Bakıda müdhiş dram: Allahdan qorxan qadın, ərinin üç arvadı, boşanma günahı...

14:50 / 22.10.2016

...“Birdən şəklimi çəkərsizgünahdır” – şəkil çəkilməyəcəyinəsöveririk.

Danışdıqca hər kəlməsini ölçüb-biçir. “Günahdır, dində belə buyurublar”, - tez-tez bu cümlələri təkrarlayır. Həyat yoldaşı daha iki qadınla kəbin kəsdirib. Deyir ki, dində kişinin 4 dəfə evlənməsinə icazə var. Qadınlarla bir evdə yaşayırlar. Hər gün döyülüb, müxtəlif işgəncələrə məruz qalıb, amma buna da haqq qazandırır. “Dində kəbinin geri oxunması çox günahdır. Qadınlar kəbini geri oxutsalar, Allahın qəzəbinə gələrlər”, - söyləyir.

Nəhayət, işgəncələr Allah qorxusunu aşıb. Evdən qaçıb, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına pənah gətirib. Beləliklə,virtualaz.org 31 yaşlı Sevda Məmmədovanın (öz istəyi ilə adı dəyişdirilib) həyat hekayəsini təqdim edir.

- 12 ildir ailə qurmuşuq. Həyat yoldaşım da dindardır. Oz istəyimlə qapanmışam. Yoldaşım təkrar kəbinlə evlənmək istədiyini dedi. Dedi ki, hər ikinizi ədalətlə idarə edəcəyəm, izin ver, başqa birisi ilə də kəbin kəsdirim. Mən də razılaşdım. Yoldaşım dini mağaza işlədir, mağazada çalışan hicablı xanımı gözü tutub. Mən də tanışlıq üçün qadını evə dəvət elədim, onu ədəblə qarşıladım. Amma gözüm tutmadı, üzr istədim. Dedim ki, sənin həyat yoldaşımın xanımı olmağını istəmirəm. Bilmirdim ki, artıq kəbin oxunubmuş, məndən icazə istəməyiblər. Bundan sonra ailədə narazılıqlar oldu, heç bir səbəb olmadan məni döyməyə başladı. Hətta o qədər döyürdü ki, üzümə su vurub güclə ayıldırdılar. Bir dəfə məni buçaqlayıb. Bucaqla hədələyəndə ehtiyatsız davrandı, bıçaq batdı. İkinci qadından bir qızı, 3-cü həyat yoldaşından isə 1 oğlu var.

- Bundan sonra da evləndi?

- Hə, sonra bu qadına gözü düşüb. Ona elçi gedib, amma evli olduğunu deməyib. Bu qadın da hicablıdır, kəbin kəsdirib. Həftənin 4 günü bu qadınların, 3 günü isə mənim yanımda olurdu. Dində belə bir şey var, imanlı qadın həyat yoldaşının ikinci, üçüncü həyat yoldaşlarını qəbul etməlidir. Mən də hər gün Allaha yalvarırdım ki, məni o imanlı qadınların səviyyəsinə çatdırsın. Özümü psixoloji cəhətdən hazırlayırdım, Allahın qarşısında günahkar olmamaq üçün hər gün öz üzərimdə çalışırdım. Amma o biri qadınlarla mülayim, mənimlə qəddar davranması dözülməz idi.

- Digər həyat yoldaşları ilə eyni evdə qalırsız?

- İkinci həyat yoldaşı anasının evində qalır. Üçüncü həyat yoldaşı isə bizimlə birgə yaşayır. Dedi ki, kirayə ev tutmağa imkanı yoxdur, buna görə də, arvad-uşağını bizim evə gətirmək istəyir. Arvadı deyib ki, sən necə ərsən ki, bizə baxa bilmirsən. Mən o qadını qınamıram, kəbini geri oxutdura bilməz, yoxsa bunun günahını o biri dünyada ağır ödəyər. Yəni qadına lənət düşür. Mən də razılaşdım, həm də qayınanam, qaynım dedilər ki, kişi nə bilirsə edə bilər, qadının vəzifəsi onun bütün istəklərinə boyun əyməkdir. Mən də qadını hörmətlə qarşıladım, bizimlə qalmasına razı oldum.

- Öz razılığın olub? Bəs niyə evdən qaçmısan?

- İki qadın, uşaqlar bir yerdə qalırdıq. Amma həyat yoldaşım işləmək, ailəni dolandırmaq istəmirdi. Bütün günü telefonda oyun oynamaqla vaxtını keçirirdi. Təsəvvür edin ki, bir çörəyə möhtac qalmışdıq. Deyirdi ki, borcum çoxdur, mağazanı işlədə bilmirəm. Hər dəfə yenisi ilə evlənmək istəyəndə də, bu cür əzablar görürdüm. Hər gün məni döyürdü, saçlarımdan tutub sürüyürdü, çənəmi qaldırıb boğazımın altından vururdu. Elə günə salırdı ki, evdən gedə bilməyim. O biri qadını döyəndə mən, məni döyəndə o araya girirdi. Bəzən ikimizi də döyüb üzü üstə salırdı. Mənim iki uşağım vardı, deyirdi ki, uşaqları əlindən alıb səni küçəyə atacağam. Uşaqların gözü qarşısında əxlaqsız hərəkətlər edirdi. Bir neçə dəfə mənə təcavüz də edib. Balaca övladımın qorxudan dili tutuldu. Sonuncu dəfə məni onun yanında döydü, uşaq sarsıntı keçirdi, indi danışmır.

- Uşaqlar haradadır bəs?

- Evdən çıxanda bircə balaca oğlumu götürdüm. Burada Mehriban Zeynalovanın köməyi ilə həkimə göstərdik, dedilər ki, uşaq qorxudan danışmır, psixoloq və digər müalicələr lazımdır. Sığınacağa sentyabrın 30-da gəlmişik. Sonra Sumqayıt Polis İdarəsinə müraciət etdim, ərizə yazıb başıma gələnləri danışdım. Qadınlar xəsarət izinə baxdılar. Həyat yoldaşımla boşanmaq istəyirəm. Yaşadığımız ev bankda girovdadır, borcu vaxtlı-vaxtında ödəmədiyindən əlimizdən alınacaq. Uşaqlarıma sahib çıxacağam.

- Bəs necə yaşayacaqsan? İndiyədək işləməmisən də.

- Allaha sığınmışam. Həyat yoldaşım telefona səsli mesaj göndərmişdi. Yazıb ki, haradasansa geri qayıt, səni pis günə qoyacağam. Əgər mən tutulsam qardaşım, qohumlarım səni tapacaq. Qardaşım xəstədir, ona xəsarət yetirəcəklərindən qorxuram. Çünki ailəsi onun əməllərinə haqq qazandırır, deyirlər ki, kişi evin ağasıdırsa, onun sözünə etiraz etmək günahdır. Amma Allaha tapınıram, mənə, uşaqlarıma zərər vurmayacaqsa, boşanım, rahat yaşayım. Neçə dəfə özümə zərər vurmuşam, bilirəm ki, Allahın yanında günahkaram. Amma balalarıma şiddət edirdi, o şiddətə dözə bilmirdim. Allah təkəbbürü və günahı sevmir, bilirəm, hər gün bağışlanmağım üçün dua edirəm. Mənə qarşı edilən zorakılığa dözə bilmədiyim üçün Allah məni bağışlasın. Sadəcə olaraq, uşaqlarımın sarsıntı keçirmədən yaşamasını istəyirəm. Hər gün döyülüb-söyülmək onların həyatında necə iz buraxıb.

...Qeyd edək ki, artıq qadının şikayəti ilə bağlı araşdırmalara başlanılıb. Biz sığınacaqda olarkən hüquq-mühafizə orqanlarının əməkdaşları da izahat alırdılar.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM