Oktyabrın 22-də Gürcüstanın paytaxtı Tbilisidə "Əli və Nino" bədii filminin gürcü dilində versiyasının premyerası olub.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Batumidəki baş konsul Rəşad İsmayılov, səfirliyin əməkdaşları, “SOCAR Energy GAS” MMC-nin baş direktoru Mahir Məmmədov və şirkətin işçiləri, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze, Tbilisi şəhərinin meri David Narmaniya, Türkiyə səfiri Zəki Ləvənt Gümrükçü, kino, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Mixail Georqadza vurğulayıb ki, filmin gürcü dilinə tərcümə olunması, qonşu və qardaş Azərbaycan və gürcü xalqları arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfədir. Nazir deyib: “Çox şadam ki, bu film gürcü dilinə tərcümə olunub və Tbilisidə tamaşaçılara təqdim olunur. Əminəm ki, bu hadisə ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında yeni səhifə açacaq”.
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn məlumat verib ki, Qurban Səidin eyniadlı romanı - dünya bestselleri əsasında ekranlaşdırılmış film XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsindən və fərqli dinlərə mənsub iki gəncin məhəbbətindən bəhs edir. Ekran əsərinin çəkilişləri Bakıda tarixi İçərişəhərin küçələrində və paytaxtın müxtəlif yerlərində, həmçinin Qobustanda, Qubanın Xınalıq kəndində və başqa yerlərdə aparılıb.
Diplomat bildirib ki, “Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikye, rejissoru BAFTA mükafatı laureatı Asif Kapadia, ssenari müəllifi "Akademi Avard" mükafatı laureatı Kristofer Hemptondur.
Filmdə Adam Bakri, Mariya Valverde, Xalit Ergenc, Mendi Petinkin, Koni Nilson, Rikkardo Skamarçio, Humayon Erşardi, Fəxrəddin Manafov, Assaad Buab, Numan Akar və başqa tanınmış aktyorlar çəkiliblər.
Səfir A.Hüseyn jurnalistlərə müsahibəsində deyib: “Bu əsər Azərbaycan ilə Gürcüstanı birləşdirən qırmızı körpüdür. Filmin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük rolu olub. İnanıram ki, təkcə iki gəncin məhəbbətindən deyil, bütövlükdə bəşəri dəyərlərdən bəhs edən bu film dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq”.
Mixail Georqadze "Əli və Nino" filminin gürcü dilinə tərcümə olunmasını yüksək dəyərləndirərək deyib: “Bu ekran əsərində cərəyan edən hadisələr, eyni zamanda, Azərbaycan və Gürcüstan xalqları arasındakı dostluğun, qardaşlığın göstəricisidir. Çox şadam ki, dünyada tanınan aktyorlar məhz Azərbaycan və gürcü xalqlarının dostluğunu canlandırıblar”.
“SOCAR Energy GAS” MMC-nin baş direktoru Mahir Məmmədov bildirib ki, oktyabrın 5-də Bakı şəhərində premyerası olan bu film nəinki Azərbaycanda, eləcə də xarici ölkələrdə böyük maraq doğurub. “Çox şadıq ki, bu gün film Tbilisidə gürcü dilində nümayiş olunur. Ümid edirəm ki, film gürcü kinosevərləri tərəfindən də bəyəniləcək”, - deyə M.Məmmədov qeyd edib. Onun sözlərinə görə, film başqa dillərə də tərcümə olunacaq.
“Əli və Nino” filmi oktyabrın 23-dən Gürcüstanın bütün bölgələrində nümayiş etdiriləcək.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM