Qadın qanına susayan azərbaycanlı kişilər - SİYAHI (18+)

09:02 / 20.10.2016

Son illər qadınlara qarşı zorakılıq gündən-günə artmaqdadır. Demək olar ki, son bir ayın statistikasına baxsaq qadın qətillərinin gündəlik xəbərlərin bir hissəsinə çevrildiyini görərik. Onların ərləri və yaxud keçmiş həyat yoldaşları, qardaşları tərfindən qətlə yetirildiyini müşahidə etmək olar.

Öldürülən qadınların böyük əkəsiyyəti həyat yoldaşları tərəfindən törədilib. Bu ilin 9 ayı ərzində 17 qadın xüsusi amansızlıqla öldürülüb ki, onların çoxu qısqanclıq zəmnində baş verib.

Strategiya.az bildirir ki, Dövlət Statistika Komitəsindən Femida.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il Azərbaycanda qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində qadınlara qarşı 422 cinayət faktı qeydə alınıb. Nəticədə 361 qadının sağlamlığına yüngül zərər dəymiş, 8 qadın isə öldürülmüşdür. Bundan başqa, 4 qadının sağlamlığına ağır, 25qadının sağlamlığına isə az ağır zərər vurulmuşdur. Cari ilin ilk altı ayında 2 qadın intihar həddinə çatdırılmış, 6 qadını isə öldürməyə cəhd ediblər. Komitədən verilən məlumata görə, 4 qadına müxtəlif üsullarla işgəncə verilmiş, 12 qadın isə başqa zorakılıq vasitələrinə məruz qalıb.

Öldürülən qadınların siyahısını təqdim edir:

Bərdədə ər arvadını yatdığı yerdə öldürdü

2016-cı ilə yeni qədəm qoymuşduq ki, Bərdədə baş verən dəhşətli hadisə hər kəsi şoka saldı. Tuymaslı kənd sakini Zülfüqar Rəhimov 33 yaşlı arvadı Gülnaz Rəhimovanı yatdığı çarpayıdaca bıçaqlayaraq qətlə yetirmişdi. Zülfüqar Rəhimov hadisəni törətdikdən sonra qaçsa da, valideynləri onu taparaq polisə təhvil verdi. 3 azyaşlı övladları olan Zülfüqar Rəhimovun ciddi psixoloji problemləri olduğu söylənildi.



"Düz yolun yolçusu" bacısını 37 dəfə bıçaqladı

Bərdədəki qadın qətlindən bir neçə gün sonra isə Yevlaxda musiqi məktəbinin həyətində qardaş piano müəlliməsi olan bacısı Ahu Hüseynovanı bıçaqlayaraq qətlə yetirdi. Səbəb kimi Ahu Hüseynovanın boşanması, boşandıqdan sonra haqqında müəyyən söz-söhbətin dolaşması göstərilib. Bacısından şübhələnən Veys Hüseynov dəfələrlə ona "düz yola qayıtması" barədə xəbərdarlıq etsə də, Ahu Hüseynova buna əhəmiyyət verməyib. Söz-söhbət xoşlanmayan Veys bacısını izləyib və musiqi məktəbinin qarşısında Ahu Hüseynovanı 37 bıçaq zərbəsi ilə qətlə yetirib.




Qadınla gecələyib, sonra boğub öldürdü

Yanvar ayında Qubada yerləşən "Retro” ailəvi istirahət mərkəzində Könül Zalovanın qətli ölkəyə səs-küy saldı. 39 yaşlı Könül, tanışı Elməddin Əhmədovla birgə istirahət mərkəzinə gedərək gecəni bir yerdə keçirdikdən sonra aralarında mübahisə düşür. Elə bu vaxt 34 yaşlı Elməddin Könülü boğaraq öldürür. Məlumatlara görə qətlə səbəb onlar arasında pul üstündə yaranmış mübahisədir. K.Zalova onun 200 min manat pulunu mənimsəyib. Hadisə baş verən gün də pula görə dava ediblər və qətl baş verib. Könül Zalovanın atası Zülfi Zalov Sumqayıt Dövlət Universitetinin müəllimidir. Ancaq ailəsi ilə münasibətlərinin heç də yaxşı olmadığı iddi olunur. Könül Zalovanın 12-13 yaşlarında bir oğlan usağı da var.




Sevdiyi qız "Yox” dedi, qarşılığında 26 dəfə bıçaqladı

Yanvar ayının son günlərində Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Səbinə Salayeva tanışı, əvvəllər məhkum olunmuş Cəfər Ağayev münaqişə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürülür. Hadisəni törədən şəxs qızı sevdiyini ancaq, əks tərəfdən yox cavabı alandan sonra onu xüsusi amansızlıqla qətlə yetirdiyini deyib.

Şəhid anasını öldürüb pensiya kartını apardı

Bu il ərzində Yevlaxda ikinci bir qadın cinayəti törədilib ki, bu isə digər qətllədən fərqlənmişdi. Tamah məqsədilə törədilən cinayəti əvvəlcədən planlaşdıran Aqil İsmayılov 86 yaşlı Maral Nəsibovanı qapısını döyərək içəri daxil olub ondan pul tələb edir. Maral Nəsibova pulu olmadığını bildirdikdə isə Aqil İsmayılov onun sifət və baş nahiyəsinə zərbələr endirib. Daha sonra tənha qadını öz yaylığı ilə boğaraq qətlə yetirir. Öldürdükdən sonra onun üzərində olan zinət əşyalarını çıxarıb və mənzildəki pensiya kartlarını, həmçinin nağd pulu götürərək hadisə yerindən qaçır. Xatırladaq ki, M.Nəsibovanın iki övladı Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.





Qardaş üçüncü dəfə ərə gedən bacısını öldürdü

Yevlaxda baş verən bacı qətlinin eynisi aprelin 16-də Bakıda törədildi. 34 yaşlı Turanə Davidovanın həyat yoldaşı keçən ilin yanvar ayında intihar edir. 3 övladı ilə birlikdə kirayə yaşamağa başlayır. Turanə Davidova indiyədək iki dəfə ərdə olub. Daha sonar Turanə Davidova bir kişi ilə tanış olub və onlar bir evdə yaşamağa başlayıb. Turanə Davidovanın bundan narazı qalan 39 yaşlı qardaşı Elşad dünən onun kirayədə qaldığı evə gəlib. Həmin vaxt qadının nikahsız yaşadığı sevgilisi də evdə olub. Elşad ondan evi tərk etməsini istəyib və bacısı ilə söhbətinin olduğunu bildirib. Qardaş və bacı arasında mübahisə davaya çevrilib. Elşad bacısını döş qəfəsindən bıçaqlayıb.



Bakıda kişi arvadının başını kəsib, sonra intihar etdi

May ayında Bakının Nəsimi rayonunda da dəhşətli ailə faciəsi olmuşdu. Belə ki, 48 yaşlı Şahin Qurbanov arvadı 38 yaşlı Gülnurə Ağayevanın boğazını kəsib, daha sonra isə hamam otağında özünü asmışdı. Bu öldürülən qadının ikinci evliliyi olub, 4 yaşlı qızı var. Gülnurə Ağayevanın ilk evliliyindən də 19 yaşlı qız var.



Ata evinə qayıdan bacısını öldürdü: "Bacım əxlaqsız..."

Bacısının qanına susamış daha bir qardaş cinayəti Sabirabad rayonunda qeydə alınıb. 1975-ci il təvəllüdlü Məhəmməd Hüseynov aralarında yaranan münaqişə zəminində doğma bacısı, 1984-cü il təvəllüdlü Şəmsiyyə Hüseynovanı bıçaqlayaraq öldürüb. 32 yaşlı Şəmsiyyə bir müddət əvvəl ərindən ayrılıb və ata evinə qayıdıb. Daha sonra isə Məhəmməd bacısı barəsində xoşagəlməz sözlər eşidib və ailəsinə yaraşmayan hərəkətlər edib. Qətl də məhz bu səbəbdən törədilib. Öldürülən qadının iki azyaşlı övladı var.

Yenə ailə-məişət münaqişəsi, yenə arvad qatili

Mərdəkan qəsəbəsində də qadın qanı tökülüb. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Sahil Babalıyev yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı, 1975-ci il təvəllüdlü Şəhla Babalıyevanı bıçaqlayıb.

Qazaxda kişi sevgilisini və iki yaşlı qızını öldürdü

İyunun 18-də keçmiş sevgilisi tərəfindən öldürülən 19 yaşlı Elmiranın və 2 yaşı hələ tamam olmamış qızının da elə həmin gün amansızlıqla qətlə yetirilməsi xəbəri eşidənləri şoka saldı.

Gürcüstan vətəndaşı, 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyeva Qazax rayonunun Qarapapaq kənd sakini, 1987-ci il təvəllüdlü Eldəniz Babayevlə bir neçə il əvvəl Bakıda tanış olub və qeyri-rəsmi nikah münasibətində yaşayıblar.

Onlar qeyri-rəsmi nikah münasibətində yaşayıb qız övladları dünyaya gəlib. Daha sonra cütlüyün münasibətləri pozulub və E.Babayev başqa qadınla rəsmi nikaha daxil olub. Lakin E.Babayev qeyri-rəsmi nikahdan doğulan qızının anası ilə münasibəti yaxşı olmasa da onunla əlaqəni kəsməyib.

İyunun 18-də Qazax rayonunda görüşüblər və burada mübahisə ediblər. Mübahisə zəminində E.Babayev 19 yaşlı Elmiranı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Daha sonra isə anası ilə birgə rayona gələn Eldəniz Elmiranın 2 yaşlı qızı Fatiməni öldürüb. Uşağın meyitini isə çayın kənarına atıb.

Bakıda kişi 3 uşaq anası olan arvadını boğdu

İyunun 20-də Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yaşayan Tural Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı yaşadığı evdə qısqanclıq zəminində əlləri ilə boğaraq öldürüb. Gənc cütlüyün nikahından 3 azyaşlı övladı qalıb. Hadisə baş verərkən uşaqlar həyətdə oynayırmışlar və evdə mübahisə edən ər-arvadın davası qətllə yekunlaşıb.

Bacısının başını kəsən qardaş: "Bir neçə dəfə onun telefonla danışdığını aşkarlamışam..."

Tovuzda 18 yaşlı Günay Gülməmmədovanın çay kənarında başı kəsilmiş halda meyiti tapılıb. Qardaşı Ruslan Gülməmmədov tərəfindən qətlə yetirilən Günay bu il 11-ci sinfi bitirməliydi. Ruslan Gülməmmədov qətlin səbəbini belə izah edib: "Bacımı qısqanclıq zəminində öldürmüşəm. Bir neçə dəfə onun telefonla danışdığını aşkarlamışam və xəbərdarlıq etmişəm. Lakin Günay bu xəbərdarlıqlara məhəl qoymadı. Hadisə baş verən gün günorta saatlarında Günay evimizin yaxınlığından keçən Əsrik çayının sahilinə getdi. Mən də onun ardınca getdim və onu öldürdüm”.



Xaçmazda qayınata eks-gəlinini yaba ilə öldürdü

Ölkə gündəmini alt- üst etmiş qayınatanın gəlinini yabayla öldürməsi xəbəri də bu cinayətlərdəndir.Xaçmaz rayonun Uzunoba kənd sakini, 62 yaşlı Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 32 yaşlı Rəmziyyə Əbdürrəhmanovaya yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. 3 uşaq anası olan Rəmziyyə Əbdürrəhmanova həyat yoldaşından 7 il öncə ayrılıb. Məhkəmənin qərarına əsasən, o, həyat yoldaşı ilə eyni evdə yaşayıb.




Naxçıvanda ər arvadını boğub öldürdü

Nadir hallarda cinayət xəbərləri eşidilən Naxçıvanda da eyni qətl hadisəsi baş verib. Bu ilin avqustun 15-də Naxçıvan şəhərində Elvin Yusifov münaqişə zəminində arvadı Minurə Yusifovanı boğaraq qətlə yetirdikdən sonra könüllü ŞPİ-yə gələrək istintaqa təslim olmuşdu.

Gəncədə kişi arvadını öldürüb, baldızını bıçaqladı

Gəncənin Cavad xan qəsəbəsində yaşayan 1986-cı il təvəllüdlü Məhəbbət Vəliyeva ailə münaqişəsi zəminində əri Ruslan tərəfindən bıçaqlanır. Qadın xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Bir müddət əvvəl həyat yoldaşı Ruslan Qurbanovdan ayrılan 30 yaşlı Məhəbbət Vəliyeva mütəmadi olaraq əri ilə mübahisə edir və ona müxtəlif xəsarətlər yetirirmiş. Sonuncu belə hadisə isə qanla bitib. Ərlə-arvad arasındakı mübahisəni sakitləşdirmək istəyən baldız da "payını" alıb. Onun isə həyatını xilas etmək mümkün olub.

Əri Milli Məclisin sektor müdiri olmuş arvadını baltaladı

Başa vuracağımız sentyabr ayı da 2 qadın cinayəti ilə yadda qaldı. Biri Bakının Səbail rayonuda baş verib.

Sentyabrın 9-da Səbail rayon Polis İdarəsinin yaydığı məlumata əsasən Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında yaşayan Məzahir Qasımi həyat yoldaşı Fəridə Qasımini baltalayaraq öldürüb. 30 ilə yaxın Milli Məclisdə çalışıb və bir neçə il bundan əvvəl təqaüdə çıxıb. Onun maliyyə durumunun çox yaxşı olduğunu da qeyd edirlər. Yaxınlarının sözlərinə görə, onun əri Məzahir Qasimi ilə aralarında ev söhbəti düşüb. Bundan sonra mübahisə qızışıb və əri tamah məqsədi ilə onu amansızcasına qətlə yetirib.





Tovuzda kişi həyat yoldaşının boğazını kəsdi

Digər dəhşətli qətl sentyabrın 20-də Tovuz rayonunda baş verib. Alakol kənd sakini 1985-ci il təvəllüdlü Aydın Hüseynov öz həyat yoldaşını qısqanclıq zəminində öldürüb. Qətli törədən şəxs 24 yaşlı Aytəkin İbrahimovanın Müdafiə Nazirliyinin hərbi hissələrindən birində müddətdən artıq xidmət edən (MAXE) işçi kimi çalışmasına etiraz edib. Buna görə də qadın övladlarını da götürərək atasının evinə qayıdır. Sentyabrın 10-da Rusiyadan qayıdan kişinin həyat yoldaşı ilə mübahisələri davam edib və marşrut avtobusunu dayandıraraq həyat yoldaşını oradan düşürüb və onun boğazını kəsib. Daha sonra polis idarəsinə gələrək əməlini etiraf edib. Xatırladaq ki, ailənin iki azyaşlı övladı var.

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM