Nazirlər Kabineti "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin və mexanizminin, onların emissiyasının illik həcminin, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi Qaydası"nı təsdiq edib.
Strategiya.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan adından dövlət zəmanəti verən və dövlət zəmanəti üzrə öhdəliklərin icrasını təmin edən icra hakimiyyəti orqanı qismində Maliyyə Nazirliyi çıxış edəcək.
Emitent ipoteka istiqrazlarının emissiyasını həyata keçirən "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti, emitentin ödəniş agenti Azərbaycan Respublikasının Milli Depozit Mərkəzidir. İstiqrazın emissiyası haqqında qərar ipoteka istiqrazlarının buraxılması haqqında "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin qərarıdır. İstiqraz mülkiyyətçiləri - istiqrazlar üzrə mülkiyyət hüququ mərkəzi depozitarda qeydə alınmış hüquqi və ya fiziki şəxslərdir. Zamin tərəfindən dövlət zəmanəti üzrə öhdəliklər ipoteka istiqrazlarının emissiya şərtlərində nəzərdə tutulmuş ipoteka istiqrazlarının nominal dəyəri və (və ya) onlar üzrə qismən və ya tam faiz ödənişləri üzrə öhdəliklərin emitent tərəfindən yerinə yetirilmədiyi təqdirdə icra edilir. Emitent tərəfindən ipoteka istiqrazlarının mülkiyyətçiləri qarşısında digər öhdəliklərin gecikdirilmiş icrası və ya icra olunmaması zaminlik predmetinə aid edilmir. Emitentin ipoteka istiqrazlarının buraxılışı dövlət qeydiyyatına alındığı andan etibarən dövlət zəmanəti qüvvəyə minir və zəmanət ipoteka istiqrazlarının dövriyyə müddəti ərzində qüvvədə qalır. İpoteka istiqrazları üzrə öhdəliklərin icrası tam başa çatdıqdan sonra zəmanətə xitam verilir.
Emitentin emissiya etdiyi ipoteka istiqrazlarının nominalı Azərbaycan Respublikasının milli valyutasında ifadə edilir. Emitent tərəfindən emissiya edilən ipoteka istiqrazları üzrə dövlət zəmanətinin məbləği zamin tərəfindən müvafiq il üzrə dövlət büdcəsi haqqında qanunun daxili dövlət borclanmasının yuxarı həddində (limitində) nəzərə alınır. Emitentin emissiya etdiyi ipoteka istiqrazları üzrə dövlət zəmanətinin xüsusi şərtləri Zamin ilə Emitent arasında bağlanan Zəmanət Sazişi ilə müəyyən olunur. Zəmanət Sazişində emissiya edilən ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsinin əsas şərtləri, Zaminin və Emitentin hüquq və öhdəlikləri təsbit olunur. Emitentin emissiya etdiyi ipoteka istiqrazları dövriyyədə olduğu müddətdə Emitent tərəfindən cəlb edilən bütün kreditor borcları, o cümlədən zəmanətsiz emissiya ediləcək istiqrazların buraxılışı Zaminlə razılaşdırılır.
Emitent hər il sentyabr ayının 1-dək dövlət zəmanətinin verilməsi üzrə rəsmi müraciətlə yanaşı müvafiq sənədləri Zaminə təqdim edir. Zamin təqdim edilmiş sənədlər əsasında müvafiq il üzrə daxili dövlət borcunun yuxarı həddinə (limitinə) uyğun olaraq dövlət zəmanətinin məbləğini müəyyən edir və bu məbləğ çərçivəsində ipoteka istiqrazlarının nominal dəyərinin və (və ya) onlar üzrə qismən və ya tam faiz ödənişlərinin dövlət zəmanəti ilə təmin edilməsinə dair qərar verir və dövlət zəmanəti Maliyyə Nazirliyi tərəfindən imzalanır. Qərar verildikdən sonra Zaminlə Emitent arasında Zəmanət Sazişi bağlanılır. Emitent dövlət zəmanəti ilə təmin edilmiş ipoteka istiqrazlarının hər buraxılışı zamanı həmin ipoteka istiqrazlarının yerləşdirmə qiymətini Zaminlə razılaşdırır. İpoteka istiqrazlarının yerləşdirmə qiyməti Zamini qane etmədiyi təqdirdə, Zamin həmin istiqraz buraxılışına dövlət zəmanətinin verilməsindən imtina etmək hüququna malikdir. "Azərbaycan İpoteka Fondu" ASC-nin uzunmüddətli ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsi barədə təkliflər ətraflı bazar araşdırmasına əsaslanaraq həmin Cəmiyyətin İdarə Heyəti tərəfindən Müşahidə Şurasına təqdim edilir. Müşahidə Şurası ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsi üzrə təklifləri təsdiqlədikdən sonra razılaşdırılması üçün Maliyyə Nazirliyinə təqdim edir. Maliyyə Nazirliyi müvafiq il üzrə dövlət büdcəsi haqqında qanuna daxil edilməsi üçün daxili dövlət borclanmasının yuxarı həddi (limiti) barədə təkliflərin hazırlanması zamanı ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini nəzərə alır.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM