Orta məktəblərdə buraxılış imtahanlarının qaydaları dəyişdirildi. 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək.
Yeni qaydalar Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşlarından ibarət işçi qrup tərəfindən işlənib hazırlanıb, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sonuncu iclasında müzakirəyə təqdim olunub, Şura üzvlərinin rəy və fikirləri nəzərə alınıb.
Ekspertlər hesab edirlər ki, imtahan qaydalarının tez-tez dəyişdirilməsi tədris prosesində böyük yanlışlıqların olmasını göstərir. Bildirilir ki, tədris prosesi qaydasında olsaydı və nöqsanlar təhsilin inkişafını axsatmasaydı, keçən ilin imtahan qaydaları növbəti il üçün də keçərli olardı.
Yeni qaydaların əsas müddəalarına görə, IX sinif üzrə buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənlərindən iki mərhələdə keçiriləcək. Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim ediləcəkdir. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın (essesin) qiyməti nəzərə alınacaq. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcək.
Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək.
Birinci mərhələnin 2017-ci ilin fevral və mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.
Buraxılış imtahanında iştirak etməyən şagirdlərin biliyi qiymətləndirilmir və bu şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilmir.
Strategiya.az xəbər verir ki, təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov "Ekspress"ə bildirib ki, imtahanlarla bağlı bu qədər dəyişikliklərin edilməsi mənfi haldır: "Bu qaydalarda nə qədər dəyişikliklər aparmaq olar, axı? Bu "imtahan-imtahan oyunu"na son qoyulacaq, ya yox? Bu son 10-15 ildə imtahanlarla bağlı edilən limitsiz forma dəyişiklıkləri təhsilimizin məznununda heç nəyi dəyişdirməyib. Yeni dəyişikliklər nəyi dəyişəcək ki?"
Onun sözlərinə görə, ifrat mərkəzləşmə müəllimin, məktəbin nüfuzunu sarsıtmaq, onlara olan etibarı sıfıra endirməklə yanaşı, həm də cəmiyyət üzvləri arasında mənasız şaşqınlıq və narahatçılıq yaradır. "İslahat Proqramının təhsilin humanistləşməsi, demokratikləşdirilməsi, səlahiyyətlərin bölüşdürülməsi, funksiyaların yuxarıdan aşağıya paylaşdırılması yolu ilə təhsilin inhisarsızlaşdırılması prinsipi unudulub və arxivə göndərilib. Niyə məktəblərə, orada çalışan müəllimlərə etibar edib, öz imtahanlarını keçirməyə şans vermirlər? Onları ki bu vəzifələrə aidiyyatı qurum özü təyin edib. Hesab edirəm ki, təkcə imtahanların keçirilməsini deyil, elə müəllimlərin işə qəbulunu da, məktəb rəhbərlərinin vəzifəyə təyinatını da yerlərə həvalə etməyincə, belə dəyişikliklər hələ çox olacaq. Bu qədər dəyişiklik etməkdənsə, təhsilin yuxarı idarəetmə orqanları yerli təhsil orqanları üzərində ciddi nəzarət sistemi yaratmalıdır".
Təhsil sahəsi üzrə ekspert Məhərrəm Zülfüqarlı qəzetimizə bildirib ki, orta məktəblərdə imtahanların düzgün keçirilməsi şagirdlərin imtahanlara öyrəşməsi istiqamətində vacibdir: "Məktəb vaxtı imtahan verən şagirdlər qəbul imtahanlarını daha rahat verirlər. Lakin imtahan qaydalarının tez-tez dəyişdirilməsi şagirdləri, valideynləri və müəllim heyətini çaşdırır. Ümumiyyətlə, tarixən imtahandan çox məşhur şəxslər də ehtiyat ediblər" deyən Zülfüqarlı da hesab edir ki, imtahanların qaydalarının dəyişdirilməsi, imtahanlarla bağlı tez-tez müxtəlif təcrübələrin aparılması yaxşı hal deyil. Dediyinə görə, imtahanların keçirilmə qaydaları stabilləşməlidir. Həmsöhbətimizin fikrincə, həm qəbul, həm də orta məktəblər üçün vahid imtahan qaydaları müəyyənləşərsə, uşaqlar da buna uyğunlaşar. "Əlbəttə ki, 9-cu sinif şagirdlərindən birdən-birə DİM-in imtahan götürməsi uşaqlara psixoloji mənfi təsir edir. Bu amil də nəzərə alınmalıdır".
Məhərrəm Zülfüqarlı deyib ki, Məleykə Abbaszadənin rəhbərlik etdiyi qurum - TQDK keçid dövrü üçün nəzərdə tutulmuşdu: "1992-ci ildə tələbə qəbulu universitetlərdən alınıb TQDK-ya verildi. Bu ona görə baş verdi ki, ali təhsil müəssisələrinə qəbul olarkən və orada təhsil alarkən yerlibazlıq, rüşvət, neqativ hallar baş alıb gedirdi. Artıq 25 il keçib. İndiyədək bu məsələ - universitet və məktəblərdə rüşvət, yerlibazlıq və s. kimi hallar öz həllini tapmalı idi. Çox təəssüf ki, bəzi təhsil müəssisələrində bu neqativ hallar qalmaqdadır. Ona görə TQDK, indi də DİM bu işi aparır. Orta məktəblərdə neqativ hallar olmasaydı, orta məktəblər özləri bu imtahanları götürsəydilər, TQDK-ya və ya DİM-ə ehtiyac olmazdı. İnkişaf etmiş ölkələrdə qəbul imtahanlarını universitetlər, orta məktəbdə imtahanları da məktəblər özləri keçirir və imtahan keçirilməsi üçün heç kimin onların başının üstündə dayanıb nəzarət etməsinə ehtiyac olmur. Yaxşı olardı ki, təhsil müəssisələrində neqativ hallar olmasın və imtahanları məktəb və universitetlər özləri keçirsin".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM