Con Kerriyə görə Dağlıq Qarabağ münaqişəsi 60 il davam edə bilər - Elman Nəsirov

15:06 / 11.10.2016

"Bu gün Ermənistan beynəlxalq hüquqlara məhəl qoymur. Bu dövlət özünün təxribatçı əməllərindən əl çəkmir."

Strategiya.az bildirir ki, bunu SalamNews-a aşıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev onların indiki davranışının motivlərini açıqlayıb: "Ermənistan dövləti birindən pul, birindən silah alır, digəri isə onların işğalçı siyasətini dəstəkləyir. Belə olanda da işğalçılarda arxayınçılıq yaranır. Buna görə ermənilər təxribatçı əməllərini daha da artırır. Müdafiə Nazirliyinin sonuncu açıqlaması və aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan dövləti istənilən vaxt düşmənin təxribatçı hərəkətlərinə layiqli cavab verə bilmək gücünə sahibdir.

Ermənistan dövlətinin son addımları münaqişənin həlli istiqamətinə mənfi təsir göstərir. Bir tərəfdən də ABŞ-ın dövlət katibi Con Kerrinin sonuncu açıqlaması Ermənistanda siyasi və hərbi dairələri ruhlandırır. Bununla bağlı cənab prezidentimizin birmənalı mövqeyi oldu ki, biz belə qərəzli yanaşmaları qəbul etmirik. Yəqin ki, Con Kerrinin açıqlamalarına ən yüksək səviyyədə cavab veriləcək. Belə olmayan halda ATƏT-in Minsk Qrupunun fəaliyyəti sual altına düşəcək".

Deputat bildirib ki, Con Kerri münaqişə tərəflərinin liderlərinin danışıqlara hazır olmadığını qeyd etməsi, əslində, qərəzli və insafsız yanaşmadır: "Yəni işğalçı ilə işğala məruz qalan arasında bu qədərmi bərabərlik işarəsi qoymaq olar?! Biz torpaqlarımızın azad olunması istəyirik. Amma Ermənistan buna hazır deyil. 60 ildən çoxdur davam edən Fələstin-İsrail münaqişəsi ilə Dağlıq Qarabağ münaqişəsi paralel qeyd olunur. Con Kerrinin açıqlamasından belə çıxır ki, Dağlıq Qarabağ münaqişəsi 60 il davam edə bilər. Bundan əlavə ABŞ-ın dövlət katibi Fələstin-İsrail münaqişəsinin həllini Dağlıq Qarabağ münaqişəsinin həllindən daha real hesab edir. Bu, qorxulu tendensiyadır. Hesab edirəm ki, Ermənistanın sonuncu təxribatı bundan qaynaqlanır."

Elman Nəsirov onu da  qeyd edib ki, Con Kerrinin bəyanatı Barak Obamanın bəyanatı ilə daban-dabana ziddir: "ABŞ və digər həmsədr dövlətlərin liderləri dəfələrlə qeyd edib ki, Dağlıq Qrabağ münaqişəsində status-kvo qəbul edilməzdir. Prezidenti bir yandan deyir qəbul edilməzdir, amma Con Kerri münaqişənin həll edilməməsinin məsuliyyətini liderlərin üzərinə atır. Əslində, Con Kerrinin açıqlaması status-kvonun qorunmasına və Ermənistan dövlətinin mövqeyinin möhkəmlənməsinə xidmət edir. Hesab edirəm ki, bu çox təhlükəli ssenaridir. Biz Ermənistanın son günlər atəşkəsi intensiv pozma səbəblərini araşdırsaq, görərik ki, bunun başında bu amillər dayanır. Buna baxmayaraq, Azərbaycan dövləti münaqişənin həlli üçün özünün sülh danışıqlarını davam etdirir. Amma cənab prezidentimiz dəfələrlə qeyd edib ki, Dağlıq Qrabağ münaqişəsinin hərbi yolla həll edilməsi imkanları özünü qoruyub saxlayır. Azərbaycan dövləti beynəlxalq hüquq normalarından çıxış edərək lazım gələrsə, münaqişəni hərb yolla da həll edə bilər". 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM