“Rusiya-Türkiyə yaxınlaşmasının əsas səbəbkarlarından biri Cənab İlham Əliyevdir”
Oktyabrın 10-da İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi bir sıra məqamları ilə yadda qaldı. Konrqesin açılışında Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevin iştirak etməsi dünya mətbuatının diqqətindən yayınmadı. Türkiyə-Rusiya münasibətlərində yaranmış soyuq münasibətdən sonra İstanbulda belə bir görüşün baş tutması bir sıra xarici qüvvələrin ürəyincə olmasa da, müzakirələrin region üçün ciddi iqtisadi və siyasi əhəmiyyəti etiraf olunmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, BMAM rəhbəri, politoloq Rufiz Qonaqov İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi və Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfərini yüksək qiymətləndirir.
Rufiz Qonaqoun sözlərinə görə, İstanbulda müzakirə olunan məsələlər regional iqtisadi əlaqələrin güclənməsi, ölkələrə invesitisiya axınının sürətləndirilməsi baxımından önəmlidir: “Dünyanın enerji sektorunda xüsusi payı olan Rusiya və Azərbaycan bu gün dünyada iqtisadi baxımdan güclü dövlətlər kimi qəbul olunurlar. Türkiyənin yerləşdiyi coğrafi mövqe imkan verir ki, həm Rusiya, həm də Azərbaycan özlərinin neft və qaz ehtiyatlarını bu ölkənin vasitəsilə Avropaya nəql etsinlər. Rusiyaya məxsus
qırıcı vurulandan sonra iki ölkə arasında iqtisadi və siyasi münasibətlər olduca gərginləşmişdi. Rusiya Türkiyəyə məxsus məhsulların idxalına qadağa qoymuşdu, “Türk axını” layihəsi dayandırılmışdı. İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi tərəflərə imkan verdi ki, siyasətlərinə yenidən baxsınlar, gərginləşmiş münasibətlər yoluna qoyulsun. Toplantının ilkin nəticəsi olaraq Rusiya Türkiyəyə satdığı mavi yanacağın qiymətinin aşağı salınması ilə bağlı razılığa gəldi. Bəzən qeyd edirlər ki, bu iki ölkənin enerji üzrə əməkdaşlığı Azərbaycanın maraqlarına cavab vermir. Bu yanaşma doğru deyil. Çünki Rusiya “Türk axını” vasitəsilə 30 milyard kub metr, Azərbaycan isə Türkiyə vasitəsilə 6 milyard kub metr qaz ixrac edəcək. Bu mənada Rusiyanı enerji bazarında Azərbaycana rəqib hesab etmək olmaz. Əksinə qaz kəmərlərinin çox olması bizim gələcəyimiz üçün qarantdır. Çünki bu əməkdaşlıq üçün daha geniş imkanlar açır. Vladimir Putin İstanbuldakı çıxışında bildirdi ki, dünyanın neft və qaz kimi enerji resurslarına hələ çox ehtiyacı olacaqə. Bu dünyaya ciddi mesaj idi. Yaxın on ildə neft və qazı əvəz edəcək alternativ enerji bazarda oturuşmayacaq. Bu mənada heç bir enerji resursu olmayan ölkələr dünyanın enerji bazarında ciddi rol oynayan ölkələrə münasibətdə qısqanc mövqe sərgiləməməlidirlər. Rusiya prezidenti çıxışında neft istehsal edən ölkələrə ciddi mesajlar verdi. Qeyd etdi ki, yaranmış hazırkı neft hasilatının dondurulması və hətta azaldılması bütün dünya energetikasının dayanıqlığını qoruyub saxlamaq üçün yeganə düzgün qərardır. İstanbul konfransı ərəfəsində neftin qiymətindəki yüksəlişi də təsadüfi saymaq olmaz”.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərini və İstanbul konfransındakı çıxışını yüksək qiymətləndirən BMAM sədri vurğuladı ki, Türkiyə ilə Azərbaycan strateji müttəfiq olaraq bütün məsələlərdə səx əməkdaşlıq edirlər: “Türkiyədə keçirilən beynəlxalq konfranslara Azərbaycan prezidenti cənab İlham Əliyevin dəvət alması artıq ənənə halını alıb. Ölkələrimizin müştərək həyata keçirdiyi layihələr hər iki
ölkənin iqtisadiyyatını bir-birinə bağlamaq məqsədi daşıyır. Bizim maraqlarımız bir çox məsələlərdə üst-üstə düşür. Hesab edirəm ki, Türkiyədə keçirilən beynəlxalq konfranslar həm də Azərbaycan üçün uğur deməkdir. Azərbaycan Prezidenti İstanbulda həm toplantıda çıxış edərkən, həm də keçirdiyi görüşləri zamanı ölkəmizin maraqlarını dünya ictimaiyyətinə çatdırdı və dünyaya mühüm mesajlar verdi. Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində gərgin münasibətdə olan Türkiyə ilə Rusiya yenidən bir araya gəlib, gələcək əməkdaşlıq perspektivlərini müzakirəyə çıxardı. Hesab edirəm ki, Rusiya-Türkiyə yaxınlaşmasının əsas səbəbkarlarından biri Azərbaycan və onun dövlət başçısıdır. Rusiya və Türkiyə münasibətlərində soyuqluğun aradan qaldırılması Azərbaycanın maraqlarına cavab verir. Hər iki ölkə ilə qonşuyuq. Azərbaycan, Türkiyə və Rusiya gələcəkdə güclü əməkdaşlıq nümunəsi ortaya qoya bilər. Türkiyə strateji müttəfiqimizdir, Rusiya isə strateji əməkdaşımız. Üç ölkənin bir-birinə yaxınlaşması nəinki ölkələrin iqtisadi güclərinə müsbət təsir göstərəcək, həmçinin regionda sülh və əminamanlıq yaradacaq, ən əsası Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verəcək”.
Rufiz Qonaqova görə, Prezident İlham Əliyevin İstanbulda çıxışı zamanı başda Rəcəb Tayyib Ərdoğanın komandası olmaqla, Türkiyə dövlətinə dəstək verməsi eyni zamanda terrorçu qruplara, xarici ünsürlərə, bu ölkədə siyasi gərginlik yaratmaq istəyənlərə verilən tutarlı cavab idi.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM