Strategiya.az xəbər verir ki, deputat Etibar Hüseynov öz facebook səhifəsində Mirşahinə cavab verdi. Cavabı olduğu kimi təqdim edirik.
"Bir qədər əvvəldən başlayacam. Xəstəxanada keçirdiyim ağır əməliyyatdan sonra evə gəldiyim 2 gün idi. Əslində həkimlər daha bir-neçə gün qalmağımda təkid etsələr də xəstəxana mühitinə dözümsüzlüyümdən tez çıxdım. Bir gün sonra-şənbə axşamı, səhərisi günü efirə dəvətli olduğumu xatırlatmaqdan ötrü, Rövşanə zəng etdi. Düzü əməliyyata girməyim qəfil olduğu üçün Rövşanəni xəbərdar edə bilməmişdim. Ona gürə də üzrxahlıq edib gələ bilməyəcəyimi dedim. Amma Rövşanə "Etibar müəllim ayaqüstə durmayacaqsınız ki, onsuz da əyləşib danışacaqzınız. Mən də kömək edəcəm. Birtəhər ötüşərik "- deyə gəlməyimdə təkid etdi. Rövşanə xanımı qırmadım. Digər tərəfdən də iki saat yarımlıq canlı efirə qonağın gəlməməsinin də nə olmasını bir televiziyonçu kimi dərk etdiyimdən razılıq verdim.
***
Küləkli, soyuq havada (həmən günü qəflətən güclü qar da yagdı) ANS-ə yollanıb çox çətinliklə də olsa verilişdə iştirak etdim. Bu mənim həm jurnalist, həm də bir millət vəkili olaraq ANS-ə olan diqqətim, sayğım, hörmətimin bir nümayişi idi. Bəs ANS neylədi? Əslinə qalanda mənimlə bağlı ortaya atılmış bu çirkin kampaniyanın kökündə ANS dururdu. Yəni hadisə bu telekanalda baş vermişdi. Ona gürə də məsələyə aydınlıq gətirmək üçün mənə tribuna vermək bu kanalın tək insani deyil, həm də peşəkar borcu idi. Amma nə baş verdi? Hadisələrin ən qızğın dönəmində Mirşahinə telefon açdım. 1-2 dəqiqəlik efir istədim. " Qadan alım, heş nədən xəbərim yoxdu. İndi "Adam içində"yə baxıram. Sonra zəng edərəm-dedi. O boyda Mirşahinin bu boydana həngamədən guya ki, xəbərsiz olması artıq məsələyə münasibətdən xəbər verirdi. O zəng etmədi təbii ki. Ona görə mən də zəng vurmağın əhəmiyyətsizliyini dərk etdiyimdən telefon açmadım.
***
Bəs sonra nə baş verdi? Mənə 2 dəqiqə cavab haqqı tanımayan ANS öz şüarına sədaqətsiz çıxıb haqqımda dalbadal birtərəfli, qərəzli süjetlər yayımladı. Heç birində də qarşı tərəf kimi mənə söz verməyə belə zərurət görmədən. Və bu da son. Mirşahin efirə çıxaraq məni təhqir etdi. Olsun. Amma nə üşün məhz təhqir? Bəyəm sözün əsl mənasında söz xiridarı olan Mirşahinin məni utandırmaq üçün bir-neçə cümlə deməyə fikir qıtlığımı var idi. Əsla. O məni çox asanca, həm də təhqirsiz filansız da "yıxıb-sürüyə" bilərdi. Buna onun söz və fikir potensialı çatır təbii ki. Amma neyləməli. Bu gün əli qələm tutan hər kəs Etibar Hüseynovdan yazır, tənqid hətta hərdən bir qədər də uzağa gedib təhqir də eləyir. Çünki bilirlər ki, hələ heç bir mətbu orqanı və ya jurnalisti məhkəməyə verməmişəm. Və indən belə də verməyəcəyəm. Mən deputat seçiləndə özümə söz vermişəm ki, millət vəkili olduğum müddətdə jurnalistləri məhkəməyə verməyəcəyəm. Və hamı əmin olsun ki,bu sözümə sona qədər sadiq qalacağam. Amma haqqımda yazan bu xor dəstəsinə Mirşahinin də qoşulmasına çox üzüldüm. Ona yaraşdırmadım. Mirşahin peşəkardır. Və onun peşəkarlığı bu dəfə də üzə çıxdı. O məni o səviyyədə vurdu ki. mənim həmin səviyyəyə enib cavab verməyimə nə məxsus olduğum ranq və nə də status imkan vermir. Və bundan başqa məxsus olduğum tərbiyə də yol vermir ki, uzun illərdən bəri tanıdığım, hər görüşəndə mənimlə öpüşüb-görüşən , az qala hər kəlməbaşı "qadan alım" deyən, bir neçə dəfə şəxsən telefon açıb ayrı-ayrı yazı və proqramlatıma görə az qala bir saat tərif deyən birisini təhqir edəm.
***
Nə yazıqlar olsun ki, bu gün jurnalistikada ən asan və cəlbedici şey təhqir və dezinformasiya yazmaqdı. Və təhqirin də dozası nə qədər yüksək olursa o daha tez və həvəslə tirajlanır. Bu faktdır. Bu baxımdan hamı gözləyirdi ki, yəqin mən də gözümü yumub, ağzımı açacağam. Amma Mirşahinə qiymadım. Çünki bilirəm ki. bu gün hirsli başla deyəcəyim bir neçə kəlməni sonra həyatım boyu özümə bağışlamayacam. Bu gün hələ də sinəm sarğılıdı. Karsetlə gəzirəm. Təbii ki, hər bir yara sağalacaq , öz yerini tutacaq da . Amma etiraf edim ki, Mirşahinin sinəmə vurduğu "yara" yəqin ki , hələ çox gec sagalacaq.
****
Mən Mirşahinin demək olar ki, bütün yazı və proqramlarını izləmişəm. Hələ heç vaxt onun bir kimsənin üzərinə bu qədər "cəsarət" və "həqarət"lə getdiyinin şahidi olmamışam. Hətta ANS və özü milli məclisin tribunasından ən ağır şəkildə təhqir olunanda belə. Bunun səbəbini yuxarıda açıqladım. Və bu gün adım kimi ona da əminəm ki ,əgər millət vəkili deyil, sıravi jurnalist olsaydım Mirşahin heç vaxt bu dərəcədə təhqiramiz ifadələrə üstümə gəlməyə cürət etmzədi. Çünki kim də olmasa Mirşahin mənim bu sahədəki fərasətimə yaxşı bələddi. Hərgah da ki, söhbət təhqirdən gedirsə. Ona görə də bu gün də olmasa, nə vaxtsa mən də kimlərdənsə "hesabat" soracam yəqin ki. Mənim də saç-saqqalım jurnalistikada ağarıb. Mən də çox adamlar haqda çox şey bilirəm. Amma Allah eşqinə gəlin pardələri qaldırmayaq."
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM