“Prezident dedi ki, bizə belə inteqrasiya lazım deyil” – Elman Nəsirov

19:26 / 10.10.2016

Oktyabrın 7-də ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrlə  bağlı ölkə başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin müşavirəsini keçirib. Prezident bir sıra məsələlərə toxundu. Dağlıq Qarabağla probleminin həllinin yubadılmasının pərdəarxası məqamlarından danışdı. Azərbaycanın xarici siyasətinin ana xəttini təşkil edən Qərb ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq kursu barədə ətraflı məlumat verdi. İlham Əliyev həmçinin ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı qərəzli bəyanatına da münasibət bildirdi.

Müşavirənin siyasi tərəfini  şərh edən millət vəkili, politoloq Elman Nəsirov  bildirib ki, ölkə başçısı bir çox mühüm məsələləri qabardıb:

“İlk növbədə bunların içərisində Azərbaycanın həyata keçirdiyi siyasətin mahiyyəti ilə bağlı məsələlərə nəzər salındı. Yəni, Azərbaycan  benəlxalq diplomatiyada hansı xətti həyata keçirməlidir - əməkdaşlıq yoxsa inteqrasiya xəttini. Ölkə başçısı qeyd etdki ki, bizim öz içərimizdə də Azərbaycanın Avropaya inteqrasiya etməsini istəyən qüvvələr var. O, həmin dairələrin bununla bağlı öz məqsədlərinin olduğunu bildirdi. Biz hansı Avropaya inteqrasiya etməliyik. Bu gün Qərb ölkələrində çox ciddi böhran yaşanmaqdadır. Ölkəmiz həmin böhranamı inteqrasiya etsin?! Cənab prezident qeyd etdi ki, bu güm Avropada “stop islam” deyirlər. Qaçqın düşən müsəlmanlara qarşı ikili standartlar tətbiq edilir. Biz bunamı inteqrasiya etməliyik? Ölkə başçısı son müşavirədə çox ciddi suallar qoydu. Prezident qeyd etdi ki, bizə belə inteqrasiya lazım deyil, biz bərabərhüquqlu, qarşılıqlı əməkdaşlıq xəttini seçmişik. Ölkəmizin Qərb ölkələri ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur. 9 Avropa ölkəsi ilə sıx tərəfdaşıq. Ölkə prezidenti açıq şəkildə bəyan etdi ki, Azərbaycana inteqrasiya yox, sıx əməkdaşlıq xətti vacibdir və siyasi kurs da məhz buna görə müəyyənləşdirilib”.  

Elman Nəsirov İlham Əliyevin Dağlıq Qarabağ müşavirəsi ilə bağlı müşavirədə səsləndirdiyi fikirlərə də münasibət bildirib. Millət vəkili qeyd edib ki, ölkə başçısı münaqişənin bu vaxta qədər yubadılmasının əsas səbəbləri haqqında ictimaiyyətə ətraflı məlumat verib:

“Ölkə başçısı qeyd etdi ki, aprel döyüşlərindən sonra münaqişənin həlli istiqamətində yeni bir situasiya yaranmışdı. Məhz həmin situasiyanın təsiri altında may və iyun aylarında prezidentlər səviyyəsində görüşlər keçirildi. Lakin bu görüşlərdən sonra yenidən pauza yaranıb. Ermənistan da hər vəchlə çalışır ki, hazırki status-kvonu qoruyub saxlasın. İşğalçı ölkə rəhbərliyi yenə də öz təxribatçı siyasətini həyata keçirir. Prezident Ermənistanın işğalçı siyasətini davam etdirməsinin səbəblərini də açıqladı. Onun himayədarlarının bir qismi ona silah-sursat, digər qismi pul, başqaları isə onların işğalçılıq siyasətinin təbliğatını aparır. Ermənistana bu istiqamətlərdə dəstək gəldiyindən beynəlxalq hüquq normalarına, qəbul edilmiş qətnamələrə heç bir məhəl qoymur. Cənab prezident BMT Təhlükəsizlik Şurasının işğal faktı ilə əlaqədar olaraq qəbul etdiyi qətnamələrə də toxundu. Bildirdi ki, bugünə qədər həmin qətnamələrdən irəli gələn vəzifələr icra edilməyib. Bu da BMT kimi böyük, beynəlxalq və universal bir təşkilatın imicinə zərbədir”.

Elman Nəsirov prezidentin Con Kerrinin son qərəzli bəyanatı ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Ölkə başçısı ABŞ-ın dövlət katibi Con Kerrinin qərəzli çıxışına münasibət bildirərkən dedi ki, bu çox insafsız bir bəyanatdır. Prezident vurğuladı ki, faktiki olaraq bu bəyanat ATƏT-in Minsk qrupunda həmsədr olan dövlətlərin bəyanatı ilə daban-dabana  ziddir. Birləşmiş Ştatlar səviyyəsində də qeyd olunub ki, status-kvo qəbuledilməzdir. Burada ziddiyət var. Bir yandan  ABŞ prezidenti deyir ki, status-kvo qəbuledilməzdir amma onun dövlət katibi başqa bir bəyanat verir. Prezident həmin müşavirədə qeyd etdi ki, Con Kerrinin bəyanatından hər kəsin xəbəri var. Amma  bağlı qapılar arxasında Azərbaycan tərəfinə təziyiqlər edilir ki, Dağlıq Qarabağdan imtina etsin. Ölkə başçısı qeyd etdi ki, nə qədər ki, Azərbaycanda indiki iqtidar hakimiyyətdədir, bu heç bir zaman mümkün olmayacaq.

Ölkə başçısı həmçinin vurğuladı ki, bu iqtidar uzun müddət hakimiyyətdə olacaq, çünki xalqın böyük etimadını qazanıb. Son referendumun nəticələri də bunu təsdiqlədi. Bəzi xarici dairələrin Dağlıq Qarabağla bağlı prinsipial mövqeyinə görə, indiki iqtidarı gözləri götürmür”. //ha


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM