Fövqəladə Hallar Nazirliyindən (FHN) Strategiya.az-a verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda aramsız yağan yağışlar səbəbindən suyun səviyyəsinin artması nəticəsində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub və 1 nəfəri təhlükəsiz əraziyə çıxararaq təxliyə olunmasını təmin ediblər. Əməliyyat saat 13:35-də başa çatıb.