Virtualaz.org Rusiya XİN-in rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, şərhdə Fransa tərəfindən irəli sürülmüş bəyannamədəki Hələb üzərində uçuşlara qoyulan qadağa təklifinin ardında “Cəbhət ən-Nüsra”nın qorunması fikrinin olduğunu bildirilib.
“Hələb rayonunda uçuşlara qadağa qoymaqla “Cəbhət ən-Nüsra” və onlara qoşulmuş digər terrorçuların qorunmasının təmin edilməsinə açıq cəhd edilmişdi. Baxmayaraq ki, BMT üzvü olan ölkələr əllərində olan bütün vasitələrlə terror təhlükəsinə qarşı mübarizə aparmalıdırlar”, - Rusiya XİN bildirir.
Bundan başqa, Rusiya XİN qeyd edib ki, Fransanın təqdim etdiyi bəyannamə Vaşinqtonun aşkar təzyiqi altında hazırlanmışdı və Suriyadakı real vəziyyəti kobud şəkildə təhrif edirdi.