Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25 illiyini qeyd edir. İyirmi beş il əvvəl Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Beləliklə həmin gün müasir Azərbaycanın tarixinə Dövlət Müstəqilliyi Günü kimi yazıldı.
Ötən 25 ilin mənası: Müstəqil yaşamaq, yaratmaq, inkişaf etmək
Ötən 25 il Azərbaycanın çoxəsrlik həyatında tarixi nöqteyi-nəzərdən az bir zaman kimi görünsə də, bu müddət ərzində xalqımız böyük və misilsiz inkişaf yolu keçib. 25 il müstəqil yaşamaq, yaratmaq, inkişaf etmək – bu 25 ilin mənası və xalqımız üçün böyük əhəmiyyəti bundan ibarətdir. Gənc ölkə olan müstəqil Azərbaycan bu müddətdə demokratik, hüquqi, dünyəvi dövlət qurmağa və onun təsisatlarını yaratmağa nail olub. Bu dövlətin yaşaması, inkişaf etməsi üçün lazım olan bütün addımlar atılıb.
Hazırda dünya birliyində özünə layiq yer tutan Azərbaycan bütün beynəlxalq təşkilatlarda təmsil olunur, xarici ölkələrlə diplomatik, siyasi və iqtisadi əlaqələr qurur. Bir sözlə, 25 illik müstəqillik dövrü xalqımızın çoxəsrlik həyatında ən böyük tarixi hadisə və ən qiymətli nemətdir.
Bütün bu nailiyyətlər, uğurlar heç də asanlıqla başa gəlməyib. Azərbaycan xüsusən də dövlət müstəqilliyinin ilk illərində bir çox çətin sınaqlardan keçib. 1990-cı illərin əvvəllərində Ermənistanın torpaqlarımıza hərbi təcavüzü ilə müşayiət olunan dərin siyasi-iqtisadi böhran və hakimiyyət çəkişmələri müstəqilliyi təhlükə altına atmışdı. Ölkə daxilindəki və xaricdəki bəzi qüvvələr Azərbaycanın müstəqil yaşamaq imkanına şübhə edir, bunu istəmir, milli dövlət quruculuğuna hər vasitə ilə mane olmağa çalışırdı. Azərbaycan xalqının qəlbində yaşatdığı müstəqillik arzusu bütün bu maneələri aradan qaldırdı. Belə bir çətin dövrdə öz iradəsini ortaya qoyan xalqımız bu taleyüklü məqamda dünya şöhrətli, müdrik siyasətçi Heydər Əliyevə üz tutdu və onu yenidən özünə rəhbər seçdi.
Heydər Əliyevin xilaskarlıq missiyası: Azərbaycan məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən necə qurtuldu
Son dərəcə ağır bir vaxtda xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev Azərbaycanı məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, separatçılıq meyillərinə və başlamaqda olan vətəndaş müharibəsinə son qoydu. Bununla da ölkənin gələcək inkişafı üçün əsaslı zəmin yaradıldı. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkəmizdə bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu, xarici siyasətin prioritetləri müəyyən edildi. Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesləri başladı.
Ulu Öndərin hakimiyyətinin ilk illərində qanunsuz silahlı birləşmələr tərk-silah edildi, ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı, müstəqilliyin möhkəmləndirilməsi üçün vacib şərt olan sabitlik təmin edildi. Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan Azərbaycan Konstitusiyası 1995-ci ildə ümumxalq səsverməsinə çıxarılaraq qəbul olundu. Bununla da milli dövlət quruculuğunun əsasları müəyyənləşdirildi.
Heydər Əliyevə keçmişdən çox ağır miras qalmışdı. Azərbaycan iqtisadiyyatı olduqca bərbad vəziyyətə düşmüşdü. Ümid xarici sərmayələrə qalırdı. Lakin belə bir vəziyyətdə sərmayədarları ölkəyə vəsait yatırmağın hədər getməyəcəyinə inandırmaq lazım gəlirdi. Bu məsələdə Ulu Öndərin şəxsi nüfuzu, ona olan inam həlledici rol oynadı. 1994-cü il sentyabrın 20-də Azərbaycanın gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaradan "Əsrin müqaviləsi" imzalandı. Bu neft sazişi ölkəmizin tarixində ilk dəfə olaraq Xəzər dənizinin enerji ehtiyatlarını xarici investorlara təqdim etdi. Çox keçmədən Azərbaycana milyardlarla dollar həcmində investisiya qoyuldu və ölkəmizin inkişafı başladı. Daha sonralar “Şahdəniz” qaz yatağının işlənməsi üzrə kontrakt imzalandı, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri çəkilərək istifadəyə verildi. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan dünyanın əsas neft istehsalı mərkəzlərindən birinə çevrildi.
Bir sözlə, müstəqilliyimizin ikinci dövrü adlandırılan 1993-2003-cü illərdə Azərbaycanın inkişafının möhkəm əsasları qoyuldu. Ümummilli lider Heydər Əliyev müstəqilliyin on ilində keçilən yolu şərh edərək deyirdi: “Azərbaycan bu on il müddətində çox ağır, çətin, keşməkeşli yol keçibdir. Azərbaycan xalqı bütün sınaqlardan keçərək, bütün təhlükələrin qarşısını alaraq müstəqilliyini qoruyub, saxlayıb və daim inkişaf etdiribdir. İndi bu on ili başa vurarkən qətiyyətlə deyə bilərik ki, Azərbaycan xalqı bu nailiyyətlərlə fəxr edə bilər. Azərbaycanın dövlətçiliyi bütün dünyaya nümayiş etdirilibdir. Azərbaycanın müstəqil dövlət olaraq dövlət rəmzləri var. Himni dünyanın hər yerində səslənir, milli gerbi Azərbaycanın dövlətçiliyini hər yerdə nümayiş etdirir, dövlət bayrağı Azərbaycanın üzərində uğurla dalğalanır və daim dalğalanacaqdır. Biz bu günlər böyük qürur hissi keçiririk. Ona görə ki, biz müstəqilliyimizi bəyan edəndən sonra bu on il içərisində bütün dünyaya nümayiş etdirmişik və sübut etmişik ki, Azərbaycan xalqının müstəqil yaşamaq arzusu həmişə olmuşdur. Ancaq on il müddətində Azərbaycan bu istək və arzularını tam yerinə yetirib və sübut edibdir ki, müstəqil dövlət kimi yaşaya bilər və daim yaşayacaqdır”.
Ötən 25 ilin siyasi yekunu: Azərbaycan beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilib
Müdrik xalqımız 2003-cü ildə Heydər Əliyev siyasətinə, onun strategiyasına sadiqliyini bir daha təsdiqləyərək Ulu Öndərin siyasi varisi İlham Əliyevi Prezident seçdi. Ölkəmizin bugünkü reallıqları Azərbaycan xalqının düzgün seçim etdiyini göstərir. 2003-cü ildən başlayaraq Azərbaycan sürətli və dinamik inkişafı ilə səciyyələnən bu illər müstəqilliyimizin üçüncü dövrü adlandırılır.
Bu dövrdə bütün istiqamətlərdə çox böyük uğurlara imza atılıb. Beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan dünya miqyasında mövqeyini daha da möhkəmləndirib və söz sahibinə çevrilib. Azərbaycanın dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq 2011-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi beynəlxalq münasibətlər sistemində Azərbaycana olan hörmət və etimadın əyani təsdiqidir.
2003-2016-cı illərdə iqtisadi və sosial sahələrdə də böyük uğurlar əldə olunub, ölkə iqtisadiyyatı üç dəfədən çox artıb, yoxsulluq səviyyəsi 10 dəfə azalaraq 5 faizə enib. Azərbaycanda, eyni zamanda, regionların inkişafına dair Dövlət proqramları icra edilir. Bu müddətdə bölgələrdə 1 milyon 300 mindən çox iş yeri açılıb, müasir infrastruktur layihələri həyata keçirilib. Son illərdə maaşlar, pensiyalar dəfələrlə artırılıb. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağı, 40-dan çox idman Olimpiya mərkəzi inşa olunub və ya əsaslı şəkildə təmir edilib.
Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verməkdədir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal enerji layihələri icra edilir. “Cənub” qaz dəhlizi çərçivəsində həyata keçirilən “Şahdəniz-2”, TANAP və TAP layihələri bu qəbildəndir və uzun illər bundan sonra da ölkəmizin milli maraqlarını, iqtisadi və siyasi maraqlarını təmin edəcək.
Texnoloji tərəqqi: Azərbaycan kosmik klubun məhdud sayda üzvlərindən biridir
Bu gün Azərbaycan kosmik klubun məhdud sayda olan üzvlərindən biridir. Orbitdə artıq iki peykimiz var, üçüncüsü də bu yaxınlarda istifadəyə veriləcək. Eyni zamanda, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti bu sahəyə göstərilən davamlı diqqətdən xəbər verir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə İnformasiya Texnologiyaları Universiteti yaradılıb.
Azərbaycan sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilib. Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənə halını alıb. Bununla yanaşı, ölkəmiz digər mötəbər tədbirlərin keçirildiyi məkan kimi tanınır.
Son on il ərzində Azərbaycanda 300-dən artıq beynəlxalq idman tədbiri yüksək səviyyədə keçirilib. Bu tədbirlərin, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkilinin mütəmadi hal alması, ilk Avropa Oyunlarının, “Formula-1” Avropa Qran-prisinin, Dünya Şahmat Olimpiadasının paytaxtımızda keçirilməsi Azərbaycanı idman ölkəsi kimi tanıtmaqla yanaşı, onun dünyada artan nüfuzundan xəbər verir.
Ötən 25 ildən qaynaqlanan inam: Azərbaycanın müstəqilliyi əbədi, sarsılmaz və dönməzdir
Təsadüfi deyil ki, dövlət müstəqilliyimizin 25-ci ildönümünü böyük iftixar hissi ilə qeyd edir, ölkəmiz ilə qürur duyuruq. Bu şərəfli gündə Ulu Öndərin Vətən və xalq qarşısında misilsiz xidmətləri bir daha minnətdarlıq hissi ilə xatırlanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər qətiyyətlə deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi, sarsılmaz və dönməzdir.
Əsəd Məmmədov
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM