“RİA Novosti” xəbər verir ki, hadisə nəticəsində azı 45 nəfər ölüb, 100-dək adam xəsarət alıb.
“Saba” agentliyi, öz növbəsində, ölən və yaralananların sayının 450 nəfər olduğunu bildirir.
Xatırladaq ki, Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmən hökumətinə dəstək verir.