Strategiya.az bildirir ki, Lent.az-ın xəbərinə görə, Ankara Terrorla Mübarizə Şöbəsinin əməkdaşları Anıtqəbir ətrafında 3 dəfə görünən və şübhəli davranışı ilə seçilən bir kişini təqib edib. Araşdırmalar nəticəsində onun İŞİD-lə bağlantısı və Ankarada terror törədəcəyinə dair bilgilər üzə çıxıb.
Gecə saat 3 radələrində həyata keçirilən əməliyyat zamanı terrorçu "təslim ol" çağırışına silahla cavab verdiyindən atışma başlayıb və nəticədə "canlı bomba" ölü ələ keçirilib. Həmin ünvanda aparılan axtarışlar zamanı terror zamanı istifadə ediləcək partlayıcı maddələr ələ keçirilib.
Əməliyyatdan dərhal sonra hadisə yerinə Ankara valisi Ercan Topaca gəlib. Onun açıqlamasına görə, öldürülən terrorçunun 29 oktyabr və 10 noyabrda terror törədəcəyi ehtimalı üzərində daha çox dayanırlar: "Şəxs Anıtqəbir ətrafında şübhəli şəkildə 3 dəfə görünüb. Keçmiş məclis binası önündə də onun hərəkətləri izlənilib. Araşdırmalar zamanı onun İŞİD üzvü olduğu ortaya çıxsa da, şəxsiyyəti hələ tam dəqiqləşməyib. Araşdırmalarla ciddi sayda "canlı bomba" hücumu ediləcəyinə dair məlumatlar əldə edilib".