Ukraynalı futbol mütəxəssisi deyib: “Deyim ki, buna çox, çox və çox şadam. Mən tezliklə onu görmək istəyirəm. Öz komandamda görmək istəyirəm. İstəyirəm ki, o tez bir zamanda məşqlərə başlasın, təbii ki, nə qədər tez mümkündürsə. Mən, heç olmasa, 3-4 gün onun məşqlərini izləməliyəm. İstəyirəm görüm hansı vəziyyətdədir. Elmin bütün qanunlarının ziddinə olaraq, Cavidin emosional vəziyyəti ona formasını tez bir zamanda bərpa etməyə kömək ola bilər. Onu qorumaq və ona düzgün yanaşmaq lazımdır. Heç yerə tələsməyəcəyik”. (azerisport)