“ABŞ-dakı 11 sentyabr olaylarından sonra Qərbdə islam düşmənçiliyi artaraq davam edir”.
Bunu İstanbulda keçirilən 9-cu Avrasiya İslam Şurasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandeyib.
R. T. Ərdoğan bildirib ki, dünyanın bir çox yerində müxtəlif dinlərə mənsub insanlar terror aktları törədir: “Bu günə qədər buddist, yəhudi, xristian, ateist terroru anlayışına rast gəlinibmi? Bu dinlərə mənsub insanların törətdikləri terror aktları hətta adi cinayət kimi təqdim olunur. Ancaq terroru törədən müsəlmandırsa, bunu məhz islami terror kimi təqdim edirlər. Bu təqdimatda medianın da böyük rolu var. Biz bu kimi hallara qarşı mövqeyimizi ortaya qoymalı, səsimizi ucaltmalıyıq ”.
Suriya və İraqda terror təhdidinə qarşı mübarizə aparmaq üçün Türkiyənin heç kimdən icazə almasına ehtiyacı olmadığını vurğulayan R. T. Ərdoğan Türkiyənin Suriya və İraqla böyük sərhəd zolağı olduğunu xatırladıb: “Min kilometrlərlə uzaqdan özlərinə qarşı terror təhdidinin olduğunu iddia edib,Suriya və İraqa gəlirlər. Türkiyəyə bununla bağlı heç kim söz deyə bilməz. Suriyada Cerablus və Çobanbəy qəsəbələrini “Fərat qalxanı” əməliyyatı çərçivəsində müxalif Azad Suriya Ordusu ilə birgə təmizlədik. Suriyada Münbicin əhalisinin 95 faizi ərəbdir. Ora PKK terror təşkilatının Suriya qolu PYD-ni yerləşdirməyə çalışırlar. Bizə söz verdilər ki, əməliyyatdan sonra PYD oradan çıxacaq. Ancaq sözlərini yerinə yetirmirlər. Ona görə də Türkiyə öz maraqları çərçivəsində Suriyada addımlar atmağa davam edəcək. Mənəİraqın baş naziri təhqirlər yağdırır. Sən mənim tərəf-müqabilim deyilsən, mənim səviyyəmdə deyilsən, İraqda çığırıb-bağırmağın bizim üçün heç önəmli deyil, biz bildiyimizi edəcəyik. Sən kimsən? İraq baş naziri. Öncə həddini bil. Məhz İraqın razılığı ilə Mosul yaxınlığındakı Başika düşərgəsinə Türkiyə hərbçiləri yerləşdirilib. Bu gün deyirlər ki, Türkiyə hərbçilərini oradan çıxarsın. Türkiyə sizin sözünüzlə hərəkət etməyəcək”.
R. T. Ərdoğan ABŞ Konqresində 11 sentyabr olayları ilə bağlı ölkə vətəndaşlarının Səudiyyə Ərəbistanı əleyhinə məhkəmə iddiaları qaldırmasına imkan verən qanunun qəbuluna da toxunub və bununla əlaqədar İslam Əməkdaşlıq Təşkilatına sədrlik edən ölkənin rəhbəri qismində 56 üzv ölkənin prezidentinə məktub yazdığını açıqlayıb: “Biz də qanunverici orqanımızda ABŞ vətəndaşının müsəlman ölkəsində törətdiyi terror aktına görə ABŞ-ın məsuliyyət daşıdığı barədə qanun çıxara bilərik. Cinayət şəxsidir. İndi Səudiyyə Ərəbistanına qarşı ABŞ-da vətəndaşlar tərəfindən məhkəmələrə iddialar təqdim edilir. Məqsəd Səudiyyə Ərəbistanından pul qoparmaqdır. Bu məsələdə ABŞ prezidenti Barak Obama tək qaldı. Yalnız bir yaşlı hüquqşünas ona dəstək verdi, çünki hüquqşünas kimi bu işin perspektivi olmadığını bilir. 56 islam ölkəsinin bir araya gəldiyi İslam Əməkdaşlıq Təşkilatı əslində müsəlmanlara yönəlik bu addıma qarşı ortaq mövqeyini ortaya qoymalıdır”. (APA)
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM