qane olmağa çalışıram.
-100 manatla necə dolanırsınız?
-Çətinliklər çox olur. Mədəniyyətvə turizm naziri Əbülfəs Qarayevdən xahiş edərdim ki, bu məsələni diqqətdə saxlasın, mənə də Prezident təqaüdü ayrılması üzün təqdimat versin.  Kimlərəsə lazımsız yerə təqaüdlər verilir. Ayda 100 manatla dolanmaq olmur. Nə zaman bizim hökumət böyük sənətkara təqaüd ayıracaq? Mənim yaşım da çoxdur artıq, 70-i keçib. Toylara da gedə bilmirəm. Bəs necə dolanmalıyam? Nazirdən xahiş edirəm ki, bu problemlə maraqlansın.
-Rəmiş müəllim, maddi durumunuzdan şikayətləndiniz, amma mən sizi gözləyərkən bahalı maşından düşdüyünüzü gördüm.
-Bahalı deyil, köhnə "Prado”lardandır.
-Hər halda, elə də ucuz deyil.
-Mən bu maşını çox da baha almamışam. Dostlarım mənə deyir ki, ürəyim nə istəyirsə, alsınlar. Mən isə yalnız "sağlığınız” deməklə kifayətlənirəm. Hətta elə oğlanlar olub ki, mənə 3 otaqlı mənzilin açarını da verib, amma qəbul etməmişəm. Ancaq cənab prezidentin verdiyi evi qəbul etmişəm. Prezidentə canım qurban! O ölkə üçün bu qədər işlər görür, Azərbaycanın inkişafı üçün çalışır.
İndi də elə ölkə başçısı verən evdə qalırıq. Ancaq mən heç bir milyonerin, vəzifəli insanın qapısını döyməmişəm.
Ağdamın icra başçısı isə mənə ev söz vermişdi. Ancaq vermədi.
-Yeri gəlmişkən, məndə yaltaqlıqdan uzaq bir insan təəssüratı yaratmısınız. İndi çoxları özlərini gözə soxmaq və qabağa çəkilmək üçün yaltaqlıqla məşğuldur. Özü də çox iyrənc formada.
-Yaxşı dedin. Mən yaltaqlığı bacarmıram, heç zaman da bunu etməmişəm. Mən Bakıya gələndə çox toylara gedirdim, amma pul götürmürdüm. Çünki atam Ağdamda maliyyə şöbəsinin müdiri idi. Onun mənə verdiyi pulları xərcləyərdik. Sonra pula ehtiyac olanda 10 toyu pulsuz çalanda, 2-ni pulla çalırdım. Kasıbların toyuna isə pulsuz gedirdim.
Mənim çox yaxşı və keşməkeşli günlərim olub.
Sənət barədə isə bunu deyəcəyəm. Şəkil çəkdirməklə, dodaq şişirtməklə, disk çıxartmaqla məşhur olmaq olmaz. Sənətin qüvvəli olmalıdır ki, səni tanısınlar. Mən bu məşhurluğu 50 ildə qazanmışam.
-Yaxşı, sanballı bəstəkarların bəstələdiyi mahnıları gitarada ifa etmisiniz. Ən çox hansı bəstəkarın musiqisini bəyənirsiniz?
-Mən hər bir bəstəkarın musiqisini bəyənirəm. Motsarta, Baxa da qulaq asıram. Ancaq mənim üçün ən əziz olanı Cahangir Cahangirovdur. Emin Sabitoğlunu, Tofiq Quliyevi də çox bəyənirəm. Rəhmətlik Əfrasiyab Bədəlbəyli mənimlə dost olub. Bir zamanlar efirə gitaranı buraxmırdılar. Əfrasiyab Bədəlbəyli də veriliş aparırdı. Məni, Vaqif Mustafazadəni verilişə o dəvət etdi. Dedi: "Qarmon, klarnet, pianino Azərbaycanın milli aləti deyil. Onu kim yaxşı ifadə edib, milliləşdirirsə, o bizimdir”. Böyük sənətkarların, bəstəkarların əsərlərini sevirəm, bəyənirəm.
-Siz tanınmış bəstəkarlarla yaxın olmusunuz. Mənə bir şey maraqlıdır: onların bəstələrini ərsəyə gətirən hansı duyğular idi?
-Cahangir Cahangirov "Zərif gülüşlüm” bəstəsini Filarmoniyada sevdiyi bir qıza yazmışdı. Bunu camaat bilmir, ancaq mən bilirəm. Tofiq Quliyev də bir neçə mahnısını bir nəfər üçün yazmışdı. Həmin adamın adını çəkməyəcəyəm. Fikrət Əmirov isə başqa biri üçün mahnılar yazmışdı.
-Maraqlıdır. Amma səbəbdən asılı olmayaraq, nəticədə bir iz qoyublar. İndi necə, belələri varmı?
-İndi hər oxuyan deyir ki, mahnının sözlərini həm özü yazıb, həm musiqisini özü bəstələyib. Ancaq özü də heç bir şey deyil. Camaat bir dəfə qulaq asır, ikinci dəfə yadından çıxır.
-Həyat yoldaşınız Gülü xanım həyatınızda dönüş nöqtəsi yaradan şəxsdir. Gülü xanıma nəsə bəstələməyi düşünürsünüz?
-Mən özümü ona həsr etmişəm. Ona həm sürücülük edirəm, həm də... (Gülürük). Bundan böyük bəxşiş nə ola bilər?!
-Hazırda sənət aləmində ya da şou aləmində - adını nə qoyuruqsa qoyaq, qalmaqallı proseslər gedir. Bunları izləyirsiniz?
-Mən televiziyada onlara baxa bilmirəm. Onlar gözlərimi kor, qulaqlarımı isə kar edir. Gülmək üçün hərdən komediyalara baxıram.
-Komediya demişkən, siz də parodiya ediblər. Acığınız gəlmir ki?
-Peşəkarlar edəndə acığım gəlmir. Amma hər uşaq-muşaq edəndə xoşum gəlməz. Məsələn, məni parodoya etmək Rafaellə Coşquna yaraşar. Ümumiyyətlə, Rafaellə Coşquna baxıram, onları bəyənirəm. Onlar güldürə bilirlər. Başqalarına isə baxa bilmirəm. Çünki süni alınır.
-Deyəsən dəbdəbə sevən birisiniz. Qolunuzda bahalı saat, barmağınızda da bahalı üzük görürəm.
-Bu saatı "Toylar kralı” Seymur mənə hədiyyə edib. Bu üzüyü də Gülü mənə hədiyyə edib. Birini də sifariş verib.
-Hərdən sizi qalmaqallı adam kimi də xarakterizə edirlər.
-Mən qalmaqallı insanlara yaxşı baxmıram. Şou yaradanlar özlərini reklam etmək üçün belə edirlər.  Mən isə qalmaqallı deyiləm. Bu yaxınlarda birinə dedim ki, səni parodiya ediblər. Mənə dedi ki, özü belə tapşırıb ki, onu parodiya etsinlər. Bunlar yaddan çıxmamaq üçün özlərini parodiya etdirirlər. Reklam qazanırlar. Mən 50 ildir dünyada at oynadıram, reklama ehtiyacım yoxdur.
-Qəribə xasiyyətləriniz də var. Deyəsən bir dəfə xarab olan avtomobilinizi çobana bağışlamışınız.
-Maşın bağışladığım vaxtlar olub. Bir dəfə də naxçıvanlı tanışıma Nissan Maxima” bağışlamışam. Moskvada idim, zəng etdi ki, bir manatı da yoxdur. Dedim, gedib mənim maşınımı götürsün. Pul mənim gözümdə yalnız ünsiyyətdir. Camaatın bir-biri ilə ünsiyyəti kimi.
-Alim Qasımov və sizin ifanızda anologiya aparsaq, bir şeyin şahidi oluruq: ikiniz də ifa zamanı sanki özünüzdə olmursunuz.
-Alim Qasımovla Nardaranda, Maştağada toylarda olmuşuq. Millət bizim duetimizdən böyük zövq alırdı. Alim dövlət dünya səviyyəsinə çıxıb. Ancaq etiraf edim ki, Alimdən heç də geri qalanlar yoxdur. Bir dəfə Alim Nardaranda toyda olub. Onun yerdə oturub əl-qolla oxuması Nardaran camaatına pis təsir edib. Lakin bu da var ki, hamıdan çox Alimə qulaq asardılar. O, böyük sənətkardır.
Mən də ifa edəndən gözlərimi yumuram. Hara baxım?! Gözümü açıb kiməsə niyə baxmalıyam?! Gözümü yumanda sanki mahnı cümlələri bir-birinin ardınca muncuq kimi düzülür.
-Ağdamlısınız. Səhv anlamayın, amma bu təsəvvürü burda səsləndirmək istəyirəm. Ağdamlılar ünsiyyətcil, qonaqərvərdirlər. Amma çoxları həmyerlilərinizi dələduz kimi xarakterizə edir.
-Heç bir ağdamlını pul "atan” kimi tanımıram. Pul "atan” ağdamlının ata-babası ya erməni olub,  ya da başqa yerdən gələnlər. Əsl ağdamlılar igid olurlar.
-Buna şübhəm yoxdur. Ən azından ona görə ki, Qarabağ müharibəsində Ağdam 6 min şəhid verib.
-Bəli, düz deyirsən. Ancaq birinci dəfədir səndən eşidirəm ki, ağdamlılar kiməsə "pul” atıb. Ola bilər olsun! Meşə çaqqalsız olmaz. Axır vaxtlar biz ağdamlıları gözdən salanların zatına lənət olsun. Bu, bir az dərin söhbətdir. Bunu kim oxusa, nə dediyimi anlayacaq.
-Hazırda az da olsa yaşayan korifeylərimiz var. Ancaq təəssüflər olsun ki, bəzən onlar da bir-birini kəskin ittiham edirlər. Bu yaxınlarda Flora Kərimova Zeynəb Xanlarovanın səsinin olmadığını bildirdi. Zeynəb Xanlarova isə buna reaksiya vermədi.
-Zeynəb xanım bizim ürəyimizdir. O, dahidir. Özü də bütün dünyanın dahisi. Zeynəbin mənə heç bir yaxşılığı da keçməyib. Nə də ondan asılılığım var. Zeynəb bir oturuma 30 mahnı oxuyurdu, millət ayağa qalxıb onu alqışlayırdı. Zeynəb haqqında mənfi danışmaq günahdır. Flora çox səhv edir. Deyəsən özünü yenidən gündəmə gətirmək istəyir. Flora Kərimova bilmir ki, o kimdir, Zeynəb Xanlarova kimdir? Flora vaxtı ilə gözəl sənətkar idi. İndi isə uşaq-muşağa qoşulub. Flora mənə yaxındır, amma etiraf edirəm ki, düz danışmır.
-Heç olubmu ki, hansısa vəzifəli şəxs sizə sponsorluq etmək istəsin?
-Belə bir şey olmayıb. İndi bəzi qızlar guya konsert verir. Allaha and olsun ki, onların konsertinə heç kim getməz. Gedənlər də imkanlı şəxslərdir, onlar da o sponsorluq edənlərdən asılıdır.
-Arif Babayev məni heç cür cəlb etmir. Qədir Rüstəmov isə dəryadır mənim nəzərimdə.
-Qədir Rüstəmov dahi sənətkar idi.  O, birinci toya mənimlə gedib. Onun çox kaprizli xasiyyətləri var idi. Mənimki onunla tutmazdı. İkinci, üçüncü toya getsəydik, onunla dalaşacaqdıq. Dostluğumuzun davam etməsi uçün onunla toylara getmədim.
Arif Babayev də bizim dəyərli sənətkarımızdır.
-Rübabə Muradova ilə yaxın təmasda olmusunuz. Şəxsən mən uşaqlıqda onun ifalarına daha çox qulaq asırdım. "Heydərbabaya salam”ı hələ onun kimi oxuyan yoxdur. Mənə görə, elə "Bu ayrılıq nədən oldu”nu da. İstəyirəm ki, onunla bağlı yadınızda qalan epizodlardan danışasınız.
-Rübabə ilə çox yaxın dost olmuşam. Ondan yox idi. O bizə gəlirdi. Mən pianino çalırdım, o da oxuyurdu. Bir gün o məni bir evə çağırdı. Gürcüstanlı alverçi bir qadının "Montin”dəki evi idi. Rübabə xanım "Moskviç” sürən bir cavan oğlana ərə getmişdi.
Yuxarı qalxdıq. Mən çalırdım, Rübabə də oxuyurdu. O vaxt da Yerevan konyakının yaxşı vaxtlar idi. Ondan 50-50 vura-vura duet edirdik.
Sonra dedim: "Rübabə, o maşındakı üşüyür axı”. Cavabı belə oldu: "Qoy qalsın orda. O mənim ərimdir, amma musiqi nə olduğunu bilmir. Ona görə də onun burda yeri yoxdur”.
-Küsülü qaldığınız kimsə varmı?
-Heç kimlə, o cümlədən sənətkarlarla küsülü deyiləm. Ancaq cavan vaxtı bir nəfər atamı söymüşdü, ona yumruq vurdum. Hazırda xalq artistidir. Özü də ağdamlıdır, professordur. Adını soruşmayın, deməyəcəyəm. Atamı söymüşdü vurdum. Gərək vurmayaydım, amma özümdən asılı olmadı. İndi iki nəfər mənim dünya festivallarına getməyimə imkan vermir. Adımı biləndəki siyahıya düşüb, ordan çıxartdırılar. Biri bu vurduğum xalq artistidir. O biri də muğam ifaçısıdır. Elə o da ağdamlıdır, professordur.
-İki qızınız var. Onlarla danışmırdınız. İndi necə, barışmışınız?
-Birinin əri rəhmət gedib. O birinin əri isə "moşenniklik” etmişdi. Buna görə də onları danışdırmıram. Mənim qızım Qurana əl basıb məni polisə çağırtdırmışdı. Belə də də qız olar?! Ona görə də onları pozmuşam.
-Ölkədə sizdən başqa da gitara ifaçıları var...
-Mənim onlardan danışmaq üçün bir 50 il də vaxt lazımdır. Çünki onların o dərəcədə də istedadı, musiqi biliyi yoxdur. Mən özüm həm tar çalıram, həm pianino, həm də ud. Oxumağı da bacarıram. Özü də ən çox oxuduğum "Segah”dır.
-Muğam indi az oxunur. Bu, muğamın unudulmasına gətirib çıxara bilər?
-Muğam heç vaxt yaddan çıxmayacaq. Bu yaxınlarda bir neçə nəfəri gördüm ki, muğamı fonoqramla oxuyurdular. Fonoqramla muğam oxuyarlar?! Bu studiyaların departamentləri hara baxır?! Muğam canlı oxunmalıdır ee, ay millət!
Bu gün mədəniyyətimizi düşmənlər məhv etmək istəyir. Bu gün cavan-cavan qızları Türkiyəyə guya oxumağa göndərirlər ki, püxtələşsinlər. Onlar da gedib başqa şeydə püxtələşirlər. Yalandan deyirlər ki, guya ailə qurub Türkiyəyə gediblər.
-Jurnalistlərlə aranız necədir?
-Yaxşı. Aqil Abbasla dostam. Mirşahinin xətrini çox istəyirəm.
-Aqil Abbasın fikirləri cəmiyyətdə rezonans doğurur.
-O adam çox şeyi düz deyir də... Aqil Abbasdan yoxdur. Amma bir şeyi deyim. 28 ildir ki, Aqil Abbas guya məndən kitab yazır. Amma hələ bitirməyib (gülür). Özünü görsəniz, o kitab barədə soruşarsınız ki, n yerdə qaldı?
-Yəqin ki, məmurlarla, deputatlarla da münasibətləriniz pis olmaz...
-Bəli, onları yaxşı tanıyıram. Kəmaləddin Heydərova canım qurban. Heydərovlar ailəsi mənimlə dostdur. Onlar dövlətə qulluq edən adamlardır. Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov da qardaşımızdır. Hadi Rəcəbli də bizim xətrimizi istəyən insandır. Adil Əliyev də dostumuzdur. Sabir Rüstəmxanlı da mənimlə yaxındır. Onların çoxu ilə dostam.
-Məndə olan məlumata görə, ilk ifa etdiyiniz gitara oğurlanıb.
-Kim bu məlumatı sizə veribsə, düz deyib. O gitaramı maşından oğurladılar. Daxili İşlər Nazirliyi məsələ ilə bağlı araşdırma apardı. Öz qohum-əqrəbalarımızdan biri maşının şüşəsini sındırıb gitaranı aparmışdı. Haram xoşları olsun. Neçə il də keçsə, onu oğurlayanı görən kimi tanıyacağam. Həqiqətən pula ehtiyacı varsa, o gitaramı ona halal edirəm. Ancaq mənə xələl gətirmək üçün oğurluq ediblərsə, Allah onları o gitaranın gününə salsın. Allah onları bu dünyadan oğurlayıb aparsın.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM