Mikayıl Cabbarov: Kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənəcək

09:20 / 08.10.2016

"Dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, qonşu regionlarda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi bir dövrdə Sizin düşünülmüş siyasətiniz nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılır, iqtisadi islahatlar getdikcə dərinləşir, dövlətimizin gücü və beynəlxalq nüfuzu durmadan artır".

Bunu Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

Təhsil naziri bildirib: "2016-cı ilin doqquz ayı ərzində Azərbaycanın təhsil sisteminin inkişafı davam etdirilib, mühüm kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verib. Son bir il ərzində Təhsil Nazirliyi tərəfindən 2500 şagird yerlik 10 məktəb binası və ailə tipli 1 kiçik qrup evi inşa edilib, 6 internat məktəbində, 2 peşə liseyində, 2 kollecdə, 1 ali məktəbin tədris korpusunda əsaslı təmir, 468 məktəbdə isə əsaslı və cari təmir işləri aparılıb. Cari ilin 9 ayında bütün mənbələr hesabına ümumilikdə ölkə üzrə 29 məktəb tikilib, 485-i təmir edilib.

Cənab Prezident, Sizə məruzə olunduğu kimi, cari ildən etibarən 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənəcək. Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır. Nazirlər Kabinetinin qərarı ilə bu il 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Növbəti ildə tələb olunan vəsait ayrılacağı təqdirdə, şagird sayı 100-dək olan bütün qəzalı azkomplektli məktəblərin problemini birdəfəlik həll etmək mümkündür.

Məlumdur ki, məktəbəhazırlıq mərhələsi uşaqların gələcək təhsil nailiyyətlərində müstəsna əhəmiyyət daşıyır. 2014-cü ildə Bakıda pilot layihə kimi başlanan məktəbəhazırlıq qruplarının fəaliyyəti bu ildən ümummilli proqrama çevrilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə cari ildə ölkə üzrə 5 yaşına çatmış uşaqların 55 faizinin məktəbəhazırlığa cəlb edilməsi nəzərdə tutulur. 2020-ci ilədək bu rəqəmin 90 faizə çatdırılması planlaşdırılır ki, bu da dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə bərabərdir.

Təhsil müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsinə göstərdiyiniz diqqətin və aparılan islahatların nəticəsidir ki, ümumi təhsilin keyfiyyət göstəricilərində üç il ardıcıl olaraq müsbət dinamika təmin olunur. Belə ki, 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunların sayı 50 faizdən 2016-cı ildə 67 faizədək artıb. Bu artım ölkə üzrə əksər rayonlarda, xüsusən əvvəlki dövrdə davamlı olaraq aşağı nəticələr göstərən bölgələrdə də qeydə alınıb. Ötən il oktyabrın 12-də Zati-alinizin sədrliyi ilə keçirilən iclasda məruzə etmişdim ki, nəticələri orta respublika göstəricilərindən aşağı olan rayonlarda xüsusi layihə həyata keçiriləcək. Ali diqqətinizə məruzə edirəm ki, ötən illə müqayisədə imtahanlarda müsbət qiymət alanların sayında Astara rayonu üzrə 22 faiz, Ağcabədi rayonu üzrə 15 faiz, Sabirabad rayonu üzrə 14 faiz artım müşahidə edilib".

Təhsil naziri vurğulayıb ki, bu irəliləyişlər özünü qəbul imtahanlarında da büruzə verir: "Belə ki, 200-dən çox bal toplayan abituriyentlərin mütləq sayı 34 min 475 nəfər təşkil edib ki, bu da ötənilki göstəricidən təxminən 4 faiz, 2014-cü ildəki göstəricidən isə 9 faiz artıqdır. Son 3 ildə 500-dən çox bal toplayanların sayı 19 faiz, 600-dən çox bal toplayanların sayı isə 32 faiz artıb.

2016-cı ildə mülki ali təhsil müəssisələrinə bütün ixtisas qrupları üzrə rekord sayda – 35 min 304 nəfər tələbə qəbul edilib. Bu göstərici ötən illə müqayisədə 2 min 235 nəfər və ya 6,7 faiz çoxdur. Qəbul olanların sayının yüksəlməsi məktəb təhsilinin keyfiyyətinin və vətəndaşlarımızın şüurunda təhsilin bir dəyər kimi əhəmiyyətinin artdığını təsdiqləyir.

Mürəkkəb iqtisadi şəraitin hökm sürdüyü bir dövrdə Sizin Sərəncamınıza əsasən, müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi 2017-ci ildə də davam etdirilərək, daha 26 rayonu əhatə edəcək və beləliklə, əməkhaqqı artırılan müəllimlərin sayı 100 minə çatdırılacaq".

M.Cabbarov deyib ki, görülən tədbirlər pedaqoji fəaliyyətə marağı xeyli artırıb: "Belə bir şəraitdə ümumtəhsil müəssisələrinə direktorların və müəllimlərin işə qəbulu üzrə qaydalar obyektivlik və şəffaflıq baxımından daha da təkmilləşdirilib. İlk dəfə olaraq məktəb direktoru vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş müsabiqə əsasında keçirilib, yerli icra hakimiyyəti orqanlarının rəyi də nəzərə alınaraq 232 nəfər direktor təyin olunub.

Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün rekord sayda – 32 min nəfər elektron ərizə ilə müraciət edib. Həmin rəqəm 2013-cü ildə müəllim olmaq istəyənlərin sayından 2 dəfə çoxdur. Müəllim peşəsinin ictimai statusunun artırılması istiqamətində aparılan siyasət daha bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimul yaradır. Müsabiqənin nəticələrinə görə, 2 min 413 nəfər müəllim adını qazanıb.

Bu il iqtisadiyyatımızın bütün sahələrində idxalın yerli istehsalla əvəz olunması barədə tapşırığın icrası olaraq, məktəblilərə paylanılan 261 adda 6 milyon 623 min nüsxədə dərsliklərin hamısının nəşri ölkəmizdə həyata keçirilib. Eyni zamanda, son üç ildə təhsil müəssisələrinin büdcədənkənar gəlirlərinin 60 faiz artırılmasına nail olunub.

Ümumi təhsil pilləsi üçün elektron resurslardan pulsuz istifadə imkanları genişləndirilib. Hesabat dövründə 143 dərslik və metodik vəsait, videodərslər, digər elektron resurslar portala yerləşdirilib. Elektron portaldan istifadə edənlərin sayında artım müşahidə olunub. 2016-cı ilin birinci yarısında portala daxilolmaların ümumi sayı 750 min, cəmi kitab yükləmələrin sayı isə 350 minə çatıb".

M.Cabbarov bildirib ki, Təhsil Nazirliyi ilə Kapital Bankın tərəfdaşlığı çərçivəsində “Azərbaycan üçün öyrət” layihəsinə start verilib: "Müxtəlif peşə sahibləri vətəndaşlıq mövqeyini nümayiş etdirməklə, paytaxt və bölgə məktəblərində akademik dərs və fərdi inkişaf təlimləri keçirir, şagirdlərin bilik və dünyagörüşünü artırmağa çalışırlar.

Məktəblilərin fiziki hazırlığının yüksəldilməsi istiqamətində məqsədli layihələr davam etdirilib, onların müxtəlif idman növləri ilə birbaşa məktəblərdə məşğul olmasına şərait yaratmaq üçün iyulun 15-də Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin iştirakı ilə idman federasiyaları və nazirliyin rəhbərliyinin görüşü olub.

İqtisadiyyatın şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, işəgötürənlərin tələblərinə cavab verən peşəkarların hazırlanması məqsədilə Zati-alinizin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Agentlik qarşısında peşə təhsilinin infrastrukturunun və maddi-texniki bazasının müasirləşdirilməsi, təhsilin məzmununun yenilənməsi və nüfuzunun artırılması kimi mühüm vəzifələr qoyulub. Bu istiqamətdə eyni peşələr üzrə paralel kadr hazırlığı həyata keçirən peşə təhsili müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması ilə bağlı artıq təkliflər hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.

Möhtərəm cənab Prezident, Sizin iştirakınızla sentyabrın 14-də IT STEP akademiyasının açılışı ölkəmizdə informasiya texnologiyaları sahəsində ilk peşə-ixtisas təhsili ocağının yaranması ilə yadda qaldı. “Maksimum təcrübə, minimum nəzəriyyə” prinsipi əsasında təşkil olunan bu müəssisə təhsil sahəsində dövlət-özəl sektor tərəfdaşlığının nümunəsidir.

Koreya hökuməti və şirkətləri ilə avtomatlaşdırma, elektronika, avtomobil və inşaat sahələri üçün kadr hazırlayacaq Peşə Tədris Mərkəzinin növbəti ilin əvvəlində təməlqoyma mərasiminin keçirilməsi planlaşdırılır.

Qəbələ rayonunda beynəlxalq ekspertlərin iştirakı ilə kənd təsərrüfatı ixtisasları üzrə Regional Peşə Tədris Mərkəzinin yaradılması üzrə işlər həyata keçirilir, yeni tədris korpusu və emalatxanaların tikintisi uğurla davam etdirilir. Əlamətdar haldır ki, kənd təsərrüfatı ixtisasları üzrə dərs vəsaitlərinin hazırlanmasına BP şirkəti maddi dəstək verir".

Nazir deyib ki, bu il ilk dəfə olaraq Bakı və Gəncə şəhərlərində yerləşən peşə təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində şəffaflığı və vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi və “ASAN xidmət” arasında əməkdaşlıq çərçivəsində “ASAN peşə” layihəsi reallaşdırılıb, dövlət hesabına təhsil almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində aparılıb: "Sevindirici haldır ki, bu il peşə təhsili müəssisələrinə qəbul olanların 20 faizinin orta attestat balı 4 qiymətindən yuxarı olub.

Ölkəmizin ali təhsil sistemində də institusional dəyişikliklər davam etdirilib. Regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, yeni istehsalat və xidmət sahələrinin ixtisaslı kadrlara ehtiyacını təmin etmək məqsədilə Sizin Sərəncamınızla Qazaxda Bakı Dövlət Universitetinin, Zaqatalada isə Azərbaycan Dövlət İqtisad Universitetinin filialları təsis olunub.

Azərbaycanın yeni iqtisadi modeli ölkənin insan kapitalının keyfiyyətinin yüksəldilməsi yolu ilə milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artırılmasını tələb edir. Yeni təhsil klasterlərində yaradılacaq onlarla yeni ixtisas iqtisadi subyektlərlə və müəssisələrlə sıx əlaqədə fəaliyyət göstərməlidir.

Sizin razılığınız əsasında, ölkənin dayanıqlı inkişafına cavabdeh müvafiq dövlət qurumları ilə birgə təhsil proqramlarını və prosesini bölgələrimizin tələbatına uyğunlaşdırmaq məqsədilə işçi qruplarının yaradılmasını təklif edirik. Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran dövlət universitetləri və onların tabeliyində olan digər təhsil müəssisələrinin bu sahədə prioritetliyini xüsusi qeyd etmək lazımdır. Regional universitetlərinin inkişaf strategiyalarının yerləşdikləri bölgələrin sosial-iqtisadi inkişafı ilə uzlaşdırılması və Sizin qarşıya qoyduğunuz vəzifələrin yerinə yetirilməsinə cəlb edilməsi həmin ali məktəblərin həm məzunlarının işlə təminatı, həm də gələcək fəaliyyətlərinin möhkəm elmi bünövrəsi kimi çıxış edəcək.

Zati-alinizin Fransa Respublikasının Prezidenti Fransua Olland ilə 2014-cü ilin sentyabrın 4-də səsləndirdiyi Azərbaycanda fransız universitetinin yaradılması təklifi artıq bu il sentyabrın 15-də gerçəkliyə çevrilib, Azərbaycan-Fransız Universiteti (UFAZ) ilk tələbələrini qəbul edib.

Bu layihə ali təhsilimizin tarixində yeni səhifə açır, vətəndaşlarımıza xaricə getmədən aparıcı universitetlərin standartlarına uyğun keyfiyyətli təhsil almaq imkanı yaradır. Cari ildə 143 nəfər tələbə, o cümlədən onların 23-ü ödənişli əsaslarla dörd ixtisas üzrə (kimya mühəndisliyi, kompyuter elmləri, geofizika mühəndisliyi, neft və qazın kəşfi və hasilatı) ingilis dilində tədrisə başlayıb. Həmin ixtisaslar üzrə Fransanın Strasburq və Renn 1 universitetləri ilə əməkdaşlıq qurulub, məzunlara iki (həm Azərbaycan, həm Fransa) diplomun verilməsi qərara alınıb.

Son illər ölkəmizdə xarici dildə tədris aparan ali təhsil müəssisələrinin və burada təhsil alan gənclərimizin sayının artması xüsusi qeyd olunmalıdır. Eyni zamanda, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan 4200-dən çox əcnəbi tələbə üçün əlverişli şərait yaradılıb. Xarici dildə təhsil məzunlara əmək bazarında əlavə şanslar yaratmaqla yanaşı, ölkəmizin beynəlxalq miqyaslı təhsil mərkəzinə çevrilməsinə də xidmət edir".

M.Cabbarov əlavə edib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış və hazırda 12 ali təhsil müəssisəsinin iştirak etdiyi “Maarifçi” Tələbə Kredit Fondu aztəminatlı ailələrdən olan tələbələrə ilk təhsil kreditlərini təqdim edib: "Layihənin innovativliyi ondan ibarətdir ki, Fond dövlət büdcəsindən vəsait cəlb etmədən həmin kreditləri maliyyələşdirir.

Bakıda yerləşən ali təhsil müəssisələrində təhsil alan tələbələrin ehtiyacı nəzərə alınaraq, Heydər Əliyev Fondunun dəstəyi ilə bütün dövlət ali məktəblərinin tələbələri üçün 1000 yerlik yataqxananın tikintisi həyata keçiriləcək. Artıq bununla bağlı layihələndirmə işlərinə başlanılıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində cari ilin yanvarında Ukrayna və İsraildən olan tərəfdaş qurumların iştirakı ilə açılan Startap məktəbinin artıq ilk buraxılışı olub. Layihənin məqsədi Azərbaycanda Startap hərəkatına töhfə vermək, gənclərin innovativ ideyalarının biznes həllini tapmasına dəstək olmaqdır. Startap məktəblərinin əhəmiyyəti ondan ibarətdir ki, onlar məzunlarda “iş yerini tutmaq” deyil, “iş yerini yaratmaq” psixologiyasını formalaşdırır.

Digər ali məktəbimiz - Azərbaycan Dövlət İqtisad Universiteti “QS” beynəlxalq reytinq agentliyinin hazırladığı Şərqi Avropa və Mərkəzi Asiya regionunun universitetlərinin reytinqində 30 ölkənin iqtisadyönümlü universitetləri arasında dördüncü yeri tutub. Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi ilə aparılan danışıqlar əsasında bu universitetin Dərbənd filialı müddətsiz lisenziya alıb.

Təhsil Nazirliyi elmi məlumatların təqdim olunması və təhlili sahəsində dünyada lider olan “Thomson Reuters” şirkəti ilə əməkdaşlıq Sazişi imzalayıb. “Thomson Reuters”lə əməkdaşlıq ali təhsil müəssisələrimizə və alimlərimizə dünya elminin məlumat bazası ilə işləmək, nəşrlərini yerləşdirmək üçün geniş şərait yaradır. Bununla yanaşı, müxtəlif ölkələrin tədqiqatçıları ilə əlaqələr qurmaq, istənilən elm sahəsi üzrə inkişaf tendensiyalarını müəyyənləşdirmək, beynəlxalq elmi dairələrdə tanınmaq və qlobal universitet reytinqlərində yüksəlmək imkanı verəcək.

Cənab Prezident, hazırda ali təhsil müəssisələrinin elmi fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirilmir. Universitetlərin maliyyələşməsinin yeganə mənbəyini təhsil haqları təşkil edir. Elmi fəaliyyətlə məşğul olanların yarısının ali təhsil müəssisələrində çalışdığını nəzərə alaraq, dövlət tərəfindən elmə ayrılan vəsaitin bölgüsündə universitetlərin də iştirak etmək hüququnun tanınması məsələsinin müzakirəsini vacib hesab edirik".

Nazir vurğulayıb ki, təhsil sistemində hesabat dövründə idarəetmə və struktur islahatları davam etdirilib: "Qeyd olunmalıdır kı, insanların rahatlığını və eyni zamanda şəffaflığı təmin etmək məqsədi ilə tərəfimizdən təqdim olunan bir sıra xidmətlər elektronlaşdırılıb. Onların arasında Bakı şəhəri üzrə uşaqların birinci sinfə qəbulu, ali təhsil müəssisələrində tələbə köçürmələri, xarici diplomların nostrifikasiya üçün qəbulu, tədris resursların internet portalında yerləşdirilməsi, məktəb direktorlarının və müəllimlərin işə qəbulu, peşə təhsil müəssisələrinə dövlət sifarişi ilə şagird qəbulu və s. qeyd etmək olar.

Möhtərəm cənab Prezident, təhsil sisteminin əsas məqsədi Vətəninin mənafelərini anlayan və müdafiə etməyə hazır olan layiqli vətəndaşın yetişdirilməsindən ibarətdir. Yalnız milli dəyərlərə və ənənələrə sadiq, savadlı vətəndaş Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və inkişaf etdirilməsində iştirak etməyə qadirdır. Hər bir xalqın ali inkişaf nöqtəsi onun dövlətçiliyidir. Bu gün Azərbaycan xalqı Sizin rəhbərliyinizlə öz dövlətçiliyi ilə fəxr edir və bir neçə gündən sonra dövlət müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etməyə hazırlaşır. Azərbaycan bu illər ərzində bir çox sınaqlardan keçib. Onlardan sonuncusu bu ilin aprelində oldu. Düşmən təxribatı bizim üçün - bütün Azərbaycan xalqı, rəşadətli silahlı qüvvələrimiz, hər bir vətəndaş üçün növbəti ciddi imtahan idi. Xalqımız bu imtahandan Sizin rəhbərliyinizlə alnıaçıq çıxdı. Düşmənə və bütün dünyaya göstərdi ki, tarixi torpaqlarımızın azad edilməsi qaçılmazdır, döyüş meydanında da, dinc həyatda da, olimpiya stadionlarında da Azərbaycan bayrağını yüksəklərə qaldıran gənc nəslimiz yetişib. Bu işdə Azərbaycan müəlliminin də danılmaz xidmətləri var.

Oktyabrın 4-də, Beynəlxalq Müəllimlər Günü ərəfəsində Siz Azərbaycan müəlliminin əməyinə yüksək qiymət verərək, bir qrup təhsil işçisini fəxri adlara və dövlət təltiflərinə layiq görmüsünüz. Buna görə bütün təhsil işçiləri adından Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Diqqətinizə görə təşəkkür edirəm".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM