Bu barədə Strategiya.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1943-cü il təvəllüdlü Svetlana Desi qızı Minnətovanın cəsədini aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 09:26-da başa çatıb.