İran dövlət televiziyası IRIB-in Almaniyanın ekologiya naziri Hendrickslə Ebtekarın görüşü haqda hazırladığı xəbər aləmi bir-birinə qatıb. Telekanal saçları qısa kəsilmiş alman nazir Hendricksi kişi zənn edib və bununla bağlı “Ebtekar kişi əlini sıxdı”, – deyə xəbər hazırlayıb.
Bu xəbərin ardından iranlılar kişi nazirlə əl sıxdığı üçün Ebtekarı tənqid atəşinə tutublar.
Hendricksinin kişi yox, qadın olduğu ortaya çıxandan sonra qalmaqala yol açan IRIB kanalı bəyanat yayaraq səhvini etiraf edib.
IRIB-in xəbəri Almaniya mediasında istehza mövzusuna çevrilib.
Qeyd edək ki, İranda qadınların naməhrəm kişilərlə əl sıxaraq görüşməsi qadağandır.(azvision.az)