Daxili İşlər Nazirliyindən Strategiya.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional şöbəsi və Balakən rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tülü kənd sakini Ramiz Bayramov və Zaqatala rayon sakini Elnur Əzimzadə 195 qram marixuananı satarkən tutulublar.
R.Bayramovun evinə baxış zamanı isə oradan əlavə olaraq 11 kiloqram 650 qram marixuana, habelə evində olan həmkəndlisi Heybullah Qaraçayevdən 6,178 qram marixuana da aşkar edilərək götürülüb.