Müsahibəni edəcəyim xanımla söhbətləşməyə düzünü desəm bir az qorxurdum. Çünki qonağım bir az hazırcavab, yumor hissi hədsiz güclü olan və ən əsası qarşısındakı ilə amansız zarafat etməyi çox gözəl bacaran Aytən Səfərovadır. ANS telekanalında yayımlanan “Salam Azərbaycan” verilişinin aparıcısı....
- Aytən xanım yemək, yoxsa yeməmək?
- Baxır nəyi. Amma yedizdirmək – bax, bu, hər kəsin işi deyil.
- Hansı yeməkləri sevirsiz?
- İsti, acılı, dadlı. Dənli bitkiləri çox sevirəm, onlardan hazırlanan hansı yeməklər varsa, velkam mədəmə...
- Özünüz hansı yeməyi ustalıqla bişirirsiz?
- Sulu xörəklər məndə yaxşı alınır. Bundan başqa, plov bişirirəm ustalıqla, müxtəlif salatlar, xüsusilə “Paytaxt” və “Sezar” məndə əla alınır, kupatı, pxali, eləcə də suşini özüm hazırlayıram.
- Bizim mətbəxlə digər ölkələrin mətbəxi arasında fərq nədi?
- Bizim mətbəxdəki yeməklərin əksəriyyəti insanın damağının dadını oxşayır. İçində çoxlu ədviyyatlar olmur. Ədviyyat adətən yeməyin əsl dadını qaçırır. Bizdə ədviyyatlar əksər hallarda şirniyyatda olur. Bir də ki, bütün dünyada kartof qızardırlar, amma bizim “palatka” toylarında qoca nənələrin yekə teştin içində iri duzla bişirdikləri kartofa heç nə çata bilməz. Bizim yemək bişirənlərimizin əlləri dadlıdır, yəqin mətbəximizin yeməklərinin də dadlı olması bundan irəli gəlir.
- Fast foodla aranız necədi?
- Pis deyil. Qızardılmış toyuq qanadları və krevetləri sevirəm.
- Kababa münasibətiniz?
- Kababa münasibətim superdi. Amma qanlı yox. Yaxşı bişmiş, özü də acı bibər, badımcan, pomidor kababı və közləmə kartof yanında olmaq şərtilə, yoxsa kabab nəsə “nakam” alınır e elə bil.
- Dietaya münasibətiniz?
- Dieta?! O nədir ki? Zarafat eləyirəm. Bilirsiz, bir göz qırpımında həyatımın 32 ili gedib, bir göz qırpımında da bu qədəri də gedə bilər, az və ya çox. O dünyada məndən soruşanda “xeyirli nə iş görmüsən”, deyim ki, dietada oturmuşam? Dieta bu dünyanın malıdır. Bu dünyada Allah nemət yetirir, yeyirəm. Şükür də edirəm. Başımı və vaxtımı o dünya üçün azuqə toplamağa sərf eləmək ac-susuz qalıb bədənimi düşünməkdən daha vacibdir. Həm də ki, məni dietasız sevirlər. Dietada oturanlar isə əksər hallarda onlara sevdiklərinin də hislərində dieta yaradır. Qadın hərtərəfli qadın olmalıdır, quru taxta yox.
- Sizi təəccübləndirən hansı yemək olub?
- Krevetlər və ustrisa. Ömrüm boyu hesab eləmişəm ki, murdardılar, amma sən demə halal buyurulubmuş, özü də dadlıdır. Ona görə də bir bacı məsləhəti – nəyisə yeməzdən əvvəl onu pisləmək olmaz.
- Siz birdən-birə xeyli çəki atdız? Bunu necə elədiz?
- Bunu özümü rejimə salmaqla elədim, yəni ki, səhər nəyi var yeyirdim, günorta sup içirdim, gün ərzində də çoxlu maye qəbul edirdim, axşamüstü də meyvə dilimləri. Amma mənim ən böyük problemim elə səhər yeməyilə əlaqədardı. Yenə də səhərdən günortayadək ac qalıram, bu da öz təsirini göstərir. Bu da ki, məzuniyyət zamanı oldu yenə... Kəndə gedəndə rejim nədi e?
- Ova münasibətiniz necədi?
- Əvvəl özüm də gedirdim, bir neçə dəfə ördək vurmuşam. İndi isə pisdir münasibət. İstəmirəm hansısa canlı öldürülsün.
- Kiminsə yeməyi üçün darıxmısız?
- Rəhmətlik nənəmin əməköməci ilə bişirdiyi yumru düyü supu və əvəliklə bişirdiyi plovdan ötrü... Allah cəmi ölənlərə rəhmət eləsin.
- Sizdən müsahibə almaq istəyəndə vaxtınızın olmadığını dediz. Ev işlərini necə çatdırırsınız?
- Çatdırmağa çalışıram. Qadın olmaq belədir də. Bu, bizim gücümüzdən və səbirli olmağımızdan irəli gəlir.
- Sosial şəbəkələrdə aktivsiz. Sosial şəbəkələrdə sizə sevgi elan edən olub?
- O qədər. Gülmüşəm, amma cavab verməmişəm. Mən də yeniyetmə yaşlarımda Silvestr Stalloneyə-Remboya eşq məktubu yazıb Moskva, Şabolovka 37-yə göndəmişdim.
- Siz uzun illərdir ki, efirdəsiz... Sizcə efir adamının yeməyi necə olmalıdır?
- Efir adamının yeməyi ağız sulandırmayan olmalıdır. Yemək yedinsə, vəssalam. Efirdə danışığına da təsir göstərəcək, diksiyana da. Efirdən kənar olmalıdır efir adamının yeməyi. Əsas odur ki, “yediyimiz” xəbərlər bizim və başqalarının boğazında ilişib qalmasın.
- Tələbə olanda nə yeyirdiz?
- Tələbə olanda nə yediyim yadımda deyil, amma dəhşət susayırdım. Yemək heç yadıma da düşmürdü düzü..
- Hansı musiqilərə qulaq asırsız?
Musiqilər müxtəlifdir. Hans Zimmer, Nino Rota, Ennio Marekone, Adam Lambert, Queen, Sam Smith, Dan Balan, Flora Kərimova, Zülfiyyə Xanbabayeva, Yalın, Tarkan, Sila.. çoxdur e. O qədər gözəl mahnılar var ki... Maylk Boltonun konsertinə hazırlaşıram böyük məmnuniyyətlə.
- Sevdiyiniz yazıçı kimdi?
- Dostoyevski.
- Bizim xalqın yemək mədəniyyəti sizi qane edir?
- Sizinkini deyə bilmərəm, bizimkilər toya getməlidir. Toyda bütün mədəniyyət üzə çıxır. Orada fikir vermək lazımdır yemək, rəqs, davranış, hətta yeriş mədəniyyətinə. Allah hamımıza şəfa versin. /kulis.az/
Fuad Cəfərov
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM