Strategiya.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişiklik layihəsinə əsasən, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə 5 manat cərimə ediləcək. Bundan başqa, müvafiq qaydada ödəniş edilmədən sərnişinin aparılmasına görə sürücüyə iyirmi manat cərimə tətbiq ediləcək.
Qüvvədə olan Məcəlləyə əsasən, yuxarıda qeyd olunan cərimə biletsiz getməyə və ya biletsiz aparılmaya görə tətbiq edilir. Dəyişikliyə əsasən, “biletsiz” və “sərnişinin biletsiz” sözləri “müvafiq qaydada ödəniş etmədən” və “müvafiq qaydada ödəniş edilmədən sərnişinin” sözləri ilə dəyişdirilir.
Layihə səsə qoyularaq qəbul edilib.