Ötən gün bəzi kütləvi informasiya vasitələrində Göyçayda əhalinin yol polisinin fəaliyyətinə etiraz olaraq aksiya keçirməsi, aksiya iştirakçılarının 1 saat yolu bağlaması barədə məlumatlar yayılıb.
Strategiya.az xəbər verir ki, bu barədə APA-nın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə yayılan informasiyaların həqiqətə uyğun olmadığını, məsələnin mahiyyətinin qəsdən təhrif olunmuş və şişirdilmiş şəkildə təqdim olunduğunu bildirib.
O, qeyd edib ki, respublikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq reydlər keçirilir:
“Bu rayonda həmin reydlərin keçirilməsini şərtləndirən əsas amillər sırasında son vaxtlar sürücülük hüququ olmayan şəxslər tərəfindən 3 piyadanın ölümü ilə nəticələnən yol qəzasının törədilməsini və Bakı-Yevlax-Şamaxı magistral yolunun üstündə yük avtomobillərinin qanunsuz park edilərək hərəkətə maneçilik törətməsini misal göstərmək olar”.
DİN rəsmisi bu yöndə görülən işlər barədə qısa məlumat verib:
“Təkcə oktyabr ayının birinci yarısında Göyçay rayonunda yol polisi əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində 313 yol hərəkəti qayda pozuntusu faktı aşkarlanıb. İnzibati məsuliyyətə cəlb olunanlar arasında Bakı-Yevlax-Şamaxı magistral yolunun rayondan keçən hissəsində yük avtomobillərini qanunsuz park edilərək hərəkətin intensivliyinə mane olan 22 sürücü də var. Məhz onların bir qrupunun oktyabrın 15-də səhər sözügedən məkanın kənarına toplaşması adıçəkilən istiqamət üzrə hərəkət intensivliyinin qısamüddətli məhdudlaşdırılmasına səbəb olub”.
O.Mansurzadə qeyd edib ki, rayonun, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri ictimai diqqəti özlərinə cəlb etmək istəyən həmin şəxslərlə görüşüb, onları narahat edən məsələlərlə maraqlanıblar. Bildirilib ki, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması hallarına qarşı keçirilən reydlər, bu istiqamətdə davam etdirilən digər tədbirlər nəinki onların, ümumilikdə, rayon sakinlərinin təhlükəsizliyinin təmin olunmasına yönəlib.
Rayon rəhbərliyinin müvafiq izahatından sonra həmin əraziyə yığışmış şəxslər dağılışıb və məsələ bununla da bitib. İndi rayonda əmin-amanlığı, sabitliyi pozmaqda maraqlı olan bəzi şəxslər məsələnin mahiyyətini qəsdən təhrif edərək onu siyasiləşdirməyə çalışır, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni təyin olunmuş, əməkdaşlarla birlikdə xidməti vəzifələrini yerinə yetirən rəis barədə böhtan və şantaj xarakterli məlumatlar yaymaqla ümumilikdə polisin rayonda qanunçuluğun daha da möhkəmləndirilməsi, ictimai qaydanın və təhlükəsizliyin etibarlı təmininə hesablanmış gərəkli fəaliyyətinə kölgə salmaq istəyirlər ki, bu da qətiyyən yolverilməzdir.
O.Mansurzadə həmçinin bildirib ki, bəzi xəbər saytlarında yol polisi bölməsinin rəisinin vəzifədən azad olunması barədə yaydığı məlumatlar yalandır.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM