AMEA-nın Direktorlar Şurasının iclası keçirilib

15:48 / 13.10.2016

Strategiya.az bildirir ki, Oktyabrın 12-də AMEA-nın Əsas binasında Direktorlar Şurasının növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, vitse-prezidentləri, AMEA-nın akademik-katibi, elmi bölmələrin akademik-katibləri, elmi müəssisələrin direktorları və AMEA Rəyasət Heyətinin məsul işçiləri iştirak ediblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Akademik Akif Əlizadə Akademiyada aparılan elmi tədqiqat işlərinin yekunları haqqında hesabatların hazırlanması ilə əlaqədər institutlarda və elmi bölmələrdə geniş müzakirələrin təşkil edilməsinin, mühüm elmi nəticələrin ciddi ekspertizadan keçirilməsinin vacib olduğunu bildirib. Akademik Akif Əlizadə bu məsələ ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Daha sonra Akif Əlizadə 31 oktyabr - 5 noyabr 2016-cı il tarixlərində keçiriləcək II Azərbaycan Elm Festivalının əhəmiyyətindən danışıb və festivalın ölkədə elmin populyarlaşdırılmasında müsbət rol oynayacağını bildirib: “Elmin populyarlaşdırılmasında bu festivalın rolu danılmazdır. Hazırda həm paytaxtımızda, həm də regionlarda festivalın yüksək səviyyədə keçirilməsi üçün böyük hazırlıq işləri görülür. AMEA-nın institutları festivala tam dəstək verməli, elmi mühazirələrin hazırlanmasını sürətləndirməlidirlər. Şübhəm yoxdur ki, bu festival böyük uğur qazanacaq. I Elm Festivalında 15 mindən artıq insan iştirak edib və bu, böyük göstəricidir. Bu il festivalda iştirak edəcək insanların sayının 50 minə çatacağı gözlənilir”.

Sonra mövzu ilə bağlı çıxış edən AMEA-nın Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva bildirib ki, festival AMEA-nın təşəbbüsü, UNESCO-nun himayəsi, Bakı Şəhər İcra Hakimiyyəti, AR Prezidenti yanında Elmin İnkişafı Fondu, AR Prezidenti yanında Bilik Fondu, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Moskva Dövlət Universiteti və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq. Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində hazırlıq işlərinin davam etdiyini deyən Nuridə Quliyeva ölkə alimlərinin ən son nailiyyətlərinin festival çərçivəsində nümayiş olunacağını, müxtəlif konfransların, konsertlərin, regional elmi mərkəzlərə ekskursiyaların təşkil ediləcəyini bildirib.

İclasda Akif Əlizadə AMEA-nın magistraturasına növbəti tədris ili üçün qəbul planı haqqında danışaraq Akademiyada magistratura təhsilini elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib: “AMEA-da magistraturaya qəbulun aparılması elmin gələcək inkişafı üçün çox mühüm və vacib addımdır. Cari il Akademiyanın magistraturasına qəbulun nəticələri yüksək olub. İnstitutlarda magistrantlar üçün yaradılmış hazırki şərait mütəmadi olaraq təkmilləşdirilməlidir”. AMEA-nın magistraturasına qəbul planının layihəsinin bir daha müzakirə olunması və qısa müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov SABAH qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçməsi barədə danışıb. İdarə rəisi bildirib ki, Təhsil Nazirliyi bununla bağlı AMEA-ya məktub ünvanlayıb və Akademiya bu məktuba müsbət cavab verib: “Hazırda SABAH qruplarında 1600-dən artıq  tələbə təhsil alır. Bu tələbələr AMEA-da təcrübə keçmək arzularını bildiriblər və Təhsil Nazirliyi onların xahişini nəzərə alaraq, bu barədə bizə müraciət göndərib. AMEA-nın institutları ilkin mərhələdə 400-ə yaxın tələbənin təcrübəsini təşkil etməyə hazırdır, onların ixtisaslarına uyğun olaraq təcrübə keçəcəkləri institutlar barədə məlumat Təhsil Nazirliyinə göndərilib”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM