Strategiya.az QMİ-nin mətbuat xidmətinə istinadən bildirir ki, kralın himayə etdiyi Al əl-Beyt İslam Fikri Akademiyasının oktyabrın 23-25-də Əmmanda keçiriləcək “Peyğəmbər Salavatullahın həyatındakı tarixi hadisələrin cədvəlinə doğru” mövzusuna həsr olunmuş XVII konfransında iştirak edəcək akademiyanın həqiqi üzvü Şeyxülislam A.Paşazadə məruzə ilə çıxış edəcək.
“Al əl-Beyt” İslam Fikri Akademiyasının dünya miqyasında İslamın təbliği, onun ümumbəşəri əhəmiyyətli dəyərlərinin tədqiqi istiqamətində qiymətli araşdırmaları, habelə dinlərarası əməkdaşlıq və məzhəblərarası yaxınlaşma yönündə uğurlu səyləri olduqca böyük önəm kəsb edir.
Akademiyanın fəaliyyətinə verdiyi töhfələrə görə Kral Abdullah tərəfindən 2007-ci ildə İordaniyanın ali dövlət mükafatı - I dərəcəli Kral Hüseyn ordeni ilə təltif olunmuş QMİ sədri Şeyxülislam A.Paşazadə bir qərinəlik tarixə malik bu Akademiyanın yaradıcılarından biridir.
Səfər çərçivəsində QMİ sədrinin İordaniya rəsmiləri ilə görüşləri nəzərdə tutulur.