Əslən Rusiyadan, Sibirin Noyabrsk şəhərindən olan “Cihadi-Tolik” ləqəbli İŞİD üzvü Mosul uğrunda gedən döyüşlərdə həlak olub.
Strategiya.az bildirir ki, Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, əsl adı Anatoli Zemlyanka olan “Cihadi-Tolik” İŞİD sıralarında cəllad kimi tanınırdı. O, onlarla şəxsin edamını şəxsən həyata keçirib.
Məlumata görə, “Cihadi-Tolik” Noyabrskda daha iki nəfəri - Aleksey P. və Ruslan S. adlı gəncləri də öz təsiri altına salaraq Suriyaya aparıb və İŞİD sıralarına qoşub.
“Cihadi-Tolik” milliyyiətcə rusdur və beynəlxalq axtarışda idi.